KXCP-nin daxilində qarşıdurma

“Mən İctimai Palatada dünəndən yoxam”

 «Mən İctimai Palatanın Ağdaş regional təşkilatının təsis olunması ilə bağlı keçirilən toplantıda iştirak etmişəm». Bunu “Qafqazinfo”ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının Ağdaş rayon təşkilatının sədri Zülfi Məmmədli deyib. O bildirib ki, bu toplantıda iştirak etməyi ona KXCP rəhbərliyində təmsil olunan və İP-in Koordinasiya Şurasının üzvü Ədalət Yusifli tövsiyə edib: “Amma tədbirdən sonra məlumat yayıldı ki, İP-in regional təşkilatı yaradılıb və KXCP də orada təmsil olunur. Bu heç də belə deyil. Biz orada təmsil olunmuruq. Bizim o toplantıda iştirakımız da səhv olub. Bundan sonra da heç bir üzvümüz həmin toplantılara qatılmayacaq. Əgər bizim partiyamız İctimai Palatada yoxdursa, mən dünəndən yoxam».

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button