1 saylı doğum evi: Xəstəxana, yoxsa dilənçixana!

Ana olan bir həmkarımız 1 saylı xəstəxanada gördüklərini “Xural”a yazdı: “Onlar xəstələrə işgəncə verməyi qarşılarına məqsəd qoyublar!!!”

Səhiyyə sistemində baş verən özbaşınalıqlardan dəfələrlə yazmışıq. Qəzet səhifələrində və televiziya ekranlarında hər şeyin pulsuz olduğunu bildirən səhiyyə yetkililəri, işin özündə vətəndaşları soğan kimi soyurlar. Bu da dediklərimizə əyani bir sübut. Bakının 1 saylı doğum evində bir qadının başına gələnlər onun öz qələmindən yazılıb redaksiyamıza göndərilib. Biz yazının üslubuna toxunmadan onu qısa ixtisarlarla dərc edirik. Doğrudur, yazını aldığımız və məsələni araşdırdığımız müddətdə Adı çəkilən qəssabxana, pardon, xəstəxanının baş həkimi Stella Abbasova işdən uzaqlaşdırılıb, onun yerinə başqa bir Nigar xanım təyin edilib, amma əsas icraçılardan biri olan Zahılıq Şöbəsinin müdiri Nigar Abdullayeva yerindədir ki, yerindədir. Əsas odur ki, biz Oxucunun redaksiyamıza göndərdiyi məktubla tanış olaq, sonrası asandır…

II yazı

Dilənçilər arasında…

Hörmətli redaksiya!
Guya onlar belə qayda-qanunla işləyir ki, iki aydan sonra zəng vurub mənə nəticə haqda məlumat verəcəklər? Yeri gəlmişkən, 2 ay keçdi və heç bir xəbər də çıxmadı həmin analizdən…
Xəstəxanaya qəbul olundum və həmin dəqiqədən başımın tükləri biz-biz durmağa başladı. Əməliyyata hazırlayan, əməliyyatda iştirak edən, dəhlizdə duran, əlini spirtə vuran, qapını açan, bir küncdə əlini qulağının dibinə qoyub sənə baxan – hamı, hamı “mənim hörmətimi elə” deyir. Bura lap dilənçixanaymış ki… Adamın başının tükləri biz-biz durur. Adamı dəhşət bürüyür. Bilmirsən öz ağrının dərdini çəkəsən, yoxsa bunların pulunun.

Uşağın ilk gecəsi – 30 manat!+daha bir 30 manat!

Əməliyyatdan sonra məni reanimasiya şöbəsinə apardılar, uşağı isə uşaq palatasına. 1 gecə uşağın orada qalması, “pampers”indən, dərmanından əlavə, 30 manat rüşvət hesbına başa gəldi. 4-5 qadın cərgə ilə növbəyə düzülüblər ki, bəs “mən uşağa baxacam”, “mən də uşağın altını dəyişəcəm”, “mən də yanında o yana-bu yana gedib-gələcəm”, “mən də ona qulaq həyanı olacam” – hərəmizə 5 manat ver. 30 manat da bir gecə uşağın orada qalmasının xətrinə belə getdi.
Səhərisi gün bir tibb bacısı, bir təmizlikçi gəlib məni adına “lüks” deyilən, amma adidən adi, səliqəsiz, pinti, natəmiz olan “lüks” palataya apardılar. Əsl dəhşət də bundan sonra başladı. Buradakı vəziyyəti ifadə etməyə söz acizdir, gərək dərdini sazla deyəsən. Təəssüf ki, belə bacarığım yoxdur. Yoxsa mütləq yanğımı ifadə edə bilmək üçün saza müraciət edərdim.
Bəzən bu narahatdan narahat, heç bir normal şəraiti olmayan yerə niyə “lüks” adının qoyulduğunu düşünəndə adama elə gəlir ki, xəstəxana rəhbərliyi orada yatan xəstələri lağa qoyur ki, sizin “lüks”ünüz elə belə olmalıdır, siz buna layiqsiniz.

Natəmiz “lüks” palatalar – 30 manat!

