Papalarının gül balaları…

Nizami Sadıqov

Ağdamın icra başçısı Nizami Sadıqovun ərköyün oğlu, Fizulinin icra başçısının bacısı oğlu, keçmiş polis rəisinin oğlu…

Nizami Sadıqov haqqında aylar bundan əvvəl «Xural»da yazmışdıq. Qeyd etmişdik ki, bir özəl məclisdə özəl qumar oynadığı masa arxasında Ağdamın icra hakimiyyətinin başçısı təyin olunduğu xəbərini eşidən bu adamın keçmişi polis olub. Dəvəçi rayonunda polis rəisi işləyib və məşhur itən qızların müəmmalı taleyində adı xoşluğa çəkilməyib. «Olsun, burada qəbahət nə var?» deyənlər tələsməsinlər. İşin maraqlı tərəfi orasındadır ki, «atası çıxan ağacı oğulları budaq-budaq gəzər» deyib müasir Azərbaycan ataları. Belə atanın da Xətai Rayon Polis İdarəsinin şəxsiyyət və qeydiyyat şöbəsinin əməkdaşı olan Rəşad Sadıqov kimi oğlu olar. Bu Rəşad Sadıqov nə az, nə də çox dostu Ramin Rəhimovla bacısının həyat yoldaşı, polis mayoru Elnur Məmmədovu ölümünə döyüblər. Ramin Rəhimov da general Ramiz Zeynalovun əziz-xələf əməkdaşlarındandır. Yox, bu da heyrətli deyil. Heyrətli olan həm də odur ki, həmin bu Ramin Rəhimov adlı DYP qoçusu keçmiş polis rəisi Toğrul Rəhimovun gül balasıdır (həmin keçmiş polis rəisi Toğrul Rəhimov hazırda Sabunçu rayon elektrik şəbəkəsinin rəisi olmaqla vətəndaşlara zülüm edir). Yox, bu da heyrətlənmək üçün əsas verməyəcək. Dahası var… Ramin Rəhimov həm də Elnur Məmmədovun doğmaca bacanağıdır. Yəni Ağdamın icra başçısı Nizami Sadıqovun bir qızının həyat yoldaşı Elnur Məmmədovdursa, bir qızının həyat yoldaşı da Ramin Rəhimovdur. Yeznə-qayın birləşərək digər bacının həyat yoldaşını ölümünə çırpıblar. Səbəb nə olsa yaxşıdır?! Elnur Məmmədli həyat yoldaşını atasının evinə qoymurmuş. Əcəb edir… Arvad onundur qoymur, buna kimin nə etirazı ola bilər?!

İşimiz onda deyil… İşimiz bu papalarının gül balalarının şəhərin tam ortasında öz ailə üzvlərinə etdiyi divandır. Hələ işin o biri tərəfi də var. Elnur Məmmədovun atası Fizuli rayonunun ağsaqqallarından olmaqla həm də biznesmendir. Yəni pulu var. Pulu olmaqla bərabər, Vidadi Məmmədov həm də Fizula rayon icra hakimiyyətinin başçısı Nəbi Muxtarovun bacısının həyat yoldaşıdır. Yəni Elnur Məmmədov Nəbi Muxtarovun bacısı oğludur. Yəni Nəbi Muxtarov Elnur Məmmədovun dayısıdır. Aha… İki icra başçısının balalarının düşmənçiliyi də belə başladımı?!

