Human Rights Watch: Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulması davam edir

23.01.2012

“Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı “Human Rights Watch” təşkilatının hesabatına daxil edildi

Hesabat olduğu kimi

YANVAR 2012 

Azərbaycan  ÜZRƏ ÜMUMI XÜLASƏ

2011-ci ildə Azərbaycanda insan hüquqları ilə bağlı durum pisləşmişdir. Hökumət etirazın bütün növlərinin qarşısını almış və saxta məhkəmə hökmləri əsasında onlarla gənc fəalı həbs etmişdir. Böhtana görə jurnalistlərə qarşı hökumət tərəfindən qaldırılan cinayət və mülki məhkəmə işlərinin sayının azalmasına baxmayaraq, jurnalistlərə və digər tənqidçilərə qarşı düşmən münasibət hələ də qalmaqdadır. Hökumətin paytaxt Bakının mərkəzində şəhərin gözəlləşdirilməsi kampanyası adıyla apardığı abadlaşdırma işləri nəticəsində insanlar öz evlərindən məcburi şəkildə köçürülmüş və onlara məxsus mülklər qeyri-qanuni sökülmüşdür. Din azadlığına məhdudiyyətlər və həbsxanalarda işgəncə və pis rəftar 2011-ci ildə də davam etmişdir.

Azərbaycan hökuməti Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə təyin etdiyi məruzəçinin ölkəyə gəlişinin əngəlləməsini 2011-ci ildə də davam etdirmişdir.

Mətbuat Azadlığı

Yerli media monitorinqi təşkilatı olan ・Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu・-nun məlumatına görə 2011-ci ildə 50-yə yaxın yerli və xarici jurnalist zorakılığa və hücüma məruz qalmışdır. Mart ayında müxalif yönümlü

 Azadlıq qəzetinin jurnalisti Seymur Həziyev 6 maskalı şəxs tərəfindən oğurlanmış, döyülmüş və hökumət məmurlarını tənqid edən yazılar yazmamaq barədə ona xəbərdarlıq edilmişdir. Aprel ayında Azadlıq qəzetinin əməkdaşı Ramin Deko 3 naməlum şəxs tərəfindən oğurlanaraq 8 saat saxlanmış və sosial mediada hökuməti tənqid edən yazılara son qoymaq barədə ona xəbərdarliq edilmişdir. Polis jurnalistlərə qarşı hücum faktlarının lazımi səviyyədə və səmərəli araşdırmamışdır. 2

Oktyabr ayında

 Xural qəzetinin baş redaktoru Əvəz Zeynallı şantaj etmə adlı şübhəli ittiham əsasında günahlandırılaraq barəsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilmişdir. Prezident administrasiyasının rəhbəri və digər məmurlar tərəfindən 2009-cu ildə Xural qəzetinə qarşı 3 defamasiya halı üzrə irəli sürülən ittihamla bağlı təyin olunan cərimənin ödənilməsini təmin etmək üçün 2011-ci ilin Oktyabr ayıının əvvəlində məhkəmənin göstərişi ilə Xural-ın ofisindəki avadanlıqlar müsadirə edilmişdir.

Bakıda keçirilən etiraz aksiyası haqda 2011-ci ilin Aprel ayinda çəkiliş hazırlayan İsveç televiziyası jurnalist qrupunun kameralarını polis əllərindən almış və bütün çəkilişləri silmişdir. Azərbaycan rəsmiləri iyul ayında Bloomberg Markets jurnalının fotoqrafı Diana Markosyanı Bakı aeroportundan deportasiya etmişdir. İyun ayında Amerikalı jurnalist Amanda Erikson və Britaniyalı hüquq müdafiəçisi Silia Devies 4 nəfər tərfindən hücuma məruz qalmış və nəticədə Silia Deviesin qolu sınmışdır. Hücum etməkdə şübhəli bilinən iki nəfərə qarşı cinayət işi qaldırılmışdır.

