Bu dezo kimə lazımdır?

Azər Həsrətin “poçtuna”

 Hörmətli Əvəz bəy! Mən bu yazını bir “cavab haqqı” olaraq yazmışam, bu yazını öz qəzetinizin səhifəsində yerləşdirməyi Sizdən dönə-dönə xahiş edirəm, ümüdvaram ki, Azər bəylə Sizin dostluq münasibətiniz bu yazının dərcini əngəlləməyəcək

Mənim “Xural” adlı bir sevgim var və bu sevginin müqabilində mən daim “Xural”ı digər mətbu orqanlardan üstün tuturam, niyəsini yazmaq fikrindən uzağam, amma bəzi məqamları Oxucu üçün aydınlatmaq istəyirəm. Başlayaq Azər Həsrətdən.

Mənim Azər bəylə şəxsi tanışlığım yoxdur və bu tanışlıq üçün heç vaxt can da atmamışam, niyəsi odur ki, Azər Həsrət ilə mən şimal və cənub qütbləri kimi bir-birimizə uzağıq, cənub deyən kimi qeyri-ixtiyari Azər bəyin “Xural”da getmiş “Talışlar və uzaqgörən Mirzə Sakit” yazısı yadıma düşdü. Əslində, mən elə həmən yazıdan “bəhrələnib” bu yazını yazmaq qərarına gəldim. Deməli, Azər bəy bəzi qəzetlərin yazdıqlarını oxuyub və həmən məqaləni yazmaq qərarına gəlib. Azər bəy talışları “qardaşlarımız” adlandırdığı üçün ona minnətdaram, amma… Amması odur ki, həmən məqalədə Azər “qardaşımız” bizimlə qardaşlıq etmir, bizə, yəni talışlara qarşı “dezo” buraxır. Nədən ibarətdir Azər bəyin dezosu? Azər bəy yazır ki, sən demə, Rusiya Federasiyasında yaşayan “sapıq talışlar” diaspora adı ilə “separatçılıq” ilə məşğuldurlar və hətta o boyda “ürüsyət” onlara azlıq edib, Ermənistanda da bu fəaliyyəti davam etdirmək niyyətindədirlər, hətta Ermənistanın İrəvan şəhərində “talış” adlı konfrans da keçirmək istəyirlər. Bax dezo elə buradan başlayır.

Birincisi, Ermənistanda keçirilməsi nəzərdə tutulan həmən “toplantı” Talış Diasporası tərəfindən çağrılmayıb, bunu anlamaq üçün Rusiya Talış Diasporasının sədri İsmayıl Şabanovun sosial şəbəkələrdə, həmçinin talış.info və talış.org saytlarında  27.09.2011-ci il tarixində yerləşdirdiyi bəyanatı oxumaq kifayət edir. İsmayıl Şabanov həmən toplantının talışlara heç bir aidiyyatı olmamasını dönə-dönə vurğulayır. Bəs görəsən, Azər bəyin bu dezonu yaymaqda məqsədi nədir? Bu suala cavab vermək üçün Azər bəyə bir neçə sual vermək istəyirəm.

Azər bəy, sizin ara qarışdırmaqda məqsədiniz nədir?

Kim sizə bu tapşırığı verib? (“Mənə heç kəs tapşırıq verməyib” yazsanız, bu sizin qeyri-səmimi olmağınızı sübut edəcək, çünki siz internetin mahir bilicisisiniz və istəsəydiniz həmən toplantı barədə ətraflı məlumat toplaya, Talış Diasporasının mövqeyini öyrənə bilərdiniz). Əgər səmimisizsə, bu suallara cavab verin.

O ki qaldı İrəvanda keçirilməsi nəzərdə tutulan toplantıya, həmən toplantını çağıran qurumların biz talışlara heç bir aidiyyatı yoxdur, çağırıblar, çağırıblar da, sizin “tolerant” hökumətiniz çağırmır (“həmən konfransı Azərbaycanda keçirmək olmazmı” sualınız tam yersizdir), ermənilər də bundan bəhrələnmək istəyirlər, ümumiyyətlə, bu dövlətdə bir anti-talış sevdası var ki, həmən sevdanın yaranmasında sizin kimilərin də rolu az deyil. Biz talışlar sizlərin hər işinizdə yanınızdayıq, bəs siz? Götürək elə “Xural”ın 3-cü səhifəsində yerləşdirilmiş “vicdan məhbusları” tablosunu. Niyə həmin tabloda İslam əqidəsinə görə, saxta ittihamlarla həbs edilən Rufulla Axundzadənin şəkli yoxdur? Axı həmən plakatda, bir sillədən şaşırıb hökumətin saxta ittihamlarını qəbul edənlərin şəkli verilib, amma heç bir ittihamı qəbul etməyən, günahı yalnız talış olmaq olan Rufulla Axundzadənin şəkli verilməyib? İnanmaq istəyirəm ki, bu texniki səhvdir və Əvəz qardaşım bu səhvi aradan qaldıracaq.

Azər bəy, uzun-uzadı yazıb, sizi yormaq istəmirəm, sadəcə sizin nəzərinizə “sapıq” adlandırğınız İsmayıl Şabanovun Rusiya KİV-nə verdiyi müsahibədən bir parçanı çatdırmaq istəyirəm:

“…я выступил против проведения такой конференции именно в Ереване. Могу сказать, что не испытываю никакого дискомфорта по поводу выраженной позиции, ибо глубоко убежден в том, что мы, талыши, не позволим никому использовать нас в качестве разменной монеты в своих геополитических противостояниях. Также повторяю, что поездка хотя бы одного талыша в Ереван на конференцию талыша наложит отрицательный отпечаток на правое дело нашего народа.”

