Demokratiya və dermokratiya

Dünyada deyəsən iki cür demokratiya var. Biri bütün dünyanın qəbul etdiyi və bizim də həsədlə baxıb, öz-özümüzə bizdə nə zaman olacaq dediyimiz, o birisi isə rusların tətbuq etdiyi.

Dünyanın qəbul etdiyi demokratiyanı pribaltlar çox müfəffəqiyyətlə özlərində tətbiq etdilər və Avropanın qardaşlıq ailəsinə azad və demokratik ölkə kimi daxil oldular. Ruslar isə öz demokratiyalarını keçmiş sovet respublikalarına ixrac etdilər və onu idxal edənlərin biri də bizik. Bu gün deyilənə görə bizdə demokratiya var. Bunu dönə-dönə hakimiyyət nümayəndələri təkrar edir. Deyəsən, var, ancaq onlar fikirləşdiyi səpkidə. Bu gün Azərbaycan xalqı iki təbəqəyə bölünüb. Biri yuxarı təbəqə, biri isə aşağı. Yuxarı təbəqə də üç yerə bölünüb. Lap yuxarıda dayananlar üçün heç bir qanun yoxdur. Çünki onlar özləri qanundur. Onlara hər şey olar. İkinci yerdəkilərə də hər şey olar, amma bəzi xırda-para şeylərdən başqa. Üçüncülərə cox şey icazə verilib, amma hər şey deyil. Bu üçlüyə qanunun heç bir dəxli yoxdur, onlar üçün qanun birincilərdir. Onlar özlərini elita adlandırırlar.

Qaldı ikinci təbəqə, onlar da əslində iki yerə bölünüblər. Biri xalqın çörək və tamaşa tələbinin ikinci hissəsini yerinə yetirir (şou əhli və ona oxşayanlar) və buna görə də onlara icazə veriblər ki, onlarda elitaya məxsus olma illüziyası yaransın. Amma ixtiyarı bir vaxtda onlar bir heçə çevrilə bilərlər.

Qalanlar isə əsl kölələrdir ki, onlara demokratiya lazım deyil. Kölə nə bilir demokratiya nədir. Onlar ancaq çörək və tamaşa arzuları ola bilən adamlardır.

Bax Rusiyadan alıb öz şəraitimizə uyğunlaşdırdığımız demokratiya budur. Düzdür, ruslar bunun bir az abırlısına malik olsalar da, onun adını DERMOKRATİYA qoyublar, amma nə olsun biz ki, onu özəlləşdirib bütün dünyaya əsl analoqu olmayan bir demokratiya kimi təqdim edirik. Bu demokratiyanın içində elitadan başqa heç kimin haqqı yoxdur. Axı necə ola bilər, onlar kölədirlər. Elita onların çörəyini verir, tamaşalar göstərir. Daha nə lazımdır? İnsan haqları, nə bilim başqa nə haqlar haqda danışmağa dəyməz. Bizim mentalitetimizdə bu şeylər olmayıb – deyə bu sualları verənlərə cavab verirlər. Həm də axı bu ölkə onların ölkəsidir və onlar demokratiyaya uyğun olaraq hamıya xarici pasport veriblər, kimin xoşuna gəlmir elitanın ölkəsindən gedə bilər. Bəli, bunu elitanın nümayəndələri açıq-aydın deyirlər. Bu torpaqlar, onun altındakı sərvətlər onların halal mallarıdır və kimin xoşu gəlmirsə, çıxsın getsin. Getməyən və onların dermokratiyasını qəbul etməyənlər üçün isə məhkəmələr və zindanlar var. Bəs necə, rus dermokratiyasının ən güclü atributları olan cəza mexanizmləri. Çünki özünü qoruya bilməyən dermokratiya məhvə məhkumdur. Ona görə də dermokratiyanın atributları olan dəyənək, zindan bizə çox doğmadır. Onları da qanuniləşdirən aşağı təbəqə üçün yazılmış qanunlar və bu qanunları tətbiq eləyən məhkəmələr,

İ.S. Bü gün Azərbaycanda doğrudan da analoqu olmayan dermokratiyanın təntənəsi var. Korrupsionerlər korrupsiyaya qarşı mübarizə aparır, canilər qanunun aliliyinə nəzarət edirlər. Millətin qenefonduna zərbə zərbə dalınca vurulur. Qida sənayemiz bir monopoliyanın əlindədir və bizim xalqa onların nə yedirdiklərindən isə heç kimin xəbəri yoxdur.

“Xural” qəzeti,

il 9, sayı: 041 (449), 24 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button