Böhtanın dekriminallaşdırılması və tənqidçilərə qarşı böhtana görə cinayət və mülki iş qaldırmaqdan çəkinməklə bağlı Azərbaycanın beynəlxalq tərəfdaşlarının Azərbaycan hökümətinə dəfələrlə ünvanladığı müraciətlərə baxmayaraq, 2011-ci ilin birinci yarısında məmurlar jurnalist və digərlərinə qarşı böhtanla bağlı 7 məhkəmə iddiası qaldırmışdır və bu iddialardan ən azı ikisi həbslə nəticələnmişdir.

2007-ci ildə siyasi motivlərlə həbs olunmuş və Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu ilin Aprel ayında verdiyi qərarla azad olunmasını tələb etdiyi tanınmış redaktor, hökumət tənqidçisi Eynulla Fətullayev 2011-ci ilin May ayında həbsdən azadlığa buraxmışdır.

Toplaşma Azadlığı

Hökumət toplaşma azadlığını 2011-ci ildə ciddi şəkildə məhdudlaşdırmışdır. Bakının mərkəzində heç bir aksiyanın keçirilməsinə hökumət icazə verməmişdir. İcazəsiz keçirilən aksiyalar dərhal polis tərəfindən zorakılıqla dağıdılmışdır.

Ərəb Baharı hərəkatından təsirlənərək demokratiya tərəfdarlarının paytaxt Bakıda keçirdiyi bir sıra etiraz aksiyalarının qarşısı hökumət tərəfindən zorakılıqla alınmışdır. 2011-ci ilin Mart ayında keçirilən 2 günlük etiraz aksiyasında polis 50-dən çox fəalı saxlamışdır. Gecə vaxtı və qapalı şəkildə keçirilən məhkəmə prosesləri nəticəsində siyasi fəallar 10 günə qədər müddət ərzində azadlıqdan məhrum edilmişdir.

Aprel ayının 2-də keçirlmiş icazəsiz aksiya zamanı fiziki gücdən istifadə edən polis etirazçıların toplaşmasına imkan verməyərək 200-dən çox adamı, o cümlədən ictimai xadimləri, jurnalistləri və muxalifət fəallarını saxlamışdır. Saxlanılardan 14-ü ədalətsiz məhkəmə istintaqı nəticəsində 3 ilə qədər müddətə azadlıqdan məhrum edilmişdir. 17 Apreldə keçirilən nümayiş zamanı isə polis yenə də eirazçıları aksiya keçıriləcək meydana buraxmayaraq 100-dən çox iştirakçını saxlamış və bir neçəsinə qarşı ittiham irəli sürmüşdür.

Siyasi Məhbuslar

Siyasi motivli ittihamlar əsasında həbsolunmalar hələ də mövcud problem olaraq qalmaqdadır. Hüquq müdafiəçilərinin bildirdiyinə görə Mart və Aprel aylarında keçirilən aksiyalarda həbs olunanlar da daxil olmaqla 2011-ci ilin ilk 6 ayında siyasi məhbusların sayı 23 və 45 rəqəmləri arasında olmuşdur.

2011-ci ilin Mart ayının əvvəlində gənc fəal, 29 yaşlı Bəxtiyar Hacıyev polis tərəfindən saxlanmışdır. Hacıyev sosial şəbəkələrdə 11 Martda keçirilməsi planlaşdırılan etiraz aksiyasına dəstək vermişdir. Siyasi motivli məhkəmə qərarı ilə Hacıyev ordudan xidmətdən yayınmaqda ittiham olunaraq 2 il azadlıqdan məhrum edilib. Bu ittihama baxmayaraq Hacıyev qanundan nəzərdə tutulmuş alternativ hərbi xidmət imkanından istifadə etməyi tələb edirdi

