Abdulla Abdullayev həbs olunacaq?!

A.M.A.Y. prezidenti tərəfdarlarını təxribatlara uymamağa çağırdı…

Qəzetimiz çapa gedən ərəfədə sensasion məlumat əldə etdik. Məlumatda deyilir ki, son günlər «Texnikabank» qalmaqalı ilə gündəmin birinci sırasına oturan A.M.A.Y. şirkətinin prezidenti Abdulla Abdullayev bu günlərdə həbs olunacaq. Bir müddətdir dövrəyə buraxılan bu xəbər-şayiənin bu həftə gerçəkləşəcəyini bildirən mənbə, bunu Abdulla Abdullayevə yaxın adamların vasitəsilə edəcəklərini bildirdi. Belə ki, «Abdullanın adamı» kimi tanınan bir neçə insana təxribat törətdiriləcək, kiməsə hücum ediləcək və ya kimdənsə «haqq» tələlb olunacaq və bu işi Abdulla Abdullayevin təşkil etdiyi əsas gətirilərək, şirkət rəhbəri həbs ediləcək.

Məsələylə bağlı Abbulla Abdullayevin özü ilə əlaqə yaratdıq. A.Abdullayev bu tip məlumatlara inanmamağı məsləhət gördü: «Azərbaycan hüquqi dövlətdir və burada hər şey hüquqla həll olunur. Məni kiminsə həbs edəcəyi xəbərləri məni istəməyənlərin, ölkədə sabitlik tərəfdarı olmayanların şayiələridir.» Şirkət rəhbərindən ona yaxın adamları vasitəsilə təxribat törədlicəyi və bu bəhanə edilərək həbs olunacağı haqqında da soruşduq. A.Abdullayev bu xəbəri də ciddiyə almadı: «Dərəbəylik deyil ki? Mənim boynuma necə törətmədiyim əməlləri qoya bilərlər? Mənə yaxın adamların təxribata çəkilməsi məsələsinə gəlincə, qəzetinizin imkanlarından istifadə edərək, bütün məni sevən və mənə hörmət edən insanlara ehtiyatlı olmağı, heç bir işə qarışmamağı məsləhət bilirəm. Gərək biz hər hansı bir təxribata yol verməyək.»

XuralTAC

“Xural” qəzeti,

Il: 9, sayı: 018(428), 08-14 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button