Rixard Zorgenin arvadını zəhərləyib oldürüblər?!

Yekaterina Maksimovna

Kimsə Yekaterina Maksimovnanın öldürülmə səbəbini bilmir

Sovet İttifaqı üçün məxfi məlumatlar əldə edən kəşfiyyatçı haqqında indi hər şey məlumdur – Tokioda harada edam edilib, hətta harada heykəlini qoyublar! Lakin “xalq düşməni” kimi həbs edilib sürgünlərə gondərilən və indiyə kimi harada basdırıldığı bilinməyən arvadı Yekaterina Maksimovna haqqında kimsə danışmır…

Böyük Murta Qəsəbəsi. Rayon xəstəxanasının qapısındayam. Köhnə, birmərtəbəli bina, sıx əkilmiş qovaqların üzündən heç zaman gün işığı görməyən yarıqaranlıq binaya baxan kimi 40-cı illərdə buranın necə olduğunu təsəvvür edirəm.

– Axırıncı çarpayı, – deyə göstərir həkim, – burada ölub əzabkeş!

1943-cü ilin 3 iyulunda Rixard Zorgenin arvadı Yekaterina Maksimovnanı yola salan bu dəmir çarpayı, sonra çox adama qulluq edib.

Yekaterina müharibənin ikinci ili Moskvada həbs edilib. Bu zaman (onlar 1933-cü ildə evləniblər) onun əri bir neçə il idi Yaponiyada jurnalist adı altında işləyirdi.

Sovet kəşfiyyatının rəhbərlərinin həbsindən sonra bütün ölkələrdəki rezidentlər geri çağrılıb həbs edilirdi. Məhkəmələr qurulur, məhbuslar güllələnirdi. Lakin Zorge geri çağrılmasına müqavimət göstərir və Mərkəzə qiymətli kəşfiyyat məlumatları ötürürdü.

Maksimovanı casusluqda günahlandırıb 5 illiyə Krasnoyarsk diyarına sürgün etdilər.

Böyük Murtada, Maksimovanın yaşadığı siyasilər üçün barakda gəzən şayiələrə görə, Zorgenin arvadının ölümü rəsmi sənədlərdə yazılan “beyinə qansızma” deyildi.

Оnu zəhərləyib öldürüblər.

Böyük Murta xəstəxanasının keçmiş baş həkimi Vladimir Ryazençev:

– Hələ müharibədən əvvəl xəstəxanada sürgün olunmuş cərrah – keşiş, sonralar arxiyepiskop olmuş, Stalin mükafatı laureatı Valentin Voyno-Yaseneçkiy işləyirdi. Əlini cərrahiyyə əməliyyatından əvvəl və sonra antiseptik əvəzinə sulema məhlulu ilə yuyardı. Bu civə ilə xlorun qatışığı olan məhlul zəhərli idi. Yoyno-Vaseneçkiy gedəndən sonra da bu adət bizdə qalmışdı. Deyilənə görə, Yekaterina NKVD zabiti ilə Krasnoyarska sulema dalınca gedıb. Yolda sulema dağılıb, Yekaterina bundan guya zəhərlənib. Ola bilər ki, hər şey əvvəldən planlaşdırılıb.

Katya bir gündə yandı. Ağır vəziyyətdə xəstaxanaya çatdırılan Yekatirinada güçlü ürəkbulanması vardı. O, dayanmadan qusurdu. Ölümünün dəqiq səbəbini ekspertiza təyin edə bilərdi, əgər nəşinin qalıqlarını tapa bilsəydik. Lakin yetmişinci illərdə qəbiristanlıq sökülüb. (Üstündə Yekatirina lövhəsi olan qəbir qocaların yadında qalıb). Onun yerində icra hakimiyyəti və milis üçün binalar tikilib.

Yekaterina Maksimovanın işi FTX-nin arxivlərində saxlanılır. Diyarın deputatları idarəyə sürgün olunmuş Yekaterina Maksimovnanın işinin tanışlıq üçün göndərilməsi haqda FTX-ya tələb göndəriblər. Lakin oradan FTX-nin sədri Aleksandr Bortnikovun imzası ilə bu işin üstündən hələ də məxfilik qrifinin götürülmədiyi haqda cavab gəlib.

Diyar deputatları yığıncağının sədr müavini Anatoli Romaşov:

– Biz başa düşmürük, hər şey artıq yazılıb, Zorge haqqında kitablar buraxılıb, abidələr qoyulub, filmlər çəkilib. Nədir Maksimovanın ətrafındаkı bu məxfilik? Qəbrinin yerini bilsəydik, kəşfiyyatçının arvadının qəbrinin üstündə abidə ucaldardıq. Bu, onun qarşısında borcumuzdur.

Aleksey Babiy – “Memorial” hüquq müdafiə təşkilatının sədri:

– Sürgün olunanların işlərində siz fikirləşdiyiniz qədər çox şey yoxdur. Arayışlar, əfv haqqında xahişlər, qısa xarakteristika. Maksimovanın işində məxfi nə ola bilər? Bəlkə nəsə var? Axı, Maksimova heç nə bilmirdi? Lakin bizdə necə olur? Hər ehtimala qarşı, nə isə olur. Özlərini sığortalayırlar.

Xəstəxananın yerində təzə rayon rəhbərliyinin müasir, gözəl binası yerləşir. Bu gün müharibədən əvvəl burada fəaliyyət göstərən xəstəxanadan heç bir əsər-əlamət qalmayıb. Heç elə bil burada sürgün olunanlar, əzab çəkənlər olmayıb, nə qəbiristanlıq, nə Maksimovanın qəbri, nə xaçlar, nə də qəbirüstü abidələr. Heç nə…

“Kommersant” qəzeti.

Tərcümə: Nurəddin Xoca

“Xural” qəzeti,

il 9, sayı: 058 (467), 12 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button