Nemət Pənahlının bacısı oğlu oğurlanıb…

nemət pənahlıQoşqarı Nəsimi Rayon Məhkəməsinə çağırsalar da, ondan 5 saatdır xəbər yoxdur…

“p.s.Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəylinin XuralTAC-a verdiyi məlumata görə, hazırda həbsdə olan və şərlənərək tutulan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının bacısı oğlu oğurlanıb. “Nemət Pənahlının bacısı oğlu Bəylərov Qoşqar Allahverdi oğlunu bu gün saat 13.00 radələrində Nəsimi Rayon Məhkəməsinə çağırıblar. Amma ondan hələ də xəbər yoxdur.”

Nemət Pənahlının qardaşı Səmədə telefon edən Qoşqar Nəsimi Rayon Məhkəməsinə çağrıldığını, məhkəməyə gəldiyini və içəriyə girəcəyini desə də, ondan artıq 5 saatdır cavab yoxdur. N.Pənahlının yaxınları hazırda Nəsimi Rayon Məhkəməsinin qarşısında olduqlarını bildiriblər. Onlar Qoşqarın taleyindən narahatdırlar və heç bir cavab ala bilməyiblər.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button