Nemət Pənahlı günün çoxunu yazı-pozuya həsr edir

Oktyabrın 11-də Ali Məhkəmədə Nemət Pənahlının şikayətinə baxılacaq.

Məlumatı N.Pənahlının vəkili Samir İsayev verib. Vəkilin sözlərinə görə, şikayətə Ali Məhkəmənin Cinayət Kollegiyasında hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq: “Biz Nəsimi Rayon Məhkəməsinin hökmündən Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişik. Apellyasiya instansiyasında məhkəmə istintaqının təzələnməsi, bəzi istintaq hərəkətlərinin aparılması, yeni ekspertizanın keçirilməsi, şahidlərdən birinin ifadəsinin hadisə yerində yoxlanması haqda vəsatətlər qaldırdıq. Bundan başqa, həbs qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatət verdik. Hakim vəsatətləri təmin etmədi və apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar çıxardı. Biz də Bakı Apellyasiya Məhkəməsindəki ilkin baxışda çıxarılan bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti təqdim etdik”. Vəkil bildirib ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Nemət Pənahlı ilə sentyabrın 27-də görüşüb: “Böyrəklərində ciddi problem var. Dörd dəfə analiz verib. Amma hər dəfə bir bəhanə gətirirlər, analizləri sona çatdırıb cavab vermirlər”. Vəkilin sözlərinə görə, Nemət Pənahlı günün çox hissəsini yazı-pozuya sərf edir, şeirlər yazır: “O, Ali Məhkəmənin və Bakı Apellyasiya Məhkəməsinin qərarlarını gözləyir. Bir qədər pessimistdir, məhkəmələrdən ədalət gözləmir. Deyir ki, onu siyasi fəaliyyətinə görə sifarişlə həbs ediblər, buna görə də hansı məhkəmənin işə baxmasının fərqi yoxdur və məhkəmələr heç bir müsbət qərar qəbul edə bilməyəcək”. Vəkil qeyd edib ki, ailə üzvləri Nemət Pənahlı ilə görüşə bilmir.

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button