Müxalifətin mitinq marşrutu sabah bilinəcək

İctimai Palatanın oktyabrın 18-nə təyin etdiyi bayram yürüşünün maşrutu oktyabrın 5-də müəyyənləşəcək.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli mətbuata verdiyi  açıqlamasında deyib ki, yürüşün maşrutu haqda qərar Koordinasiya Şurasının toplantısında veriləcək: “Oktyabrın 18-də bayram yürüşü keçirməyi, müstəqilliyimizin 20 illiyini qeyd etməyi planlaşdırırıq. Ona görə də yürüşü razılıqla keçirmək istəyirik. Çox istərdim ki, hakimiyyət kölgəsindən qorxmasın. İndi hökumətə nə qədər acıqlı olsaq da, müstəqilliyimizin 20 illiyi ilə bağlı bayram keçirmək əhvalımız var və yürüşü də bayram tədbiri kimi planlaşdırırıq. Ona görə də yaxşı olar ki, indiki hakimiyyət fəaliyyəti dövründə bir dəfə də olsa müstəqilliyə hörmətlə yanaşsın və yürüşə mane olmasın”.

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button