Binəqədi icra başçısının oğlu, həbsdəki general Zakir Nəsirovun oğlu, Bəylər Eyyubovun qardaşı oğlu, Ramil Usubovun kürəkəni…

Bir müddət əvvəl mətbuat daha bir bu tip hadisədən bəhs etmişdi. Prezidentin Xüsusi Mühafizə İdarəsinin rəisi, general Bəylər Eyyubovun qardaşı oğlu Robert Eyyubov Daxili İşlər naziri Ramil Usubovun kürəkəni Kamil Şahverdiyevi ağzının içindən tapança ilə vurmuşdu. Hələ də Kamil Şahverdiyevin sağlamlıq durumu öz təhlükəli həddini qoruyur və bu arada Ramil Usubovun iflic xəstəliyi ilə Türkiyənin Gülhanə xəstəxanasına aparıldığı xəbərləri yayılıb. Kamilin də durumunun yaxşı olmadığı haqqında bir-birinin ardınca məlumatlar gəlir. Onun gah İsrail, gah Almaniya, gah da Türkiyə xəstəxanalarnda müalicə aldığını deyirlər.

Robert Kamili Yasamalın ortasında güllələmişdi. Keçmiş general, hazırda həbsxana həyatı yaşayan Zakir Nəsirovun oğlu Seymur Nəsirovun ad günündə Novxanıda toplaşan papalarının gül balaları əməlli-başlı yeyib-içmiş, sonra da Yasamalda «eydirmə»yə çıxmışdılar. Yox, Seymurun ad günündə təkcə Robertlə Kamil güllələşməmiş, həm də Binəqədi rayon icra hakimiyyətinin başçısı Alı Qocayevin, Prezident Aparatının bir məsul əməkdaşının gül balaları da orada iştirak etmişdilər. Sonra bu məlumatı qəzet səhifələrindən yığışdırdılar. DİN MX rəhbəri Sadiq Gözəlov bir-bir baş redaktorlara zəng etməyə və dil tökməyə başladı… Qismən də nail oldu…

Fikrət Məmmədovun oğlu, Səttar Mehbalıyevin gül balası…

Azərbaycan bu tip hadisələrlə zəngindir. Bu gün baş verən damarlarımızda qanımızı donduran bu icra başçılarının gül balaları ilk deyillər təbii ki… Bunlardan illər əvvəl hazırda Azərbaycan Həmkarlar Konfederasiyalarının sədri və deputat olan Səttar Mehbalıyevin gül balası, yenə hazırkı Ədliyyə nazirimiz Fikrət Məmmədovun gül balasının çənəsini vurub yerindən çıxarmışdı. O zaman da hadisə mətbuatın diqqətinə çıxmış, aləm bir-birinə dəymiş, məsələ əziz prezidentimiz İlham Əliyevin diqqətinə qədər yüksəlmiş, nəticədə hörmətli Səttar Mehbalıyevin gül balası ümumiyyətlə, polis orqanlarından uzaqlaşdırılmış, beləcə Fikrət Məmmədovun kükrəyən qəzəbi az da olsa sakitləşmişdi. Ölkə bu hadisə ilə dumanlanmış və Azərbaycan mətbuatının üzərindən asılı qalan sis pərdəsi bir müddət yerindən tərpənməmişdi…

Şahmar Vəliyevin gül balası…

Belə bir hadisə çox da uzaq olmayan tarixdə Bakının məşhur «Yaxtklub» məkanında yaşanmışdı. Orada Milli Təhlükəsizlik nazirinin gözləri qarşısında güllələşən cavanlar yerindəcə həbs olunmuş, sonra məlum olmuşdu ki, bu gənclərdən biri Respublikanın Hərbi Prokuroru Xanlar Vəliyevin, eyni zamanda Yevlaxın icra hakimiyyətinin başçısı Elmar Vəliyevin qardaşı oğlu Elnur Məmmədov imiş… O zaman da zavallı Azərbaycan mətbuatı ayağa durmuş, aləmi bir-birinə vurmuş, əziz millətimizi bu biabırçı hadisədən xəbərdar etmişdi. Qüdrətli, güclü və Baş Prokuror olacağı günü həsrətlə gözləyən və bu istiqamətdə yorulmadan çalışan Xanlar Vəliyev səlahiyyətlərindən istifadə etmiş, qardaşının gül balasmı ictimai diqqətdən yayındırmaq üçün həbsxanadan çıxarmış, onu Türkiyənin səfalı kurort zonalarına istirahətə göndərmiş, beləcə hər şeyi ötüşdürmüşdü. İndi deyirlər ki, həmin Elnur Məmmədov haralardasa yüksək vəzifəli polis məmurudur… Elə Səttar Mehbalıyevin gül balasının da haralarasa yüksək vəzifəyə təyin olunduğu məlumatları var… Həm də sıralarından biryolluq qovulduğu hüquq-mühafizə orqanlarında…

