İdrak Abbasovun işi prokurorluğa göndərildi

“Ayna”-“Zerkalo” qəzetlərinin, habelə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasov özünün və ailə üzvlərinin üzləşdiyi təzyiqlərlə bağlı daxili işlər naziri Ramil Usubovun şəxsi nəzarəti altında aparılan təhqiqat yekunlaşıb və iş üzrə cinayət işinin başlanılması üçün material prokurorluğa təqdim edilib. Bu barədə «Turan»a jurnalist özü məlumat verib.

Onun sözlərinə görə, polisin apardığı ilkin istintaq zamanı iş üzrə yerində araşdırma aparılıb, onun ailə üzvlərindən, habelə qonşulardan, evlərinə yaxın olan qəsəbədəki marketlərin satıcılarından və digər şəxslərdən ifadələr alınıb, habelə hadisə yerinin foto şəkilləri çəkilib.Bununla belə, İ.Abbasov ona və ailə üzvlərinə qarşı hədələrin dayandırıldığını, ərazi üzrə 40-cı polis bölməsindən isə mümkün hədələrin olub-olmadığının mütəmadi monitorinqini aparıldığını deyib.

“Bütün bunlara baxmayaraq, mən və ailə üzvlərin ciddi sarsıntı və qorxu altında yaşayırıq. Çünki ailə üzvlərimə hücum edən və məni hədələyənlərdən heç kimin həbs edilməsi barədə məndə heç bir məlumat yoxdur, hesab edirəm ki, o şəxslər hələ də azadlıqdadırlar”, – deyən İ.Abbasov prezident İlham Əliyevə etdiyi müraciətə də Azərbaycan Dövlət Neft Şirkəti və Binəqədi OİL-dən reaksiya gəldiyini deyib.

Xatırladaq ki, sentyabrın 9-da saat 10 radələrində “Binəqədi OİL”un 30-50 nəfərlik “xüsusi təyinatlısı” ağır texnika ilə Binəqədi rayon Xocasən qəsəbəsi Yuxarı Sulutəpə yaşayış massivi Ruslan Allahverdiyev küçəsində daş hasarla hörülmüş və dəmir darvazası olan həyətdə daxil olaraq İ.Abbasovun qohumlarımı vəhşiliklə döyüblər.

“Xural” qəzeti,

il 9, sayı: 058 (467), 12 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button