Aydın Canıyev Bakıya gətirilib

«Vəkil tutmağa pulumuz yoxdu deyə heç bir xəbər tuta bilmirik»

 “Xural” qəzetinin cənub bölgəsi üzrə müxbiri Aydın Canıyev Bakı İstintaq Təcridxanasına köçürülüb. Məlumatı “Media forum” saytına jurnalistin qardaşı Şahəddin Canıyev verib. O, qeyd edib ki, Lənkərandan Bakıya aparılandan sonra ailənin Aydın Canıyevin durumundan xəbər tutması mümkünsüzdür. Qardaşı əlavə edib ki, maddi imkanları olmadığından Aydın Canıyevə vəkil tuta bilmirlər.

Aydın Canıyev sentyabrın 8-də Lənkəranın Sərpəkəran kənd dindarlarının şikayəti əsasında saxlanılıb. Jurnalist kənd məscidinin pəncərələrini qırmaqda və dindarları təhqir etməkdə ittiham olunub və ona 12 sutka inzibati həbs cəzası verilib. Daha sonra Aydın Canıyevə Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə cinayət işi qaldırılıb və sentyabrın 20-də Lənkəran Rayon Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.

“Xural” qəzeti,

il 9, sayı: 044 (452), 27 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button