Hüquq müdafiəçisi Əlövsət Sadıqlı Bakı şəhər Prokurorluğuna çağırılıb

Xural.com xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində məlumat yayıb.

Əlövsət Sadıqlı sabah, yəni 18.11.2019-cu il tarixdə saat 10.00-da Bakı Şəhər Prokurorluğunda olacağını bildirib:

“Müstəntiq Emin Cəlilov telefonla zəng edərək dəvət edib.

Bildirdi ki, Oktay Gülalıyevlə bağlı internet televiziyalarda etdiyim çıxışlarla bağlı prokurorluğa müraciət daxil olub və dəvət də onunla əlaqədardır. Hansı qismdə dəvət olunduğumu və müraciət edənin (və ya şikayətçinin) kim olduğunu bilmirəm.

Yazdım ki, xəbəriniz olsun, haraya getdiyimi biləsiniz…”- deyə o bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button