Mən orada yerləşən digər palatalarda olmadığımdan elə gördüyüm “lüks” haqqında yazacağam. İndi siz özünüz təsəvvür edin ki, burada vəziyyət belədirsə, gör adi palatalarda vəziyyət necədir?
“Lüks” palatanın qiyməti bir az çəkindikləri adam üçün 24 manat, digər vətəndaşlar üçün 30 manatdır. Əgər istəyirsənsə hər səhər növbə dəyişən 4 nəfərin, həkimin, terapevtin, nə bilim kimin, kimin “hörmət”ini özün elə, ya da palatanın pul yığımı ilə məşğul olan xanıma və ya səni əməliyyat edən həkimin pulunun üstünə 100 manat da əlavə elə, onlar özləri bu işlə böyük həvəslə məşğul olarlar.

Hörmətli redaksiya!
Yuxarıda qeyd ettiyim kimi adı “lüks” olsa da, burada “lüks” olan heç nə yoxdur. Əməliyyat olunmuş xəstə üçün vacib olan şərtlərin heç biri burada yoxdur. Əgər yoxdursa, niyə adını “lüks” qoyub dünya qədər pulu yığıb həzm-rabedən keçirirlər? Şəhərin, hətta rayonların doğum evlərinin adi palatalarında, hamamlarında olan şərait bunların “lüks”ündə yoxdursa, bu doğum evi niyə belə azad, firavan şəkildə öz həyatını davam etdirir?
Yorğan, döşək, yastıqdan danışmaq belə yersizdir. Çox bərbad, iyrənc, çirkli, köhnə, içindəki pambıqları qırıq-qırıq, cırıq-cırıq olub toplaşmış vəziyyətdədir. Onun üstündə uzanıb yatmaq əsl işgəncədir. İkinci işgəncə su məsələsidir. Burada isti su yoxdur. Halbuki yığdıqları pulun bircə faizini ayırsalar, isti su ilə artıqlaması ilə təmin olunarlar. Amma niyə ayırsınlar ki… Onda daha nə ləzzəti qalar ki. Daha bunun harası işgəncə olar ki. Axı onlar xəstələrə işgəncə verməyi qarşılarına məqsəd qoyublar…
Əməliyyat olunmuş xəstə suyu açıb əlini yumazdan əvvəl “Kəlmeyi-şəhadət”ini oxuyub sonra əlini suya vurur. Çünki su buz kimidir. Adam əlini yuyub qurtarana kimi sümükləri də donur. Nə başınızı ağrıdım, bu doğum evindən adam sağalıb çıxmaqdansa xəstə olub çıxır. Xəstənin bütün orqanlarını soyuq alır.

1000 manata əməliyyat!!!

“Qeysəriyyə kəsiyi” ən çoxu 300 manata başa gəlir. Bəzi özəl xəstəxanalarda qiymət fərqlidir. Amma ən aşağısı 1000 manat, yuxarısı isə 1500-2000 manatın xərcləndiyi 1 saylı doğum evində heç bir şəraitdən söhbət belə gedə bilməz.
Bir palataya iki çarpayı qoyulmalı olduğu halda, burada üç, dörd çarpayılı palatalar var. Otaqda tərpənməyə yer yoxdur. Mənə elə gəlir ki, bu məsələ də araşdırılmalıdır. Bir palataya neçə çarpayı qoyulmalıdır və xəstələrin ayağa duranda bir-birinə toxunması nə dərəcədə düzgündür. Doğum evinin rəhbərliyinə isə bu vəziyyət xoş gəlir. Onlara nə dəxli var ki, xəstələr orada hansı vəziyyəti çəkirlər. Əsas odur ki, bir çarpayı da artıq qoyulub və o bir çarpayıdan ayda xeyli gəlir əldə edirlər.

Maaş 27 manat!

“Lüks” palatada işləyən işçilərin maaşı 27 manatdır. Eşidəndə quruyub qaldım. Bu necə ola bilər?! Axı Azərbaycanda minimum əmək haqqı 27 manat deyil. Məlum oldu ki, bir işçinin yerinə beş işci götürüblər. Həmin maaş da onların arasında bölünüb. Onlar da bunun heyfini yazıq xəstələrdən çıxırlar. “Mənim hörmətimi elə” deyib xəstələrin gününü qara edirlər. Hətta bir “sanitarka” mənim palata yoldaşımdan pul istədi. O da vermədi. Dedi yoxdur, sən mənə neyləmisən ki, məndən də pul istəyirsən? Qadın əsəbi-əsəbi-necə yəni neynirəm, sənin ayağının altını silib süpürürəm, neyləməliyəm ki – deyə cavab verdi. Qızdan əl çəkmədi. Qız da pulu vermədi. Həmin “sanitarka” növbəni dəyişəndə gördü ki, əlacı kəsilib növbəyə gələn işçiyə tapşırdı ki, “mən bunun yoldaşını görə bilmədim, sən görsən 2 manat al, mən gələndə verərsən”. Hər xəstədən 1-2 manat pul alırlar. Gündə dörd nəfər işçi dəyişir. Deməli, gündə 4-8 manat təkcə bunlara verməlisən.

