Mətbuat Şurası korrupsioner məmuru mudafiə etdi!

 Üç il öncə – 2008-ci ildə ABU rektoru Elşad Abdullayevin müraciəti ilə Mətbuat Şurasının İdarə Heyəti «Təzadlar» qəzetini reket elan edib «qara siyahı»ya (o qərarı verənlərin əzizlərinin və doğmalarının adlarının layiq olduğu siyahı) saldı.

Üç il sonra  – indi isə mətbuat Şurasının bütün üzvləri Elşad Abdullayevin rüşvətxor, saxtakar, plagiat olduğunu sübut etməyə girişiblər və bu uğurda yarışmağa başlayıblar.

Üç il öncə – 2008-ci ildə Mətbuat Şurası onlara müraciət etdiyinə görə, ABU rektoruna «təşəkkürnamə» yazırdı MŞ İdarə Heyətinin üzvü və sədri. «Azərbaycan» qəzetinin çox hörmətli baş redaktoru Bəxtiyar Sadıqov isə Elşad Abdullayevin məqalələrinə səhifə-səhifə yer ayırırdı.

Üç il sonra – indi isə həmin hörmətli Bəxtiyar Sadıqovun baş redaktoru olduğu «Azərbaycan» qəzeti Elşad Abdullayevi sərt şəkildə tənqid edir.

«Təzadlar» qəzetininin baş redaktoru Asif Mərzili bu oyunlar haqda hansı dəqiq sübutlara malik deyil?! Mətbuat Şurası üzvlərinin rüşvətxorluğundan tutmuş reketliyinə qədər nələri açıb danışmadı?!

Müsahibədə bunlarla tanış olacaqsınız.

Beləliklə, müsahibimiz Asif Mərzilidir.

 

Əvvəli ötən saylarımızda

 

– Təbii ki, onu müdafiə edən… Burada cinayəti müdafiə edən qurum Mətbuat Şurasıdır… Deyilmi?

– Anadan heç kəs cinayətkar doğulmur. Düşdüyü mühit, ətrafındakı şərait adamı cinayətkar edir. Elə Elşad Abdullayevlə bağlı da belə olub. Təhsil Nazirliyinin ABU ətrafında yaratdığı mühit onu korrupsioner məmura çevirdi. Həmin korrupsioner məmuru da Mətbuat Şurası müdafiə etdi, dəstəklədi. Mətbuat nəyə görə ABU-nun üzərinə getmədi, bizim kimi ABU haqqında araşdırma yazılar vermədi? Çünki onlar da təhlükəni hiss edirdilər və hansısa pul və rüşvət müqabilində adlarının «qara siyahı»ya düşməsini istəmirdilər.

– Dediniz ki, həbsinizdən əvvəl Elşad Abdullayevin özü ilə görüşmüsünüz, həmin görüşdə nədən danışdınız?

