Moskvaya zəng

İlham Əliyev mayın 31-də rusiyalı həmkarı Vladimir Putinə zəng edib

Azərbaycan prezidentinin mətbuat xidməti bildirir ki, dövlət başçısı İlham Əliyev mayın 31-də rusiyalı həmkarı Vladimir Putinə zəng edib: “Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il və 2021-ci il razılaşmalarının regionda dinc həyatın nizamlanması və sabitliyin möhkəmlənməsi, iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı konkret məsələlərin həlli xüsusi qeyd olunmaqla icrasının gedişi nəzərdən keçirilib. İlham Əliyev Rusiya liderinə Avropa İttifaqı Şurasının prezidenti və Ermənistanın baş naziri ilə mayın 22-si Brüsseldə keçirdiyi görüş barədə məlumat verib”.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Yuxarı Qarabağ bölgəsini və onun ətrafındakı bölgələri ələ keçirib.

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun 1 kəndi, Qazax rayonunun 7 kəndi də işğala məruz qalıb.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub, Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna Rusiya hərbi kontingenti yeridilib.

Müharibədən sonra aparılan sülh danışıqlarının əsas mövzusu bölgədə iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpası, Azərbaycan-Ermənistan dövlət sərhədinin dəqiqləşdirilməsidir. Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan 2021-ci il yanvarın 11-i Moskvada və noyabrın 26-sı Soçidə Rusiya prezidenti Vladimir Putinin, 2021-ci il dekabrın 14-ü, 2022-ci il aprelin 6-sı və mayın 22-si Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button