Dövrümüzün Ərsoy Uluğbəyləri…

Hə… hə… bir az yekə çıxsa da, dövrümüzün ərsoyuluğbəyləridir bunlar (Məşhur «Qurdlar Vadisi» serialının nifrət olunan obrazı – Red.). Nə ədəb tanıyarlar nə ərkan, nə böyük bilərlər nə kiçik – hamının gözlərinin qarşısında istədiklərini edərlər. Öz ailələrinin daxilində həmrəy deyillər, bu millətlə necə həmrəy olacaqlar? Öz ailələri ilə yola getmirlər, bu millətlə necə yola gedəcəklər? Öz ailələrinin gözlərinin yaşına inanmırlar, əzirlər, bu millətin sıravi və güvəncəsiz insanlarını necə qoruyacaqlar? Ona görə bizim hamımızı əzir, millətimizin nümayəndələrini adam yerinə qoymurlar. Biz bu qısa gəzişməmizdə Ağdamın, Fizulinin, Bakının Binəqədi rayonunun, Yevlaxın icra başçılarının gül balalarından danışdıq, Bəylər Eyyubovun, Ramil Usubovun, Səttar Mehbalıyevin şirin-şəkər-noğul oğullarından bəhs etdik. Biz hələ Ziya Məmmədovun ayı əti yeyən gül balasından danışmadıq, hələ Kəmaləddin Heydərovun təyyarə satın alan oğul balalarının adlarını çəkmədik, Sumqayıtda içib Heydər Əliyevin abidəsini təhqir edən əbülfəzbabayevlərin balalarının adlarını buraya daşımadıq… Hələ arvadları qoşulub qaçan, qızları ermənilərlə kef edənləri heç xatırlamaq istəmədik, iri-iri komitə rəhbərlərinin gül balalarının Sumqayıt şəhər icra hakimiyyətinin binası qarşısında meydan müharibəsini gündəmə gətirmədik…. Adam çatlamaq dərəcəsinə gəlir…

Gör Azərbaycanı hansı zehniyyət idarə edir?!!!
Amma belə olmamalıdır…!
Deyilmi?!

Ərxan Qorqudər

“Xural” qəzeti
il: 9, sayı: 049(409), 09-15 yanvar 2011-ci il

Əlaqəli məqalələr

98 şərh

  1. bir gun 1 nefer butun bu haqsizdixlara son qoyacaq . B u ya Men olacam yada basqasi . Bu millet yaxsi yasamaga xos gun kecirmeye layiqdi …. Meslehetimde odu ki 1 Allahdan qorxun sadece Ondan …..

    1. bayram dediyi kimi bir gun men ve ya basqasi cixib robertin xodunnan alacaq onda pesman olacaq lotu olmaqla deyile gerek allahin olsun bu camahat ne etsin he??????sizinleyem ay camahat gorersiz robertin axiri ne olacaq allah hele ki goz yumur.onlarin allahdan qorxusu yoxdur ne ise allah bildiyi kimi getsin.men sizi de bilirem qorxunuzdan deyirsiz ki halaldi amma…….. ne ise allah gorur

  2. Hz. Imam Mehdi Zaman (s.a.s.) in zuhrunun elametleri bu gun de davam edir… Sebr Allahin adidir. Biraz da Sebr edin. InshaAllah o her layiq olanin dadina catacaq. Hz. Muhammed (s.a.v) ‘in hedislerinde qeyd olunub.