– Mənim həbsimdən bir müddət əvvəl qarşı tərəfi məhkəməyə vermişdim. O vaxt onun adamları – ağsaqqal Ənvər Əhmədi, BDU-nun müəllimi Hacı Əyyubu, Fazil Nəsibovu, Elşad Abdullayevin qayınatası Hüseyn Əhmədovu məhkəməyə vermişdim, çünki onlar bizim haqqımızda yazmışdılar ki, guya bizi Hacı Məmmədov maliyyələşdirir, Asif Mərzili rüşvət alır. Hələ onu da konkret olaraq yazmışdılar ki, Asif Mərzili hər yazıya görə 10 min manat rüşvət götürür. Mən də bunların müqabilində onları məhkəməyə verdim, məhkəmə də dərhal işi icraata götürdü. Onlar da bundan sonra barışığa gəldilər. Hakim Xəqani Tağıyev mənə dedi ki, qarşı tərəf barışıq istəyir. Dedim, məmnuniyyətlə, onlar o tərəfdən iddialarını geri götürsünlər, bu tərəfdən də mən götürüm. Hakimin yanında «kişi sözü» verdilər ki, mənim şərtimi qəbul edirlər, Elşad Abdullayevə də deyəcəklər, o da iddiasını geri götürəcək. Onların və hakimin yanında ərizə yazıb xüsusi ittiham qaydasında iddiamı geri götürdüm, intəhası, 4 gün keçsə də, «kişi sözlərinin» üstündə dayanmadılar. Hər dəfə də bir bəhanə edirdilər, amma məhkəmə də hər gün davam edirdi. Gördüm yox, bunlar məni aldadıblar. APU-nun rektoru, akademik Yusif Məmmədovla görüşdüm və ona bildirdim ki, Elşad Abdullayevin qayınatası Hüseyn Əhmədov sizin kafedranın müdiridir, onunla danışın və başa salın, bu işin sonu yoxdur. Bir ildir məhkəmə gedir, başımız-beynimiz xarab olub. O da yanımda onunla zəng vurub danışdı ki, Hüseyn müəllim, ağsaqqal adamsan, bir yazıya görə, araya girən fitnəçilərin sözü ilə məsələni bu qədər böyütməyə dəyməz. Mən bu oğlanı tanıyıram, heç də pis oğlan deyil, inanıram ki, niyyəti də pis deyil. Yeznənizə deyin, bu məsələni bağlasın, məsələ də qurtarsın. Bunlar barışsalar yaxşı olar. O da rektora söz verdi ki, Elşad Moskvadadır, gələn kimi danışacaq. Bizdə Elçin Məmmədli var, onun qızı da ABU-da oxuyurdu və qızının işi ilə bağlı o da ABU-ya gedib gəlirdi. Elşad da bir şey olan kimi onu çağırırdı. Nə isə… O mənə dedi ki, Elşad müləlim deyir ki, qəzetdə bir yazı versinlər, bununla kompensasiya edək, məsələni bağlayaq. Dedim gətirsin. Bir müsahibə xarakterli yazı göndərdi, onun da üstündən bir neçə gün keçəndən sonra Mahir Abdullayev haqqında bir məqalə göndərdi, onu da dərc etdik. Mart bayramı ərəfəsi idi, təbrik də verdim. Hamı məəttəl qalmışdı ki, a kişi, sən nə edirsən?

– Hə… Yadımdadır… 

– Əyyub Kərimov da bir hüquqşünas kimi etiraz etdi ki, bəsdir, ağını çıxarma. Dedim, eybi yox, böyüklük bizdən olsun. Hakim də məndən xahiş etmişdi ki, bir təkzib xarakterli məqalə verin, əlimizdə əsas olsun. Biz də qanunun tələblərinə əməl edib, həmin məqaləni vermişdik. Elşad Abdullayev Moskvadan gələndən sonra mənimlə görüşmək istədiyini bildirib. Nərimanov heykəlinin yanında, 9 mərtəbəli binanın altında bunların bir firması fəaliyyət göstərirdi. Təxminən saat 10-da orada görüşdük. Onun mənə dediyi ilk söz o oldu ki, sən deyəsən, həbsdən qorxursan. Dedim, yox, qorxmuram, çünki mən 1994-cü ilin mart hadisələrində olmuşam, məni evdən Bakı şəhər Baş Polis İdarəsinin zirzəmisinə aparıb, istintaqa da çəkiblər, sonra da bir il xüsusi istintaq qrupunun işində iştirak etmişəm, ifadə vermişəm, şahidlik etmişəm. Bunların hamısını görmüşəm və heç bir zaman da bundan narahat olan adam olmamışam. Sadəcə, mən haqsızlığı sevmirəm. Ola bilsin, hər insan həbsdən ehtiyat etsin. Kim azadlıqdan məhrum olmağını istər ki? Amma bununla bir əqidəli insanı qorxutmaq olmaz. Mənə bilirsinizmi nə dedi?

