Mən bir böyük TÜRK oğluyam!!!

Mirzə Sakit

Odlar yurdu Türk elində çok atəşli – Mən odluyam,
Şölələninb alovlanan, məşəl kimi alovluyam,
Mən bir böyük Türk oğluyam !

Apar məni o yerlərə arkadaşım, babam nerdə,
Qoy gömülüm topraklara fəxarətlə haman yerdə,
Çok bəklədim heç gəlmiyor İstanbuldan xoş xəbər də,
Bizdən başqa bizə dost yox – O dostlarçün soraqlıyam
Şölələninb alovlanan, məşəl kimi alovluyam
Mən bir böyük Türk oğluyam!

Dalğalandı Türk bayrağım, fərəhlənib yaxın durdum,
Yunis İmrə misrasından o bayrağa sipər qurdum,
Dədəm Qorqud oylaqları, Azərbaycan doğma yurdum,
Şarqılarım yadelliyə üsyan səsli… qopuzluyam
Şölələninb alovlanan, məşəl kimi alovluyam
Mən bir böyük Türk oğluyam!

Bir xanlıq var yaddan çıxan… Göyçə göllü İrəvanda,
Ağrı dağın ağrıları həm Sevanda, həm də Vanda,
Elçibəyin dağ vüqarı Təbriz üstə Savalanda,
Babək kimi nərəsindən od püskürən qor oğluyam
Şölələninb alovlanan, məşəl kimi alovluyam
Mən bir böyük Türk oğluyam!

Çapalayan ruhlar küskün, cilovlanıb kəmənddədi,
Qarabağda qara-qara yağı düşmən – Xankənddədi,
Bir tərəfim Ağbabada, Dəmir qapı Dərbənddədi,
Kıbrıs, Kərkük, Anadolu, Altaylarda Hun soyluyam
Şölələninb alovlanan, məşəl kimi alovluyam
Mən bir böyük Türk oğluyam!

Nə dilərlər işğalçılar Marağadan, Ərdəbildən,
Məskən salıb birəm-birəm rum da, fars da yad qəbildən,
Diyarbəkir dağlarını təmizləyək zir-zibildən…
Qurşunluya qurşun səpən, silahlıya silahlıyam
Şölələnib alovlanan məşəl kimi alovluyam
Mən bir böyük Türk oğluyam!

Mubariz Qurbanlıya hansı dildə anladasan ki, Türk milləti olan
bu torpaqda sənin biət etdiklərin rəhbərlərin aqibəti başının dazı kimi olacaq.

Aydın Mirzəzadə

Qəbliyətli gopbaz…

“Xural” qəzeti,

il 9, sayı: 049 (457), 02 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button