Elmira Axundova Misir Qasımlının həbsindən danışdı: – “Axırı yaxşı olacaq…”
Pravda.az-ın əməkdaşı səslənən iddialara görə, Elmira Axundovanın mövqeyini öyrənməyə çalışıb.
Səfir bildirib ki, Misir Qasımlının məsələsi ilə bağlı səfirlik nə lazımdırsa edib:
“Axırı yaxşı olacaq. Səfirlik yenə də nə lazımdırsa, edəcək. Amma məhkəmə işlərinə biz qarışa bilmirik…”
E.Axundova Misir Qasımlı və Sübhan Quliyevin həbsində erməni amilinin olub-olmaması sualını isə belə cavablandırıb: “Bu sual Xarici İşlər Nazirliyinə, Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Sabir Rzayevə ünvanlasa, daha münasib olar…”