    1. evvala salamlar birincisi bawqasinda sehf axtarma cunki ozun sehflerle yawayirsan ele yazirsizki gedsin.qarabaqa. sen niye getmirsen onnan esgig oglansan. mubariz ferid kimlese prinsipe durub getmiwdi? deyir qiz gelin sen etmirsen he nece qiz aldadmisan he? men ozumu de deyirem yeni ozum peygenber balasi deyilrm. qardaw gelin birinci oz sehflerimizi duzeldek. sonra bawqasinda axtaraq. men hec tanimiram robert kimdi.sadece. ordan burdan ewidirem. hec weklinde gormemiwem amma bele baxanda o. qudurqan balalarina zor edir olarin.qorxusu olmasa inanki yolda mawinla kecer bu milletin usdunden.

  3. bir onu biliremki yer uzu bu cur haqsizliqlarla doldugu zaman,yer uzunu fitne fesad buruduyu zaman,bu insanlarin sayi artdigi zaman,Agamiz gelecek.ALLAH zulm edanlara lenet etsin,Amin.

  4. bu cur insanlardan biride sumqayitin serq bazarinin bazarkomu resid babayevdir,ama o, yani resid babayev cox qansiz cox murdar insandi,o bize yani 66 nefere 1994 cu ilda serq bazarinin erazisinda bir evin qiymetine 9 kvadrat yeri satib,ama indi diyirki 17 ildi isleyib pulunu cixarmisiniz indide ozum isledecem.ama bizim yani 66 neferin coreyini tek ozu yemak isteyir.ama eslinde bu 66 neferle is bitmir,bu 66 neferin her birinin evinde orta hesabla 5 aile uzvunu da nezere alaq ve 66 sahibkarin her birinin yaninda 2 nefer isci isleyir ve onlarinda her birinin evinda yena orta hesabla 5 nefer corek gozleyir,ama bu gunahsiz insanlar resid babayevin hec vecinede deyil,resid babayevin oz sexsi mulku bu bazarda yani sarq bazarinda 1 hektar erazidi ama resid babayeva bu erazi azliq edir gozunu dikib bu 66 neferin 9 kvadrat erazisine.hec bir dovlet orqani bizim sikayetlerimize baxmir halbuki butun senedlerimiz oz qaydasindadir ama ne fayda hara sikayet edirik resid babayev hemin dovlet orqanlarinin mesul sexslerini pulla satin alir.ama 66 neferin yeni cem halda hesablasaq 800-900 neferin halini hec dusunen bela yoxdur.meger biz bu olkenin vetendasi deyilik?bize bu olkede hec kes yardim etmeyecek?vaxtinizi aldigim ucun uzr isteyirem.Allah amaninda.umudumuz yenada rebbimiz ALLAHADIR.

  5. bizim bu fagir,aciz ve bu yaltaq milletimize salamlar.eyy cavanlar bu robert Eyyubov kim ve ne olan sheydir ki,onu bu qeder yuxarilara qaldirdiniz?o da sizin kimi allahin bendesi olub ne sizden ne de mennen artiq ola bilmez.ele bir serefsizin ne de allahin yaninda hormeti ola bilmez.hech bir kes haqsizliq ederek istediyi sexse qarsi zor tetbiq ederek alcaltmaga ixtiyari yoxdu.o insanin menle uz uze geldiyi an ona gedeceyi torpagi bele qara ederem.sag olun mennen bu qeder!!!

    1. Ay qaqaw Robert sene ne edib?sen bir de mene?tutagki seni men onunla goruwdurdum o axi sene sual verecek ay insan men axi sene ne pislik etmiwem,sen mene soyursen sen ne deyesen?Bir az panyatkan olsun,kiminse dalinca daniwmag kiwi iwi deyil.hemdeki o sene hec ne etmeyib.

