Bəlalı əlifbamız

Hikmet İbrahimoglu Kengerli

Kengerli737@hotmail.com

 Bilindiyi kimi Osmanli Dövlətinin dagılmasından sonra, Kırım və Qafqazlardakı Türklər Rusların hakimiyyəti altına girdilər. Yenicə hakimiyyətə gəlmiş Stalin çox yaxşı bilirdi ki, Türklər dil birlikləri pozularsa gələcəkdə möhtəşəm siyasi ittifaq yarada bilməyəcəklər. Bu məqsədlə də Ayrı-ayrı coğrafi bölgələrdə yaşayan hər bir Türk toplumları üçün fərqli əlifbalar kəşf edildi və onlar yeni qondarma əlifbalarında təhsil almağa məcbur olundular.
Stalin, Anadoluda yaşayanlarla sovetlərin təsiri altına qalmışlar arasında mədəni-mənəvi əlaqələrini kəsmək üçün, ilk öncə Türkiyəyə ən yaxın bölgə olan Azərbaycan Türklərinə 7 Avqust 1925-ci ildə qəbul olunan qərarla latın əlifbasında oxunmağı qadağan etdi. Daha sonra, Qarakalpak, Qırğız, Kırım və digər Türklər üçün də eyni siyasət tətbiq olundu. Lakin problem bununla da bitmədi. Ayrılığı daha da qüvvətləndirmək məqsədiylə hər bölgə üçün fərqli əlifba versiyaları icad olundu.
Bütün imperialist dövlətlərdə oldugu kimi, Rus imperializminin də təməli, parçala və höküm et siyasəti üzərində qurulmuşdu. Təsadüfi deyil ki, baş tutmuş məkrli „islahatlar“dan 4 il keçdikdən sonra Stalin özünün məqsədlərinin həyata keçmiş sanırdı.
Sovet təsiri altinda yaşayan və başda Azərbaycan olmaqla, digər Türk dövlətlərinin aydınları əlifba dəyişiminin ağırlıgını çox yaxşı anlayırdılar. Bu isimlərin başında Azərbaycanlı aydınlar, özəlliklə Cumhuriyyətimizin banisi və böyük Türk milliyyətçisi Məhəmməd Əmin Rəsulzadə gəlməkdədir.
Sovet rus təsiri altında yaşamağa məcbur edilmiş
Türklər ilə təmaslarını kəsməyən Mustafa Kamal Atatürkün etdiyi əlifba inqilabı Stalinin ağlını çaşdıracaq dərəcədə narahat etmişdir. Bütün Türklər üçün ortaq əlifba fikri hər kəsin üzərində uzlaşmış və böyük marağa səbəb olmuşdur. Bu arzuların həyata keçirilməsi eyni zamanda Stalin və yandaşlarının qara planlarına qarşı ən yaxşı tədbir idi. Digər tərəfdən, Rusiyada Türk dilinə
qarşı oynanılan oyunlar haqda Sovet rus təsiri altında yaşayan Türk aydınları mühüm məlumat və məsləhətləri Atatürkə ötürürdülər. Rusiyadakı Türk aydınları arasında öndə gələn aydınların isimləri bunlardır; Yusif Akçura, Əhməd Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Sədi Maqsudi və s. Böyük Türk
milliyyətçiləri milli birlik və mədəniyyətin qorunması məqsədiylə Mustafa Kamalın ətrafında sıx birləşərək ona Latın əlifbası haqda bu məsləhətləri vermişlər;
1. Latın əlifbasının öyrənilməsi digər əlifbalarla müqayisədə daha asandir.
2. Türkiyədə Latın əlifbasına keçildiyi təqdirdə, Türklər
üzərində oynanan qara oyunlar pozulacaqdır. 

1 İyun 1928-ci ildə Türkiyə rəsmən Latın əlifbasına keçmişdir. Türkiyədə çıxan millətçi bütün nəşriyyatlar Sovetlər Birliyinin təsiri altına alınmış Türklərin çıxardıgı eyni mahiyyətdəki yayınları birbirlərinə rahatlıqla əlaqələnirdi. Stalin və yandaşlarının oynadığı qara oyunlarının qarşısında həyata keçrilmiş ilk tədbir çox gözəl sonuclar vermişdir. Atatürkün etdiyi əlifba çevrlişi Sovetlərin və Stalinin bütün məqsədlərini alt-üst etmişdir. Kommunistlər bu devrimdən son dərəcə narahat olaraq, bu vəziyyət qarşısında yenidən qara planlarını işə salmağa başlamışlar. Türkiyədə bir qisim insan durumun fərqində olmadan, bəziləri də bilincli şəkildə əlifba islahatlarına qarsı əks təbliğat aparırdılar. Cahilləri və qafilləri Atatürkə və islahatçılara qarşı amansızcasına qışqırdır və xain əməllərini həyata keçirmək üçün dini bəhanə gətirirdilər. „Din əldən gedir!.. Quranı ləgv edirlər“ kimi mənfi təbliğatlar aparılırdı.  Stalin və yandaşları bu vəziyyətdən istifadə edib əks hücuma keçərək daha yeni planlar ortaya qoydular. Sovet təsirində olan Türklər üçün yeni qəbul edilmiş Latın əlifbasını ləğv edərək, əvəzində Kril əlifbasını qəbul etdirdilər. Guya bu islahatla Sovetlərin təsirində olan Türklər rus dilini daha rahat öyrənməyi bacaracaq, həm də o zaman ən yaxşı informasiya mexanizmi sayılan məktub, kitab, jurnal, qəzet kimi yazılı əlaqələrin çətinliyini aradan qaldıra biləcəkdilər. Stalinin bu niyyətini yaxşı anlayan Türk aydınları, canları bahasına bu oyunlara qarşı milli bir dirənişə başladılar. Təssüflə qeyd edə bilərik ki, bu dirənişlər aydınlarımızın faciəvi sonluqlarıyla tarixin yaddaşlarına həkk edildi. 1937-1938-ci illər arasında Sovetlərdəki Türklərin lideri durumundakı, yetmiş elm adamı, şair, jurnalist, tarixci, Türkoloq, mühəndis, hüquqşunas, ədəbiyyatçı olmaq üzrə ən azı 140.000 Türk aydını qətl edilmişdir.

“Xural” qəzeti,

il 9, sayı: 060 (469), 14 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. Yaxşı məqalədior. Hər gün bir əlifba dəyişməklə xalqı öz keşmişindən ayırıb manqurtlaşdırma siyasəti var. hefig ki, türkiyənin dil islahatındad da ifratçılıq,”Ə”, “X” həriflərininitirilməsi, “q” səsini”K” ilə əəvəz olunması, “qoğal”, “özgür” və s. süni sözlər yadarılmaası dilə zərbə vudu. Haalbuki Uyqurustandan, Altaydan Anadoluya, Sinbirdən İraqa kimi Türk dilinin tarixi meydanı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button