Erməninin dişini sındırmasan…

Soylu Atalı

Balacalığın Gücə qarşı “ironiyası”

Humanizm oyunu fırıldaqçını aldatmaz. Türkiyə hakimiyyəti oyun oynamaqla balaca bir fırıldaqçını – Ermənistanı ələ almaq istədi. Ermənistan isə oyunçuya aldanmayacağını nümayiş etdirmək üçün diş qıcadı.

Ərdoğan hakimiyyəti humanizm oyunu ilə Türkiyəni gülünc duruma salır. Onun “kürd açılımı” və “erməni açılımı” layihələrinin cəfəng olduğu sübut olundu. Bu layihələri irəli sürmək ya dünya Güclərinin Türkə qarşı niyyətlərini dərk eləməməkdir, ya da həmin Güclərin Türkə qarşı niyyətlərinə dolayısı ilə xidmət etməkdir. Çoxdan sübut olunub ki, Qərb və Rusiya Ermənini Türkdən qoruyur. “Erməni açılımı” nə qədər uğurlu həll olunsa da Türkün xeyrinə həll olunmaz. Ən yaxşı halda Rusiya ilə rəqabət aparan Qərbin xeyrinə həll olunar.

Bəli, Qərb və Rusiya ermənini qoruyur. Çünki erməni hansının əlində olsa bölgədəki üstünlüyü artar. Bu baxımdan yanaşanda Türkiyənin “erməni açılımı” Qərbin üstünlüyünü təmin etmiş olar. Çünki Türkiyə Qərbin tabeliyində hərəkət edir. Türkiyə özü isə cəfəng “erməni soyqırımı” məsələsində sadəcə vaxt uda bilər. Türkə qarşı olan həmin Güclər türkün zərərinə olan planları heç vaxt axıra qədər ləğv eləmirlər, – qısa müddətdə gündəlikdən çıxartsalar da. Yüz ildir bu fakt özünü göstərir. Türkə qarşı iddianın birini ləğv eləməmiş yeni iddialar ortaya gəlir. Sonra da yeni iddiaları kompensasiya eləmək tələbi irəli sürülür. Ona görə də fırıldaqçı ilə oyun oynamaq yox, ona qarşı güc nümayiş etdirmək gərəkdir. Erməninin dişini sındırmasan hər addımda o sənə diş qıcayacaq. Bunun üçün isə Türkiyə dövlətinin başına oyunçu deyil, güclü siyasi xadim gəlməlidir.

Türkiyə hakimiyyətinin yürütdüyü “erməni açılımı” siyasəti Türkiyənin özünə qarşı yönəlir. Bunu zamanında görməyən hakimiyyət Türkiyəni hara aparıb çıxaracaq?! Sarkisyanla çiyin-çiyinə oturub futbol matçını seyr edən Abdulla Gül başqa nə gözləyirdi ki?! O, Sarkisyana qapı açmaq vəd edir, Sarkisyan isə ərazi iddiası irəli sürür. Qarabağda törətdiyi faciələrlə qürur duyan, zəbtçiliyi ilə öyünən Sarkisyandan adam kimi siyasət yürütmək umurlar. Bəs böyük bir dövlətin başına gələnlərin uzaqgörənliyi harda özünü göstərəcək?!

Erməni ilə humanizm dilində danışmaq iki cəhətdən mümkün deyil: Birinci, Erməni güc görməyincə quyruğunu qısan deyil. Onun başı əzilməlidir. Bunun başqa yolu yoxdur. İkinci, siyasi mənada erməninin öz varlığı yoxdur. Onu nə qədər qılıqlasan da heç nə alınmaz. Ermənini qabağa itələyənlər var. O, qabağa itələndikcə daha çox şey istəyir. Ona görə də onu qabağa itələyənlərin özünə dərs vermək lazımdır. Sübut etməlisən ki, sənin dövlətin Türkün varlığını, ləyaqətini qorumağa qadirdir. Bugünkü Türkiyə hakimiyyəti sərt və qəti addım atmaqdan ona görə çəkinir ki, Qərb tərəfindən hakimiyyətin dəyişdirilə bilməsindən qorxur. Türk göründüyü kimi aciz və yalın deyil axı!

Əlaqəli məqalələr

1 şərh

  1. Türkiyə böyük devlətdir.zəndimcə Ərdoğanda zamanında seçilmiş rəhbərdir ki o
    bizlərə qarşı yalnış hərəkət etməz . Qarabağ məsələsini həll etmək üçün milli
    birlik həmrəylik yaratmaq lazımdır.Başqasının bu məsələni həll edəcəyinə ümid
    bəsləmək yalnış fikirdir.erməniyə arxa duran hər hansı bir gücü zərərsizləşdirməyi
    bacaran mərd igidlər bizlərdə coxdur. Təəssüflər olsun ki onların önünü iki üzlü
    insanlar yaltaqlar kəsərəy DEVLƏTLƏ aralarında ucurum yaradıblar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button