  6. Evvala salam,burada yazilanlari tesadufen oxudum,men ozum Yerazam Beyler muellimin kendcisiyem,hemdeki onlarla cox yaxinliqimiz var,o ki qaldi Roberte,demek isteyiremki Robert hec vaxt haqsiz yere kimese nese etmez,kasiblarla isi yoxdu,istenilen kasib ona yaxinlasa biler,yeniki Robert ancaq Azerbaycani qurdlardan ve Qurd balalarindan temizleyir,gelin ona destek olaq,yoxxsa cooox pesman olariq.SONUNU DUSUNEN KAHRAMAN OLAMAZZ!!!!

  7. Salam. Deyirem Robert necede merddir, elbette ki ancaq ozune arxalanir. Axi onun yuxarida hech bir qohumu zad yoxdur. Robert Azerbaycani ne qurdlardan temizleyir ne de ki qurd balalarindan. Temizleyen oglan kuchenin ortasinda ona shillee buna gulle atmir, qanunla hereket eliyir hemin adam da qanunla cezasini alir. Ancaq ozune arxalanan oglan bile bile ki onu onsuz da hech kim tutmayacaqq belinde tapancaynan gezib onu bunu gullelemir. Kimlerse oz ailesine yazigi gelir diye bashini ashagi salib dayanir. Yeqinki bunun da bir gun sonu gelecek. Allaha emanet olun !

    1. Salam qardaslar,men senin sozlerine guc olaraq bildirirem ki,beli ancaq ozune guvenen oglan bunlari Bakinin kucelerinde yox,serefsizlerle serhed olan rayonlarimizda etmelidir,silahinda,gucunde yeri oradir.Neceki MUBARIZ IBRAHIMOV etmisdi.Bax budur haqq,budur edalet,budur ozuneguven,budur ALLAHi,AZERBAYCANi sevmek.ALLAH onu rehmet elesin,AMIN.

  8. Internet sehifelerini dolasirdim birden Robert Eyyubov Adli sexsin iddia edilen videosu cixdi qarsima.Maraqla baxmaq istedim.Bu videodan evvel baxdigim videolar qarma-qarisiq muxtelif movzulardan behs edirdi ama hecde ehval ruhiyeme tesir etmedi.Sadece baxirdim.Ama bu sexsin iddia edilen videosuna baxan zaman+haqqinda yazilanlari oxuyanda videonun menim beynimde ne qeder heyat baxisimi deyisdiyini hiss etdim.Video materialin,onu ora yerlesdirenin,ve hemin saytin gunahi yoxdu ve hec bir mesuliyyet dasimir bunu bilirik.Menim ureyimi bulandiran sexs hemin insan oldu.Biz nece azad olkede yasayiriq ki kimse elini qolunu salliyir qiz zorluyur adam silleliyir gulleliyir soyur doyur.Ve hansi bir sexsin ixtiyari catirki desin ki merddi qocaqdi.Atalar yaxsi deyib kisi kimi gelen coxdu bu dunyaya ama kisi kimi olen azdi! Kisi olun sozunuzu duz yazin! Hansi merdlikden hansi qocaqliqdan danisirsiniz? Ele kasib ele mohtacsizin elinden tutansan? Get alda 20% torpagini ay eclaf! Azerbaycan qizini Azerbaycan gelinini zorluyub yandirib korpe usaqlari basdirib diri cavan cavan oglanlarin medesini desik desik edibler alda bunun intiqamini! Getde elinde silah Mubariz kimi qabaga.Ramin Seferov kimi qoruda bayragini! Onlarda namus qeyret var idi elediler! Cunki onlar oguldu Azerbaycan igididi! Qocaqdilar onlar senin kimi bahali masin surmur helem vurdugun benzinide demirem+restoranlara sotlarin otellere gul papandan aldigin pullarin.Sen ozunu yaxsi qeleme vere bilmezsen hec zaman.Neyin ki sene unvanlayiram.Butun papasinin gul balalarina seslenirem burdan.Oz aleminizde ve ozunuz kimilerin yaninda yaxsi oglan ola bileriniz.Siz yaxsi oglan deyilsiniz!!!

