ADP Gənclər Təşkilatının sədri DİN-ə çağrıldı

Cəmil Hacıyev: “Özümü DİN-də yox, YAP-ın qərargahındakı kimi hiss edirdim”

 Oktyabrın 12-də ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev Daxili İşlər Nazirliyinə dəvət edilib. Bu barədə redaksiyamıza məlumatı C.Hacıyevin özü verib. C. Hacıyevin bildirdiyinə görə, İctimai Palatanın 2 aprel mitinqi zamanı Nəsimi Rayon Polis İdarəsində üzləşdiyi zorakılıqla bağlı ombusman Elmira Süleymanovaya şikayət edib: “Polis idarəsində mən rəis müavini Süleyman Nemətov tərəfindən fiziki təzyiqə məruz qalmışdım. Bununla bağlı Elmira Süleymanovaya şikayət ərizəsi təqdim etmişdim. Mənim ərizəm araşdırılmaq üçün Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat İdarəsinə göndərilib. Məni idarənin rəisi Möhöbət Hüseynov, polis polkovnik-leytenantı Əbdül Aşurov qəbul etdi. M. Hüseynov və Aşurov özlərini YAP funksioneri kimi apardılar. Məndən İzahat alınarkən isə polis mayoru müxalifətin arzusunun  gözündə qalacağı barədə siyasi məruzə ilə çıxış etdi. Özümü  DİN-də yox YAP-ın qərargahındakı kimi hiss edirdim. Bu fakt bir daha onu sübut edir ki, polis siyasiləşib və 2 aprel mitinqində həbs edilən müxalifətçilərin əleyhinə ifadə verən polislər rəhbərliyin əmrlərini icra ediblər ”.

 Əfqan

“Xural” qəzeti,

il 9, sayı: 060 (469), 14 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. Icazenizle polis siyasileshib sözünü deyishdirib ,polis zombileshdirilib ,robotlashdirilib ve hemishe tehdid altinda saxlanilir yazardim. Ne ile ve niye qorxudulub,kim terfinden ? melum meseledir ki,hakimiyyetin özü terfinden ,böyük meblegde rüshvet vererek ishe duran polisler hem de qanuna zidd ishlerle ,rüshvet almaq, teqib etmek ,biznes ve s. mesgul olur. Bundan da onlarin özlerine qarshi shantaj kimi istifade edirler. siyasileshmek üchün birinci növbede savadli olmaq lazimdir. Müshahideler gösterir ki ,bizim polisimide savadsizliq hökm sürür ve hetda yazmag ve oxumagi bacarmayanlar da var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button