Yaş senzinin Ekperimental Xəstəxanaya aidiyyatı yoxdur?

83 yaşlı Mərkəz direktoru Böyükişi Ağayev işə özü yeriyərək

Böyükkişi Ağayev
gəlib-gedə bilmir  

 Məlum olduğu kimi, bir müddət əvvəl ölkə rəhbərliyi bütün dövlət qurumlarında yaş senzinin tətbiq olunmasının həyata keçirilməsini qanuniləşdirən sərəncam imzaladı. Bu sərəncamın ardından bütün nazirliklər yaşı 65-i keçmiş işçilərinin əllərini sıxaraq yola saldılar. Yaş məsələsindən razı qalan da, qalmayan da oldu. Amma bu gün analoji prosesin bütün dövlət strukturlarında həyata keçirildiyini demək mümkün deyil.

Xalq arasında «Eksperimental Xəstəxana» kimi tanıdığı Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzin rəhbəri Böyükişi Ağayevin 83 yaşı var.

Amma bu yaşda işçilərinin qucağında işə gedib-gəlməyin bir mənası olduğunu düşünmürük. Və bu işdən iki əlli yapışmasının səbəbi kadr çatışmazlığıdırsa, bu heç də inandırıcı arqument deyil. Çünki bu ölkədə tibb sahəsində yetərli qədər güclü kadrlarımız var və onların gəncindən tutmuş, yaşlısına qədər hər biri istənilən elmi mərkəzi, xəstəxananı idarə etmək gücündə və savadındadır.

Maraqlı məqam odur ki, bu Elmi Mərkəzdə işləyənlər arasında yaşı həddindən artıq çox olanların sayı kifayət qədərdir. Və sərəncamın yerinə yetirilməsi üçün bir xeyli vaxt keçməsinə baxmayaraq, onların işdən çıxarılması prosesi həyata keçirilmir. Aydın məsələdir ki, B.Ağayevin həmin vəzifədə əyləşməsinin səbəbkarı Səhiyyə Nazirliyidir. Və böyük əksəriyyətdə təsəvvür belədir ki, səhiyyə naziri Oqtay Şirəliyev 83 yaşlı mərkəz direktorunu himayə edir. Həmin himayəçiliyin də hansı maraqları əhatə etdiyini isə demək çətindir.

Hər halda bu ortada olan bir fakt var ki, B.Ağayev baş həkim olaraq xeyli yaşlanıb və həmin xəstəxananın həkim personalı da deyir ki, baş həkim işinin öhdəsindən gələ bilmir. Kifayət qədər maraqlı faktdır ki, bu qədər yaşlı bir insanı niyə təqaüdə yollamırlar?

Yazılanlarla bağlı olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button