– Nə dedi?

– Dedi ki, sən mənim qardaşımın yerini bilirsən. Mən ona başa sala bilmədim ki, əgər sənin qardaşının yerini MTN bilmirsə, Baş Prokurorluq bilmirsə, mən haradan bilə bilərəm? Hüquqşünas olan bir adam bu cür məntiqsiz fikirləşməz axı. Bir qədər söhbətdən sonra dedi ki, yaxşı, baxaram, məhkəməyə ərizə göndərərəm. Məhkəməyə də yalan danışdı, heç bir ərizə-filan göndərmədi.

– O, bir dəfə də ondan əvvəl aldıtmışdı sizi?

– Hə… Bu dəfə də inandım. Axırda da məni həbs etdirməyə qədər özündə cəsarət tapdı. Düzdür, belə «cəsarətli» adamların qarşısını alan daha cəsarətli adamlar var. Yəni haqqımda bütün baş verənləri özümə qarşı haqsızlıq və ədalətsizlik kimi qəbul edirəm. Bu oyunda tək Elşad Abdullayev yox, onun müdafiəsinə qalxan Mətbuat Şurası da öz nüfuzuna xələl gətirdi. Buyursunlar, bu dəfə də özlərini mühakimə etsinlər…

– Buna da cəsarət lazımdır…

– İnsan məntiqsiz də ola bilər, vəzifədə, pullu adam da ola bilər, qudurğanlığı da sərhəd tanımaz, elə düşünə bilər ki, hamını əzib üstündən keçə bilər və cəzasız qalar. Yəni bütün bunlar hər bir insanın iç dünyasında ola bilər. Amma belə adamların ayaqlarının altına təkan verənlər, arxasında dayananlar, əlindən tutanlardır cinayətkar. Elşad Abdullayev guya mənə quyu qazmışdı. Faktiki həmin quyunu ona qazdırmışdılar, özünü də onların özü saldılar həmin quyuya. O quyunu qazdıranlardan biri də Mətbuat Şurası idi, başında da Əflatun Amaşov, Bəxtiyar Sadıqov kimi adamlar dururdular. Özü də bilmədən oyuna girdi. Nə oldu? Kim haqlı çıxdı? Bu gün də mən öz haqqımı tələb etməkdə israrlıyam. Təsəvvür edin ki, Mətbuat Şurasına rəhbərlik edən bir adam aşkar deyir ki, mənim Bəxtiyar Sadıqova gücüm çatmır, daha bu adama nə deyəsən, ondan nə gözləyəsən? Mətbuat Şurasının sədri bir qıraqda qalıb, onun üzvü olan hansısa millət vəkili, özü də qarabağlı olan millət vəkili fəaliyyətini Qarabağın, bu torpaqlardan olan qaçqınların probleminin həll olunmasına yönləndirməkdənsə, şəxsi münasibəti olmayan qəzetləri «qara siyahı»ya salmağa yönəldir. Rəhbərlik etdiyi «Azərbaycan» qəzetini şəxsi mülkünə çevirib. Onun səlahiyyəti çatır ki, bu gün beynəlxalq tribunalardan ermənilərin əleyhinə mübarizə aparsın. Amma bir dəfə də olsun, elə kəskin bəyanatlarını eşitməmişik. Bu adam dövlətdən pul alır.

– …Və ən böyük reketçiliyi də özləri edir.

– Görün, bu adam hansı həddə çatıb ki, ölkənin gündəminə təsir edən bir qəzetin baş redaktoru haqqında yazır ki, Əvəz Zeynallı getsin kollektivinin tərbiyəsi ilə məşğul olsun. Belə çıxır ki, bu qəzeti dəstəkləyən minlərlə Oxucunu da tərbiyəsiz adlandırır? Əvvəlcə öz tərbiyənlə məşğul ol, Bəxtiyar Sadıqov, sonra millətin dəyərlərinə toxunub toxunmamaq haqqında düşün.

