Əli Əhmədovla Elşad Abdullayev qohumdurlar!

Əli Əhmədovla Elşad Abdullayevi hansı tellər bağlayır?

 Dünən ölkənin aparıcı qəzetlərində Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevlə bağlı maraqlı məlumatlar yayılıb. Yayılan məlumatlarda bildirilirdi ki, E.Abdullayevin 2005-ci il parlament seçkilərində YAP-ın rəsmi namizədi Musa Musayevə alternativ olaraq seçkiyə qatılsa da onu cəzalandırmayıblar.

Həmin dövrdə rəsmi namizədlərə rəqib olan YAP-çıların əksəriyyəti partiya sıralarından xaric olundu. Amma E.Abdullayev barədə qərar çıxarılmadı, əksinə, o, təkrar seçkilərdə 8 saylı Binəqədi seçki dairəsində YAP-ın rəsmi namizədi oldu.

Bundan sonra isə E.Abdullayevin YAP tərəfindən yüksək səviyyədə dəstəklənməsinin səbəbkarı partiyanın icra katibi Əli Əhmədovdur.

Dünən bu informasiya ilə bağlı olaraq «Xural»a əlavə olaraq informasiyalar daxil olub. Akademik Hüseyn Əhmədovla Əli Əhmədov həqiqətən də qohumdurlar. Məlumata əsasən, Qərbi Azərbaycanın Göycə mahalının Toxluca kəndindən olan Hüseyn Əhmədov Əli Əhmədovla əminəvəsi olaraq qohumdur. Məhz bu qohumluq da uzun illər ABU rektorunun qorunmasına imkan yaradıb. Məlumat verən mənbə bildirir ki, bir zamanlar prezident İlham Əliyevlə Elşad Abdullayevin münasibətlərini də məhz H.Əhmədov təşkil edib. Bu barədə bizimlə söhbət edən mənbə deyir ki, faktiki olaraq ABU-nün yüksəliş dövrü məhz akademikin həmin təhsil ocağına prorektor təyin edilməsindən sonra başlayıb. «Beynəlxalq Universitetdə kifayət qədər Toxluca kəndindən olan insanlar işləyirdilər.Məhz akademikin ABU-ya gəlməsindən sonra yüksəliş dövrü başladı. Lakin son zamanlar Hüseyn Əhmədov ümumiyyətlə, gözə dəymir. Nədənsə Əli Əhmədov da gözə dəymir» deyə həmsöhbətimiz bildirdi.

Qeyd edək ki, Toxluca kəndi Qərbi Azərbaycanda kifayət qədər nüfuzlu kəndlərdən biridir. AMİP-in sabiq sədri Etibar Məmmədov da məhz bu kənddəndir.

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 060 (469), 14 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button