    1. abduleli sag ol .axir ki normal bir sherhe rast geldim . saglam düshüncesini itiorib allahi sesleyen molla fikirlerden üreyim bulanirdi .sag ol .cox sag ol saglam düshüne bildiyine göre .bu mollalashan milletden tamam elimi üzmüshdüm sherhini oxudum cox sevindim .ve düshünürem ki etrafinda hec olmasa senin kimi düshünen 5 nefer var .

  9. Man hagigatan KENAN sanin yaltagligina hasad apariram! Roberta yaltaglanmagina gora san ozunu kishi sayma. O agar tak ALLAHA arxalansaydi ALLAHINI tanisaydi ela harakatlar etmazdi! Sanin kimi kishilar niya shalvar geyinir axi! Basdi ayibdi!

  10. Salam Azerbaycan xalqi.Men Rusiyanin Sankt-Peterburg seherinden yaziram.Sadece internede olarken bele bu sayta rast geldim oxudum.Men qiraqdan oz olkemize baxandaa cox bele berbad,demokratiya olmuyan bir olke gorerem.Burda yazilanlar ise bos bos hansisaa seviyyesiz Nazirler ve onlarin ogullari cox gulmelidir.Sozum esas Genclerimizedir men olkemizi qudretli ve savadli genclerle gormek istiyirem.Gelin yumruq olaq birlesek bir birimize dusmen gozuyle baxmayaq.Bele gic gic hereketlerdense elm oyrenmek savadlanmaq cox yaxsidir.Acin gozunuzu dunyaya dunyada olan medeniyyete, olkelere baxin (Amerika, Yaponiya ve Avropa olkelerine).Bizde ise gic gic avtoshluq ya bele kriminalistler inkisaf edir.Hele yolda o biqeyret peyser hansiki camaatin anasina, bacisina, sevgilisene, nisanlisinaa soz atan cindirlari demirem.Ayilin millet ele seviyyesizlerdendee numune goturmuyun.onlar musulmanliqdan cixmis ozlerine hormet etmiyenlerdi.Tapanca ile seherde gezmek deyil ele guclu ozune guvenendirse gelsinler rusiyaya ermeni coxdur oldursunler gorek varli papalari qurtara bilecek onlari Rusiyada?Burda onlari udarlar.Sagolun diqqetiniz uchun.

  11. roberti tərifləyənlərin nəzərinə:onun əməllərinin qurbanları fərz edin ki qardaşıniz bacıniz ata ananızdı.di yenə də tərifləyin.arxasına güvənib cəzasızləqdan xoflanıb lotulanmaga nə var ki?bədbəxt robertsevərlər gedin namusunuzu verin robertə.

  12. Salam..maqa sene halaldi! ALLAHIN bu yazig bendeleri bilmirler ki,kimi terifleyirler..Kiwiliy silah gucuynen olmur..Silahnan 5 yawinda uwag da kimise vura biler..O ki qaldi robert kimi acharini itirenlere,ALLAH onu ele gune qoyucey ki,adi da yadinnan chixicey..bele qochudu,getsun ermenileri alsun..axi o haqsizdig qebul elemir..Getsun silahnan 20 ermeni oldursun,diyim ki,kiwidi..Eslinde kiwi rob yox, MUBARIZ IBRAHIMOVDU!!! Getdi tekbetek duwmennen uz-uze,kiwi kimi kochdu bu heyatdan..robert lenetlene-lenetlene it kimi olucey! AY YAZIGLAR,HAQSIZLIG QEBUL ELEMIRSE,ONDA QURBANI OLAN YAZIG QIZLARNAN NE IWI VAR? KIME ARXALANAIR?! Arxasinda duran adamlar ne qeder boyuk olsalar da, ALLAHIN qarwisinda acizdirler! Chox yazardimee..Amma yaltaglara soz chatdirmag olmaz..Can wirin weydi,qorxurlar ki,olarda qansizin qurbani olarlar. AMMA MEN ALLAHDAN BAWQA HECH KIMNEN QORXMURAM! Sonda onu dimey istiyirem ki,kiwi sozunu silahnan diyirse,onda o ermeniden de qorxagdi! ALLAH nahag eliyenlere lenet elesin! AMIN!

