MEHRIBAN XANLAROVA CANLI EFIRDƏN HƏBSDƏKİ İNSANLARI TƏHQIR ETDI

MEHRIBANOnlar ayağa qalxdılar

11.11.2013

Respublikanın əməkdar artisti Mehriban Xanlarovanın ATV-nin “Ümid var” tok-şousunda “sağlam adam da həbsə düşərmi?” deməsi bütün cəzaçəkmə müəssisələrində etirazla qarşılanıb. Müxtəlif səbəblər nəticəsində məhbusluq həyatı yaşayan  insanlar ATV-nin canlı yayımından səslənən bu fikirləri özləri, ailələri və yaxınları üçün təhqir hesab ediblər.

Yerləşdiyi cəzaçəkmə müəssisəsinin sayının və adının açıqlanmasını istəməyən məhbuslardan biri deyir ki, “Əgər söhbət etik normalardan gedirsə, o zaman Mehriban Xanlarovanın özü bu haqda danışacaq son adamdır, yox bizim qürurumuzla oynamağa çalışırsa, o zaman ona layiqli cavab vermək üçün biz də hüquqlarımız çərçivəsində istənilən addımı atacağıq.” Digər məhbuslar, ölkədə azad söz, demokratik quruculuq uğrunda günahsız insanların həbsə atıldığının danılmaz fakt olduğunu xatırlatdılar: “Bu gün məhbəslər arasında qatil və canilərdən çox, elm və iş adamları, ziyalı insanlar, siyasətçilər var. Mehriban Xanlarovanın məntiqi ilə bu adamlar həyatlarını “sağlam” sürmək üçün necə yaşamalı idilər? Onun kiminmi? Buradakı məhbusların böyük əksəriyyəti ziyalı ailəsində boya-başa çatmış isanlardır. Bu gün də ailələrində ziyalı övladlar böyüyür. Hələ img1508990siyasi əqidəsinə görə min bir şər-böhtanla həbsə atılan günahsız insanları demirik. Necə onların, ailələrinin qüruruna, ləyaqətlərinə toxunacaq sözləri rahatlıqla canlı yayından bütün dünyaya səsləndirmək olar? Ekspert qismində efirlərdə kök salan “tanınmışların” demək olar ki, böyük qisminin özlərinin psixoloqa ehtiyacları var. Əslində bu həm də Azərbaycan teleməkanında yer alan efirlərin, onların rəhbərlərinin qəbahətidir. Onlar canlı efirlərdən maarifləndirici diskusiyaları təbliğ etmək əvəzinə məişət qalmaqallarına yer ayırır, insanlarımızı düşünmək qabiliyyətindən məhrum edirlər. Ağrıdıcı haldır ki, cəmiyyət üçün əslində belələri böyük təhlükə yaratdığı halda əksinə onlar əllərində olan canlı yayınlardan təmiz insanlara hədyanlar yağdırırlar.” Mənbəmizin verdiyi məlumata görə, cəzaçəkmə müəssisələrində, artıq etiraz bəyanatı hazırlanıb və bununla əlaqədar müəssisə rəhbərliyinə məlumat verilib. Onlar rəsmi qaydada canlı efirdən bəyanatlarının oxunmasını və M.Xanlarovanın düşünülməmiş ifadələrinə görə şəxsən təkzib verməsini tələb edirlər. 

QEYD: “Ümid var” verilişinin aparıcısı Zaur Baxşəliyevlə əlaqə qurmaq cəhdlərimiz alınmadığından, növbəti dəfə onun da bu məsələ lə bağlı fikirlərini yayımlayacağıq.

XuralTAC

.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button