ATƏT-in Minsk Qrupu Ermənistan-Azərbaycan sərhədində son hadisələr haqda

ATƏT-in Minsk Qrupunun həmsədrləri (Stefan Viskonti, Endryu Şofer və İqor Kovayev) birgə bəyanat yayıb.

Sənəddə deyilir ki, həmsədrlər (Fransa -Stefani Viskonti, ABŞ-Endryu Şofer, Rusiya-İqor Xovayev) Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələri, o cümlədən itkilər və insan qurbanları ilə bağlı məlumatları narahatlıqla izləyir.

Onlar Ermənistanı və Azərbaycanı vəziyyətin dərhal deeskalasiyasına, təxribatçı ritorikadan və hərəkətlərdən çəkinməyə və 9 Noyabr bəyanatı və digər razılaşdırılmış atəşkəs sazişləri çərçivəsində götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırıb.

Həmsədrlər münaqişənin bütün qalan əsas məsələlərinin danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həllinə ehtiyac olduğunu bir daha təkrar edir və tərəfləri mümkün qədər tez onların himayəsi altında danışıqlara qayıtmağa çağırıb.

Onlar ATƏT-in Minsk Qrupunun himayəsi altında birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təkliflərini bir daha təkrar ediblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button