“Bakıelektrikşəbəkə” böyük qanunsuzluq edir

Nardaranda yalnız bir neçə yerin işığı var

  “Nardaranda hələ də işıq yoxdur. Dörd gündür bu zülm davam edir. Dünən Maştağa-Nardaran massivinin də işığını kəsiblər. Hakimiyyət rəsmilərinə davamlı müraciətlərimiz heç bir nəticə vermir”. Bu barədə dünən Nardaran ağsaqqalı Hacı Hacıağa Nuri mətbuata açıqlamasında məlumat verib.

Hacı Hacıağa Nuri qeyd edib ki, Nardaranda yalnız qəsəbə icra nümayəndəliyinin, xəstəxananın, məktəbin, bir də telefon qovşağının işıqları yanır: “Bu qanunsuzluğa bilmirsən nə ad verəsən. Elektrik enerjisinə görə borcu olanların işığını lokal qaydada kəssəydilər, bunu anlamaq olardı. Amma hamının – ödəniş eləmiş evlərin də işığını kəsiblər. Camaatı dövlətdən narazı salırlar, incidib hökumətin üstünə qaldırırlar. “Bakıelektrikşəbəkə” böyük qanunsuzluq edir”.

Sentyabrın 27-də Bakının Nardaran qəsəbəsinin sakinləri etiraz aksiyalarına başlamış, qəsəbəyə gedən yolları, eləcə də Maştağa və Bilgəh yolunu bağlamışdılar. Aksiya qəsəbəyə qaz və işıq verilməsi tələbi ilə keçirilmişdi. Həmin gün hakimiyyət rəsmiləri Nardaranda yaranan narazılıqla əlaqədar qəsəbə ağsaqqalları ilə görüşmüşdü. Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov, Bakı Şəhər Prokurorluğunun nümayəndələri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinlərinin Nardaran ağsaqqalları ilə görüşündən sonra işıqlar yanmış, yollar açılmışdı. Amma sentyabrın 28-nə keçən gecədən işıqlar yenə də sönüb.

“Xural” qəzeti,

il 9, sayı: 048 (456), 01 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button