Yenə də Mart ayında, sosial media fəalı və eyni zamanda da müxalifət yönümlü Xalq Cəbhəsi partiyasının üzvü, 20 yaşlı Cabbar Savalanlı narkotik saxlama adlı saxta ittiham əsasında 2,6 il azadlıqdan məhrum edilmişdir. Həbsindən əvvəl Cabbar Savalanlı sosial şəbəkələrdə hakimiyyəti tənqid edən yazılar yazmışdır.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisinin Azərbaycana gəlməsi üçün viza verilməməsini hökumət 2011-ci ildə davam etdirmişdir. AŞPA tərəfindən 2009-cu ilin Mart ayında təyin olunan bu məruzəçi indiyədək viza verilməməsi ucbatından Azərbaycana hələ də gələ bilmir.

 Pis Rəftar və Saxlanma Məntəqələrində İşgəncə və pis rəftar cəzasızlıq mühitində davam etməkdədir. 2011-ci ildə saxlanma məntəqələrində 2 adam ölmüşdür. Həbsxanaların monitorinqi ilə məşğul olan İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin verdiyi məlumata görə həbsxanalarda pis rəftar iddiası ilə bağlı 2011-ci ilin ilk yarısında təşkilata 89 şikayət ərizəsi daxil olmuşdur.

Yanvar ayında 31 yaşlı Elvin Əsgərov polisin təqibindən və saxlanılmasından sonra vəfat etmişdir. Polis iddia edir ki, Əsgərov təqib zamanı zədə almışdır. Əsgərovun ailəsi isə onun Bakı şəhər Nizami rayon polis şöbəsində döyüldüyünü iddia edir. Ailəsinin tələbinə baxmayaraq bu yöndə heç bir istintaq işi aparılmamışdır.

24 Avqust tarixində 31 yaşlı Turac Zeynalov casusluq etmədə ittiham olunaraq saxlanmışdır və sonradan Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin saxlanma kamerasında ölmüşdür. Zeynalovla həbsindən bir gün sonra görüşən qohumlarının dediklərinə görə o, döyüldüyünə görə hərəkət edə bilmirmiş. Turac Zeynalov üç gün sonra vəfat etmişdir. Onun dəri xərçəngindən vəfat etdiyini iddia edən hökumət rəsmiləri ölüm işi ilə əlaqədar cinayət işi açmışdır. Zeynalovun ölümü ilə bağlı jurnalist araşdırması aparan Azadlıq radiosunun Azərbaycan xidmətinin əməkdaşı 2011-ci ilin Sentyabr ayında Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin rəsmiləri tərəfindən saxlanılmış və oradan deportasiya edilmişdir.

Evlərdən Məcburi Köçürülmələr və Qanunsuz Söküntülər

2009-cu ildən başlayaraq, paytaxt Bakının abadlaşdırlması adıyla Bakı Meriyası hətta bəzən fiziki gücdən də istifadə edərək yüzlərlə sakini öz evlərindən məcburi çıxarmış və onların mülklərini uçurmuşdur. Mülk sahiblərinin aldıqları kompensasiya bir çox hallarda mövcud bazar qiymətindən çox aşağı olur və hüquqlarının bərpası məqsədi ilə məhkəmələrə müraciət üçün onların çox az imkanı vardır.

Məcburi köçürülmələr həm də hüquq müdafiəçilərini hədəfə almışdır. Avqust ayının 11-də, hökumət məmurları məhkəmənin qərarına məhəl qoymadan və əvvəlcədən xəbər etmədən hüquq müdafiəçisi Leyla Yunus sahib olduğu mülkü dağıtmışlar. Bu mülk Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu və eyni zamanda da Minaların Qadağan edilməsi üzrə Azərbaycan Assosiasiyası və Bakıda yeganə olan Qadın Krizis Mərkəzi üçün ofis məqsədi ilə fəaliyyət göstərirdi. Hökumətin başlatdığı söküntü kampanyalarına qarşı Leyla Yunus dəfələrlə tənqidi çıxışlar etmişdi.

