“Anaxeber”in bloklanması ilə bağlı qərardan şikayətə baxılacaq

Anaxeber.az saytının bloklanması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayətinə baxılacaq.

Bu barədə saytın baş redaktoru Azər Talıbov məlumat verib. Onun sözlərinə görə, şikayətə sentyabrın 19-da saa 16.30 Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, avqustun 7-də Səbail rayon məhkəməsi Az24saat.org saytının, avqustun 8-də isə Xural.com, Arqument.az və Anaxeber.az saytlarının bloklanması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi iddiasını təmin edib.
Bu qərardan verilmiş apellyasiya şikayətinə əsasən, avqustun 9-da Arqument.az saytı barədə qərar ləğv edilib.
Az24saat.org və Xural.com saytlarının şikayətlərinə isə sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button