Müsavatda «Difai» qrupu!

Gedənlər qayıdıb qrup quracaqlar…

Adil Qeybullanın Müsavata qayıtmasının səbəbləri məlum oldu…

Qəzetimiz çapa hazırlanarkən, XuralTAC-a maraqlı bir məlumat daxil olub. Məlumat bir müddət əvvəl bu və ya digər səbəblərdən Müsavat Partiyasından gedənlərlə bağlıdır. Aldığımız xəbərdə deyilir ki, önümüzdəki günlərdə müxalifət cinahının ən önəmli partiyalarından biri olan Müsavat Partiyasında diqqətçəkən olaylar gözlənilir. Bu dəfə nə partiyadan gedən olacaq, nə də bölünmə baş verəcək. Yox, bu dəfə müxtəlif zamanlarda müxtəlif səbəblərlə partiyanı tərk edənlər birlikdə partiyaya qayıdacaqlar. Yəni gedən müsavatçılar qrup və ya fraksiya şəklində geri – partiyaya qayıdacaqlar. Qayıdan müsavatçıların içində Adil Qeybulla (Adil bəyin artıq partiyaya qayıtdığı məlumdur), Əfqan Muxtarlı və digər tanınmışların adları var. Mənbə Qabil Hüseynlinin və İbrahim İbrahimlinin də bu dəstədə ola biləcəyini bildirir.

Prosesin maraq cəlb edən digər yanı ondan ibarətdir ki, qayıdanlar partiyanın daxilində fraksiya formasında fəaliyyət göstərmək niyyətindədirlər. Sırf miliyyətçi, tükrçü xətt tutacaq qrupun əsas məqsədi isə partiyanın Ali Məclis rəhbərliyini əldə etmək olacaq. Görünür, Müsavat daxilindəki iri qruplar İsa Qəmbər sonrası dövrə hazırlıq görməyə başlayıblar.

Əsas olan isə odur ki, artıq Müsavat Partiyasının daxilində illərdir kölgədə qalan milliyyətçi xəttin revanşa hazırlaşdığı hiss olunur. Gələn qrup Əhməd bəy Ağaoğlunun, Mirzəbala Məmmədzadənin, Əlibəy Hüseynzadənin ruhunu yaşatmağı və oyatmağı qarşısına məqsəd qoyub. Buna bir növ «Difai» qrupu da demək olar.

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 13-19 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button