Din Azadlığı

Bütün dini qruplar üzərində məhdudiyyətləri sərtləşdirən hökumət 2010-cu ilin İyun ayında qanunvericiliyə edilən dəyişiklərə əsasən icazəsiz dini fəaliyyətin qarşısını almaq üçün cərimələri nəzərə çarpacaq dərəcədə yuxarı qaldırmış və bütün dini qruplara hər hansı toplantı keçirmək üçün əvvəlcədən hökumətdən icazə alınması tələbini qoymuşdur.

2011-ci ilin İyun ayında Yehova Şahidləri dini icmasının 40 üzvünün iştirakı etdiyi xüsusi yığıncağın qarşısını alan polis saxladığı iştirakçıları təxminən 10 saata yaxın sorğu sual etmişdir. Onlardan 3 nəfəri dini toplantılar haqda qaydaları qozmaqda günahlandırılaraq məhkəmə tərəfindən pul cəriməsi ilə cəzalandırılmışdır.

Həmin gün, polis Sumqayıt şəhərində Baptistlərin yığıncağına müdaxilə edərək onların rəhbərinə xəbərdarlıq etmişdir ki, dövlətin icazəsi olmadan ibadət məqsədilə toplaşmasınlar. Yehova Şahidlərinin Gəncə şəhərindəki icması 2010-cu ildən bu yana ən azından iki dəfə qeydiyyat üçün müraciət etsə də hər dəfə imtina edilmişdir.

2010-cu ilin Dekabr ayında hökumətin məktəb və universitetlərə hicabla getməyi qadağan etməsi minlərlə qız və qadının baş örtüsünü çıxarmasına səbəb olmuşdur. Məhkəmənin 2011-ci ilin Oktyabr ayında verdiyi qərara əsasən icazəsiz keçirilən aksiyaların təşkil olunmasında və hicab qadağasına etiraz məqsədiylə May ayında keçirilən aksiyada polisə müqavimət göstərməkdə ittiham olunan 5 nəfər 2,6 il müddətədək azadlıqdan məhrum edilmişdir.

2011-cil ilin Yanvar ayında, dövlət qeydiyyatı olmayan İslam Partiyasının sədri Mövsum Səmədov həbs olunmuşdur. Mövsumovun həbsi onun YouTube videopaylaşma portalında yayımlanmış çıxışında prezident Ilham Əliyevi tənqid etdikdən sonra baş vermişdir. Oktyabr ayında Mövsumov dövlət çevrilişinə cəhddə ittiham olunaraq 12 il azadlıqdan məhrum edilmişdir.

Hüquq Müdafiəçiləri

2011-ci ilin avqust ayında Demokratiyanın Müdafiəsinə Dəstək adlı yerli hüquq müdafiə təşkilatının rəhbəri Vidadi İsgəndərov 2010-cu ildə keçirilən parlament seçkilərinə müdaxilə etməkdə günahlandırılaraq şübhəli ittihamla 3 il azadlıqdan məhrum edilmişdir. İsgəndərova qarşı bu ittiham İsgəndərovun özünün seçkidə namizəd kimi iştırak etdiyi dairədə seçki saxtakarlığı ilə bağlı şıkayətindən bir neçə ay sonra irəli sürülmüşdür. İsgəndərov həm də icazəsiz aksiyada iştirak etdiyinə görə Aprel ayında iki dəfə qısa müddətlik həbs olunmuşdur.

Hüquq müdafiəçiliyi ilə məşğul olan bir neçə vəkilə qarşı siyasi motivli cinayət və inzibati tədbirlər görülmüşdür. Həmçinin, hüquq müdafiə təşkilatlarının işinə hökumət tərəfindən müdaxilələr edilmişdir. Polis bölməsində ölən Elvin Əsgərovun ailəsini təmsil edən vəkil Xalid Bağırov avqust ayında bir polis rəisinin şikayəti əsasında Azərbaycan Vəkillər Kollegiyası tərəfindən üzvlükdən uzaqlaşdırılmışdır. Elçin Namazov adlı digər bir vəkil isə Vəkillər Kollegiyası tərəfindən üzvlükdən həmişəlik çıxarılmış və ona qarşı cinayət işi qaldırılmışdır.