– «Xural» ailə qəzetidir. Bunu görünür, Bəxtiyar Sadıqov bilmir. Amma bildirdik. Maraqlıdır ki, Bəxtiyar Sadıqov «Azərbaycan» qəzetinə baş redaktor təyin olunandan sonra 9 nəfər ürək çatışmazlığı, əsəb və s. bu kimi xəstəliklərdən dünyasını dəyişib…

– Bəli. 9 nəfər ürək çatışmazlığından ölüb, 4 nəfər də ümumiyyətlə işdən çıxdılar. «Azərbaycan» qəzeti dövlət qəzeti idi və dövlət tərəfindən də kifayət qədər yaxşı maliyyələşirdi.

– Hələ bunun da üstünə «başsağlığı» biznesini gətiritn…

– Düzdür. İşi yaxşı olan adam niyə işdən çıxsın ki? Demək, problem bu adamdadır da… İndi də ortaya çıxıb ki, Konstitusiyanın 85-ci maddəsinə görə deputat seçilən şəxs dərhal əvvəl tutduğu vəzifədən istefa verməlidir. Çünki hər iki dövlşət vəzifəsindən eyni adam pul ala bilməz. Bu, qanuna ziddir. Bəxtiyar Sadıqov həm baş redaktorluq vəzifəsindən, həm də millət vəkilliyindən dövlətdən pul alır. Bu adam dövlət üçün nə qədər əvəzolunmazdır ki, onu qanunazidd himayə edir? Araşdırma apardıq. Məlum oldu ki, bu adam millət vəkili kimi ayda iki min manat alır. 9 ildir «Azərbaycan» qəzetindən də kart sistemi ilə hər ay əvvəlki maaşını alır. Qanunla bu adam bu gün ictimaiyyətə həmin pulların hesabatını verməlidir. Xalqın pulunu dövlət büdcəsinə qaytarmalıdır.

– O, yalnız elmi və pedaqoji fəaliyyət məşğul ola bilərdi, qanuna görə… Mən hələ onu da demirəm ki, bu adamın şəxsiyyəti ilə də bağlı müəmmalı məsələlər, «gözüyaşlı qadın» məsələsi də var. O bütün bunları vəzifədə olarkən edib. Yəni bu hərəkətlərinə görə qanun qarşısında ikiqat məsuliyyət daşımalıdır.

– Mətbuatda o barədə çox yazılıb. Həmin qadın bizim redaksiyamıza da gəlmişdi. Allah elə adamların cəzasını verməlidir.

– O məsələni siz daha yaxşı bilirsiniz.

– Bu məsələ Bəxtiyar Sadıqovun şəxsi həyatı ilə bağlı olduğu üçün mətbuat çox onun üzərinə getmədi.

– Mətbuat qurşaqdan aşağı vurmur, amma o da elə düşünür ki, ya bundan qorxurlar, ya çəkinirlər, ya da nəsə… Daha başa düşmür, anlamır ki, dövlətin bu qədər məsuliyyətli vəzifələrini daşıyan bir adam şəxsi həyatında bu cür hadisələrə yol verməməlidir. Çünki hər bir halda onun məsuliyyətini qanun qarşısında daşıyır.