Mənim 5 manatımı ver!

Sonra bir “terapevt” qadın gəldi ki, mənə 5 manat verməlisən. Bəs “həkimə verilən puldan 5 manat mənə çatır. Sən də həkimin pulunu hələ verməmisən. Ona görə də mənim 5 manatımı ver.” Mən də verdim…
Ona məəttəl qaldım ki, Nigar Abdullayeva dediyi pulu qəpiyinə kimi alacağını bildiyi halda niyə bu həkimləri mənim üstümə göndərirdi? Pulu 1-2 gün versə olmazdımı?
Bir rentgen həkimi də var idi. Xəstəxanadan çıxan gün gəldi ki, ya gedib hər yerinizi rentgen etməliyəm, ya da pulunu verin. Danışığından görünür ki, mən rentgenə getmək istəsəm də aparmayacaq. Bəlkə heç rentgen otağının yerini də bilmir. Bu əngəl də yalnız pul yığmaq üçün düşünülmüş bir şeydir.
1 saylı doğum evi bir dövlət xəstəxanasıdır. Bildiyimizə görə, dövlət lazım olan dərmanları xəstələr üçün ayırır. Onsuz da bu dərmanların hamısını xəstələrə vermirlər. Amma zəruri dərmanları, məsələn, gecəler vurulmaq üçün ağrıkəsiciləri, bəzi digər dərmanları verməlidirlər. Amma tibb bacıları and içirlər ki, bir dənə də olsun dərman preparatı ayrılmır. Hamısını xəstələrin verdikləri pulların hesabına özləri alırlar.
Yeri gəlmişkən, orada mətbəx var. Həmin mətbəxin stəkanından, çaynikindən tutmuş süpürgəsinə, “şotqa”sına qədər hamısını özləri pul yığıb alırlar. Rəhbərlik bir qəpik belə pul ayırmır.
Gündə üç dəfə yemək verirlər. Yeməklə bərabər hər xəstəyə bir qutu meyvə şirəsi verirlər. Həmin şirələri mətbəxə baxan bir xanım var, o xanım xəstələrə vermir. Gətirib mətbəxdə gözünün altı ilə xəstələrə baxa-baxa torbaya doldurub dolaba qoydu. Elə bildi ki, heç kim onu görmür. Əgər yeməyi bişmiş halda göndərməsələr bizə heç bir qram da göstərməzlər. Ərzağın hamısını satıb ciblərinə qoyarlar.
Belə… Azərbaycanda hər yerdə olduğu kimi doğum evlərində də vəziyyət bu cür dəhşətlidir. Yazdıqlarım hələ gördüklərimin yarısıdır. Allah həkimlərimizə insaf versin!
Xahiş edirəm, dediyim faktları araşdırın və əlaqədar orqanları xəbərdar edin.

Redaksiyadan:
Redaksiyamıza 1 saylı qarşılaşdığı dəhşətləri yazan xanımın kimliyi məlumdur. O, həm də bizim keçmiş həmkarlarımızdandır. Sadəcə, həmkarımızın və onun yenicə dünyaya gələn yavrusunun ytəhlükəsizliyi naminə biz onun adını hələlik yazmırıq. Amma ölkənin prezidenti İlham Əliyevə və Səhiyyə naziri Oqtay Şirəliyevə ünvanlayacağımız məktubda həmkarımızın adını yazacağıq…
Məsələ də diqqətimizdə olacaq.