Beynəlxalq İnsan Hüquqları Evi Şəbəkəsinin üzvü olan Azərbaycan İnsan Hüquqları Evinin fəaliyyəti 2011-ci ilin Mart ayında Ədliyyə Nazirliyi tərəfindən dayandırılmışdır. Rəsmi dövlət qeydiyyatı olan Azərbaycan İnsan Hüquqları Evi hüquq müdafiəçiləri üçün treyninq, resurs mərkəzi və konfrans zalından istifadə kimi təmənnasız xidmətlər təklif edən təşkilat idi. Mart ayında Ədliyyə Nazirliyi həmçinin Milli Demokratiya İnstitutunun (MDİ) fəaliyyətinin dayandırılması haqda qərar vermişdir. Qeydiyyatını gözləyən MDİ-nun 2006-cı ildən bu yana qeydiyyat üçün dəfələrlə etdiyi cəhdlər Nazirlik tərəfindən imtina edilib.

Media Monitorinq İnstitutu 2009-cu ildən bu yana qeydiyyat üçün 6 dəfə müraciət etsə də Ədliyyə Nazirliyi tərəfindən hər dəfə qeydiyyatı imtina edilib.

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərində yerli məmur və polislərin iştirakıyla 3 qeyri-hökumət təşkilatı – Demokratik Maariflənmənin İnkişafı üzrı Regional Mərkəz, Demos və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi – 2011-ci ilin Mart ayında öz ofislərindən heç bir izahat olmadan çıxarılmışdır.

Əsas Beynəlxalq Güclər

Avropa İttifaqi, Amerika Birləsmiş Ştatları və digər beynəlxalq ve regional institut və tərəfdaşlar insan hüquqlarının durumuna görə Azərbaycanı tənqid etsələr də, onlar ölkə ilə öz əlaqələrini konkret insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması ilə şərtləndirə bilmədilər. Avropa İttifaqı, Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatı və Amerikanın Bakıdakı səfirliyi gənc fəalların həbsi ilə bağlı narahatçılıqlarını bildirmişdilər.

May ayında Avropa Parlamentinin qəbul etdiyi qətnamədə qurum ・Azərbaycanda jurnalistlərə, sosial media fəallarına və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı artan zorakılıq və hücum halları ilə əlaqədar ciddi narahatçılığını・ ifadə etmişdir. Yenə də May ayında, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik siyasəti üzrə Ali Təmsilçısı və həm də Avropa Komissiyasının vitse-prezidenti xanım Katrin Aşton bəyanatla çıxış edərək gənc fəallar Bəxtiyar Hacıyev və Cabbar Savalanlının həbsi ilə bağlı narahatlığını bildirmişdir.

Avqust ayının 16-da BMT-nin Insan Hüquqları üzrə Ali Komissarı hüquq müdafiəçisi Leyla Yunusun mülkünün sökülməsini tənqid etmiş və hüquq müdafiəçilərinin təhlükəsiz iş şəraitinin təmin olunması üçün hökumətə müraciət etmişdir. Avropa Birliyi və ABŞ-ın ATƏT-dəki missiyası da mülk söküntüsünü tənqid etmişlər.

Azərbaycanda insan hüquqlarının Sentyabr ayı üzrə müşahidəsində, Avropa Şurasının İnsan Haqqları üzrə Komissarı Tomas Hammerberq ifadə, birləşmə və sərbəst toplaşma azadlıqlarını təmin edilmədiyinə görə Azərbaycan hökumətini tənqid etmişdir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button