İcra başçısı 5 milyonluq bina tikdirir

Əli bəy Hüseynzadənin heykəlini sökdürə bilməyən Tahir Kərimov İcra hakimiyyətinin binasını dəyişdirir

Bu gün Salyan dahilərin heykəllərinin qorunub saxlanıldığı tək-tük rayonlardan biridir. 1993-cü ildən bəri bu rayonda dahi şəxsiyyət Əli bəy Hüseynzadənin heykəli ucalır. Heykəl Salyan və salyanlıların fəxr mənbəyinə çevrilib. Lakin nə müəmmadırsa, rayona gələn bütün icra başçıları nədənsə, Əli bəyin heykəlinin rayonun ən görkəmli yerində dayanması ilə barışmaq istəmirlər. Elə buna görə də, hər yeni gələn icra başçısı onu götürmək istəyib. Lakin rayon camaatının təzyiqi ilə üzləşiblər. Hətta keçmiş icra başçısı Rasim Bəşirov belə heykəlin yerini dəyişdirmək niyyətinə düşsə də, sonradan bu istəyindən vaz keçib və heykəli təkrar təmir etdirərək, yerinə qoydurub.

İndi də icra başçısı Tahir Kərimov Salyanda yenidənqurma işləri çərçivəsində Salyan rayon İcra Hakimiyyətinin binasını dəyişmək qərarına gəlib. Heykəli götürə bilməyən başçı, əvəzində binanı dəyişmək isətəyir. Tikiləcək bina üçün hökumət tərəfindən pul da ayrılıb. Guya binanın tikintisinin smeta dəyəri 5 milyon manatdır. Halbuki həmin binaya sərf olunan milyonlarla manata Kür daşqınından əziyyət çəkən ailələrə əməlli-başlı ev tikmək olardı. İcra Hakimiyyəti üçün bina tikintisi elə də vacib deyildi. Hər halda oranın işçiləri yayda istidən, qışda soyuqdan əziyyət çəkmirlər.

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button