 

Təkzib yazmağınıza ehtiyac yoxdur, sizdən təvəqqem budur ki, belə mövzulara “girişəndə” Böyük Yaradanı unutmayın, heç olmasa Haqqa yaxın yazın, anti-talış təbliğatını buraxın, axı sizin kimilərin “dezo”ları nəticəsində, bir qarın çörək üçün talışlar öz milli kimliklərini “unudurlar”, milli kimliyini, dolayısı ilə anasının ağzının içindəki bir parça əti – Ana dilini dananlar isə elə “sapıqdılar”. “Sapıq elə sapıqdır, istər talış olsun, istərsə lap elə türk olsun” (sitat sizindir.)

 Rafiq Cəlilov

celilovrafiq@mail.ru

 Redaksiyadan:

Biz Rufulla Axundzadənin kim olduğunu və hansı ittihamlarla həbs edildiyini bilmirik. Yaxınları müraciət etsələr və ittihamın mahiyyəti ilə bizi tanış etsələr, o zaman Rufullanı da 3-cü səhifədəki məhbus stendinə əlavə edə bilərik. Amma Rafiq bəyin yazısındakı şantaj tonunu da qəbul etmirik. Müəllifə gələcək yazılarında bu tonu tərk etməyi məsləhət görürük.

“Xural” qəzeti,

il 9, sayı: 062 (472), 17 oktyabr 2011

Əlaqəli məqalələr

5 şərh

  1. Qardaş, bir tərəfdən Allahdan, haqq-ədalətdən danışırsan, o biri tərəfdən də haqsız mülahizələr irəli sürürsən. Bu dövlətin anti-talış sevdalı olduğunu nədə görürsən? Şəxsən mənim tanıdığım talışlar var ki, ölkənin ən müxtəlif sektorlarında aparıcı yerləri tuturlar( təkcə Paşazadə qardaşlarını xatırlamaq kifayətdir). Deyirsən ki, filankəsin həbs olunmasının yeganə səbəbi talış olmasıdır. Adamın Allahı olar. Talış olmağa görə kimi həbs ediblər ki: elə olsaydı o zaman başqa talışlar niyə həbs edilmir? Dövlətə qarşı qərəzli olmanız açıq hiss olunur. Özünüz dediyiniz kimi, heç olmasa Ulu Yaradanı unutmayın!

  2. Bir açıqlama verim ki, çox adam heç türk sözünün mənasını bilmir, amma sağa-sola işlədir. Bütn insanlar humanizm və elə dini baxımından da bir-birinə qardaşdılar. Amma türk sözü törük sözündəndir, o da insan, xalq deməkdir.İstər talış olaq, istər kürd və türk, bir ölkənin vətəndaşı, bir dinli insanlarıq və bir dldə da danışırıq.Axı talış dili kürd dili türk dili qədər ünsiyyət dili ola bilməz, bu obyektiv reallıqdır. Talışların bu torpaqda yaşamağa haqqı olduğunu heç kim inkar etmir, ermənilər gəlmədilər, talışın da türkün də, o birilərimizin də torpağını və çörəyini əlindən almağa gəliblər, bu ayrı məsələdir. Bizim parçalanmağa nə ehtiyacımız var?! xoşundu talış ol, xoşundu türk ol, bir əngəl görmürəm. düşmənə bizi parçalamağa tutalqa vermək lazım deyil. sadəcə iç və dış problemləri var, onları da qarışdırmayaq. kənarda hamımız türk olmalı, içimizdə kim nə istəyir olsun. Necə ki, amerikalı, rusiyalı, avropalı kimi. allaha şükür ki, elə Allahşükürümüz də talışdı. amma ona talışlığı üçün xor baxan yoxdur ki. Fikir bölüşmək yaxşıdır, didşməyə ehtiac görmürəm.
    Allah üstünüzdə olsun, Vətən sağ olsun!

    1. siz malı mala qarışdırmayın, bu yazılar artıq 20 gündən çoxdur ki, mətbuatı dolaşır. biri bilə-bilə bir səhf yazır, qalanları da onu kopyalayırlar, talış-türk qarşıdurmasını yaratmaq istəyirlər, bu cür yazıların müəllifləri elə erməni fitvası ilə bu yazıları yazırlar, sabah ermənilər desə ki, Azər Həsrət üçün Yerevanın mərkəzində ofis tutmuşuq, biz heç bir araşdırma aparmadan Azər Həsrəti asmalıyıq? təbii ki, yox, buraxılan bu xəbəri dəqiqləşdirmək elə də çətin deyildi axı, talış diasporasının saytı var, ora girə bilərdi, amma girməyib, birbaşa dezo buraxıb, uzun-uzadı yazıb baş ağrıtmaq istəmirəm, bu mövzuda ehtiyatlı olmaq gərəkir…

  3. Bizləri yəni müsəlmanları daha doğrusu =islamiyyəti=parçalamaq üçün keçmiş zamanlardan bu günlərə kimi bizlərə düşmən olanlar müxtəlif ayrıseçkilik toxumu səpərək bizlərin sadəlöflüyündən məharətlə istifadə ediblər.zamanında sünni-şiyə
    ayrı seçkiliyi salanlar bu gündə milli kimlik tartışması mövzusu yaradmaqa cəhd
    edirlər.məncə bu plan Azərbaycanda keçməz əsas odur hamımız müsəlmanıq.dinimiz bir dilimiz birdir.belə məsələlərin gündəmə gəlməsinə səbəb bir regionun nümayəndələrinin digərinə nisbətdə daha artıq imtiyaza və var devlətə sahib olmasından irəli gəlir.aidiyəti qurumlar nisbi tarazlıqı qorusa belə məsələlər aktuallıqını tez itirər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button