Jurnalistlərə senzura lazım deyil…

«Niyə məmurlar məhz jurnalistlərin məsuliyyətindən danışırlar. Biz jurnalistlərə məsuliyyətli olmağı deyiriksə, deməli özümüz senzuraya çevrilirik». Bunu ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç (Dunja Mijatovic) deyib. O hesab edir ki, jurnalistlər peşəkarliqlarını itirməməlidirlər. Bununla yanaşı o, rəsmilər tərəfindən media nümayəndələrinin məsuliyyətinin xatırladılmasını qəbuledilməz sayıb. D. Miyatoviç bildirib ki, keçid dövrü yaşayan və Avropanın demokratiyanın oturuşmuş dövlətlərində də müəyyən problemlər var. Ancaq onun fikrincə, belə məsələlərdə ictimaiyyət və rəsmilər tolerant olmalıdır: «Nə hökumət, nə mən jurnalistlərə nəyi necə yazmaq haqda dərs keçməməliyik. Jurnalistlərə şərait yaradılmalıdır ki, onlar öz fəaliyyətlərini müstəqil və azad şəkildə yerinə yetirə bilsinlər».

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button