– Məsələ odur ki, İvan öz şəxsi həyatını korlayır, amma öz şəxsi həyatını hamıdan üstün bilir. Sonra da deyirlər ki, bu, filankəsin şəxsi həyatıdır. Bəs o həyatını korladığı adamın şəxsi həyatı yoxdur. Yoxsa bu «şəxsi həyat» da, «şərəf» və «ləyaqət» kimi ancaq məmurlara, pullu adamlara xas olan şeylərdir? Bu harada yazılıb? O qadın həmin vaxt bizə ərizə ilə müraciət etdi. Onun ərizəsi hələ də məndədir. Müsahibə verib, o yazı da məndədir. Başqa qəzetlərdə bununla bağlı məqalə getmişdi, onun arxivini də saxlamışam. O qadını bir həftə güclə razı saldım ki, bu kimdisə artıq deputatdır, tanınmış adamdır, bu qədər üstünə getməsin. O qədər incə detallar var ki, bu məsələ ilə bağlı. Sadəcə onu indi açıqlamaq istəmirəm. Hətta mən istəyirdim ki, onlar barışsınlar. «Təzadlar» qəzetinin baş redaktor müavini Eldar Şirinovu həmin qadına qoşub göndərmişəm ki, Bəxtiyar Sadıqova deyin, bu qadını qəbul etsin, anlaşsınlar. Daha mətbuatın bir-bir qapısını döyüb bu adamdan şikayət etməsin. Bəlkə o qadına elə bir yaxşılıq edərdi ki, o da bütün olanları unudardı? Mən bundan artıq bu adama daha nə yaxşılıq edə bilərdim? O qadın sonra gəldi ki, Bəxtiyar Sadıqov onu qəbul etməyib, bu azmış kimi katibəsinə də tapşırıb ki, onu qapıdan qovsunlar.

– İnsanlığa yaraşmayan bir hərəkətdir.

– Mən öz borcumdan çıxdım. Allahı bilsin, özü bilsin. Bir kişilik elədim.

– Sizə qarşı daha hansı təzyiqlər oldu?

– Elşad Abdullayev mənim həbsimə nail olmayandan sonra BDU-da təhsil alan oğlumla «haqq-hesabı» çürütməyə başladı. Jurnal balını saxtalaşdırdı, oğlum bir semestr az qalmışdı kursda qalsın. Təsəvvür edin ki, axırda bir dəfəyə 17 imtahan verdi. Bu uşağın əməyi tutsun onu… Mən bilirəm ki, onun güdazına tək mənim oğlum getməyib, bəlkə də onun pisliyinin qurbanı olan minlərlə insan var. Ona görə də ABU dağılmalı idi, Elşad Abdullayevin özü də pərən-pərən olub, elindən-yurdundan didərgin düşməli idi. Bəyəm 37-ci ildir? Repressiya dövründə yaşayırıq? İndi mənə gücü çatmayan yaxınlarımla haqq-hesab çürüdəcək? Axırda məlum oldu ki, bu adam prezidentə, Allaha mənəm-mənəmlik edir. Görün nə qədər harınldamışdı. Nə olsun adamın pulu çox olanda, elə tutduğunu basıb kəsməlidir? Mənə Əflatun telefonda deyir ki, bilirsən, bu məişət məsələsidir. Dedim, Amaşov, sənin oğlun hərbi xidmət çəkməmiş düzəltdin, xaricdə təhsil alır. İndi bunu yazsaq, üstümüzə gəlməyin, çünki məişət məsələsidir. Nəyə görə atasının mübarizəsinə görə, oğlum əziyyət çəkməlidir? Ondan sonra Tapdıq Abbas da Amaşova başa salmışdı ki, Asif Mərzili peşə fəaliyyətinə görə cəzalandırılır, bu məsələyə onu ailəsini niyə qatırsınız? Sabah bu beynəlxalq skandala səbəb ola bilər. Ondan sonra Aqil Abbas işə müdaxilə etdi. Komissiya tələb etdim, qiymətlərin saxtalaşdırıldığı sübut olunandan sonra Elşad Abdullayevi komissiyadan çağırdılar, mən, prorektorlar, rektor Abel Məhərrəmov – mən həqiqətən də ədalətli mövqe tutduğuna görə ona minnətdaram – ona dedik ki, BDU ABU deyil ki, onun işinə müdaxilə edəsən, get öz işinlə məşğul ol.

– Amaşovun uşağı harada təhsil alır?

– İngiltərədə.

 Son

 Hazırladı:

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 055 (464), 09 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button