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 012(420), 27 mart-02 aprel 2011-ci il

Əlaqəli məqalələr

4 şərh

  1. Salam. Menim de başıma həmin xanımın başına gələnlər gəlb. 2006-cı ildə həmin xəstəxanada uşağım anadan oldu. orada qaldığım günləri əsil “işgəncə” bilirəm. həmin zaman, xəstəxanadan çıxanda, Azərbaycana nifrət edirdim. Amma yazıq vətən, onun nə gunahı var?! Soyuqdan danışmışkən. May ayının əvvəli idi, hava soyuq idi, palatsalar isə buz kimi. Mənim və mənim palata yoldaşımın üzrəinə, “lüks”palatada bir ədyal salınmışdı. bir donurduq. keysəriyə əməliyyatından çıəxmışdıq, bizə soyuq olmazdı. bir təhər zarıyaraq sanitarkanı çağırdıq, hamısının da “hörmətini” edirdik, dedik ki, bizə bir ədayal da versinlər. dedilər yoxdur. sonra mən eybəcər, çirkli ayaqyoluna sürünə-sürünə mətbəxin yanından keçib gedəndə, gördüm ki, mətbəx isit, 3-4 nəfər yaqtıb, hərəsinin üstündə iki ədyal, bir ədyal da başlarının altında. nə mən, nə də ki, palata yoldaşım səhərəcən gözümüzü yummamışıq. tir-tir əsmişik. bu hələ harasıdır, əməliyyatın səhərisi günü, reanimasiyadan palataya keçirilən zaman, elə ayağımı palatanın kəndarına qoymamışdım ki, sanitarka “sizdən mənə hələ heç nə çatmayıb” dedi. inandırıram sizi ki, belə dəhşəti təsəvvür belə etmək çətindir. lakin uşağımın və özümün başımıza bir şey gətirə biuləcəklərindən qorxurdum deyə, səsimi brelə çıxarda bilmirdim. sadəvə ağlayıb, evə tez getməyimi arzulayırdım. uşaq demişkən. bir gün uşaqların otağına getmişə, baxıram uşaqğımın ağzına butılkanı soxublar, butılka yerdə, içində öz pulumuza aldığımız yemək (südüm hələ yaxşı gəlmirdi), uşaq bələkdə gözləriylə o yeçməyə baxır, yeyə də bilmir. səs-küy saldım ki, bu nədir. medsestra (hörmət eləmişdim artıq) gəldi, dedim bunu niyə belə eləmisiniz, vaxtınız yoxdursa, özüm yedizdirərəm. tez butılkanı götürüb “bu uje köhnədir” dedi, dəyişdi və təzəsini elədi, uşaöa verdik, yazıq uşaq acgözlüklə yedi. orada, mən getdiyim il, analar bir əhvalat danışdılar ki, bir qadın gəlib, pulounun olmadığını demişdi, cəmi 30 manat vermişdi, hamıya ərk olsun deyə, onun uşağına baxmayıb öldürmüşdülər. lakin əsaslanmağa heç bir faktım olmadığından, bunu əminliklədeyə bilməyəcəm. Hə, bir də, orada uşaqların otağına bir yaşlı (orta yaşlı) “təcrübəli” tibb baccısı var, hər onun smenində, bütün uşaqların eyni gündə, möcüzəvi şəkildə köbəkləri düşür. aydın məsələdir ki, qopardır. bir 3 günlük uşağın köbəyinə irin salmışdılar elə edib. mənim özümə isə uşağımı 3 gün sonra göstəriblər. səbəbini belə açıqlamayıblar, nəyə görə. artıq hər şeydən əlim üzülmüşdü.

  2. men bunlarin hec biri ile razi deyilem men orda emelliyat olundum mene ve basqa xestelere temennasiz xidmet edibler ve yuksek seviyyeda reanimasiya sobesinin kollektivi qulluq edibler meni agir veziyyetden cixardiblar ve buna gore de onlara heyatimi borcluyam

  3. suraye ti navernoye tam rabotaes!! u menya opuseniya matki blagodarya familiyu ne znayu Tamelle trudno nazvat eye vracem vsyu jizn budu proklinat ves med personal etoy bolnici. voravali edu kotoruyu nam prinosili iz doma a kajdoye utro kak na bazare razdaes dengi poprasaykam. vtorogo rojat budu v castnoy klinike i vam sovetayu.

  4. Salam mene o xetexanaya getmeyi meslehet gorurler….Stella xanimin yanina gedib mualice almagi..Duzu desem cas-bas qalmisam..Mene ne meslehet vere bilersiniz?Temizlik gigeiyene ve rusvet meselelrinden elave, men Stella xanimdan yarali mualice ala bileceyemi sizce?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button