İslamçılar oktyabrın 22-də mitinq keçirəcək

Azərbaycan İslam Partiyasının (AİP) rəhbərliyi oktyabrın 22-də Bakıda sədr Mövsüm Səmədov və 6 partiya üzvünün uzunmüddətli həbs cəzasına məhkum edilməsinə qarşı etiraz aksiyası keçirilməsi haqqında qərar qəbul edib.

Ötən cümə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə İslam Partiyasının lideri Mövsüm Səmədov və 6 partiya fəalı barədə hökm çıxarılıb. Məhkəmə onları CM-in 28, 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə təqsirli bilib və Mövsüm Səmədovu ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanmaqla 12 il, partiyanın sədr müavini Vaqif Abdullayev 11 il, partiyanın Astara təşkilatının rəhbəri Rufulla Axundzadəni 11,5 il, Fəramiz Abbasovu 11 il, Dəyanət Səmədovu 11 il, Firdovsi Məmmədrzayevi 10 il, Mikayıl Zülfüqarlını 11 il (şərti) müddətinə azadlıqdan məhrum edib.

“Xural” qəzeti,

il 9, sayı: 058 (467), 12 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button