Araz Əlizadə FHN-də işə düzəlib

ASDP həmsədri Ayaz Mütəllibovun dönüşündən dərhal sonra «mükafatlandırılıb»

 Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində yeni işə təyin olunub. Bu barədə dünən daxil olan məlumatda Araz Əlizadə FHN-nin Füzuli küçəsində yerləşən müvafiq idarəsinə işlədiyi bildirilirdi. Qeyd edək ki, A.Əlizadə uzun müddətdir ki, iqtidara qarı sərt mövqeyindən bir qədər geri çəkilib. İnformasiya qaynağımız iddia edir ki, Əlizadənin bu idarədə işə düzəlməsi təsadüf olmayıb. «Bu idarənin rəhbərliyi arasında milliyətcə rus olanlar çoxluq təşkil edir. İdarə faktiki olaraq Tikinti Layihə İnstitutunun bazası əsasında formalaşdırılıb. Bu institutun əməkdaşları da sovetlər dövründə tanınan adamlardır. Hətta onların arasında sabiq prezident Ayaz Mütəllibovun da yaxın qohumları var» deyə mənbə bildirdi.

Əlavə edək ki, Araz Əlizadə həmsədri olduğu parityanın digər rəhbəri də elə Ayaz Mütəllibovdur. Bu  yaxınlarda oğlunun vəfatı ilə əlaqədar olaraq 19 ildən sonra Azərbaycana qayıdan Mütəllibov yenidən mühacirət yaşadığı Rusiyaya geri dönüb. Eks-prezidentin Bakıya dönüşü bəzi dairələrdə kifayət qədər ciddi sualların meydana gəlməsinə səbəb olmuşdu. Hətta yerli mətbuatda Mütəllibovun Bakıya gəlişi ilə bağlı hakimiyyətin ən yüksək dairələrindən razılıq alındığı da deyidirdi.

Görünür, Araz Əlizadənin FHN-də işə düzəlməsi hakimiyyətin sosial demokratlara və Ayaz Mütəllibova olan xüsusi diqqətinin yaranmasıdır. Hər halda Araz Əlizadə sıradan bir statistik azərbaycanlı deyil. Onun FHN kimi strateji bir dövlət qurumunda işə düzəlməsi xüsusi siyasi əhəmiyyət daşıyır.

Qeyd edək ki, dünən qeyri-iş günü olduğundan FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən informasiyanı rəsmən dəqiqləşdirə bilmədik. Bununla belə yazılanlarla bağlı adıçəkilən tərəfləri də dinləməyə hazırıq.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 049 (457), 02 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button