  13. INWALLAH IMAM ZAMAN AQ GELECEK VE SIZE WAD XEBER VERIM BIZ TEREFDEN BIR WEXS LENKERANA MECLISE GEDIB BIR YERDE OTURANDA BIR ADAM QAYIDIB DIDIKI XOW SENIN HALIVA BU TEECUBLENEREK NIYE ELE DIDIN CAVABINDA DUNEN SENIN OTURDUQUN YERDE MEN IMAM ZAMANLA SOHBET EDIRDIM.XOW BIZIM HALIMIZA IMAM ZAMAN YENEDE GORUNDU NARAHAT OLMUYUN ALLAH ZALIMLARI ALCALDIR MOMUNLERI YUKSELDIR ZALIM SOZU KIME AIDDIRSE ONA TESIR EDECEK SAQOLUN ALLAHDAN QORXUN.QIYAMET YAXINLAWIR

  14. Robert haqqinda oxudugum ve eshitdiyim menfi ve musbet hadiselere fikir bildirmak istemirem. Amma 1 sheyi basha dushmuram. Abdulelinin yazdigi kimi, Mubariz ve Ramin seferov ermeni oldurubler sadece 1 vetendash olaraq. Halbu ki, Robertin ermenileri oldurmeye ve umumiyyetle ermenilere hucum etmeye imkani daha choxdur. Bes goresen niya ozu bunu elamir ve ya teshkil etmir???

  15. qaqa roberte halaldi soxdu uzeyirin icine uzeyir haranin adamidi ey gunde 1 gic mahni yazir nebilim e.azerbaycan musiqisnin 1 nomreli dusmenidi getsin ozune senet tapsin belelerinin xodunu almaq lazimdi oki qaldi roberte kisi adamdi halaldi ona yasamalda yami onu lotu kimi taniyir

  16. ƏSL KİŞİ GÖZÜNƏ GÖRSƏNƏN HEÇ NƏDƏN QORXMAZ.mene catmire buqeder oldurulen,zorlanan adamlar varsa onlarin qohumlari,yiyeleri arasinda bidene qeyretdisi yoxduki 2dene gulle tapib birin onun basina birin oz basina vursun.uzaqdan vurmaga da QORXURLAR??herhalda qizi zorlanmis intiqami alinmamis yasamaqdansa bele olmek yaxsidi..yeqinki Azeriler bu qeder qorxaq deyil.bele sey olsaydi QANI QANNAN YUYARDILAR.demeli bele seyler yoxdu.bunu uyduranlar camaati qorxaq ve biqeyret sayir..

  17. Bura Azerbaycandir.Bura duz soze gore blokda sessiz gulle ile atilanlarin olkesidir.Bura qirmizi isiqda kecib ickili vezyetde adam vurub ama azad gezenlerin olkesidir.Hede qorxu gelmeyi sevirik biz.Oldurerem haaaa seni)) Basini keserem haa senin))) Papalarin gul balalari o qeder teleseriallara baxiblar ki ozlerini Polat Alemdar kimi aparillar. FOKS FEXRI– beyem 20% torpaqlarimiz dusmen elinde deyil????? Daha ikinci soze ehtiyac yoxdur. . .

  18. salam ay millet. Ay camaat,ay allahin bendeleri.bu robert hansiniza pislik ya da yaxwiliq edib he? Ay muselmanlar olmuyan weydan, daniwmayin. Her kimdise her neynirse o qaqaw ele yerinda eliyir.halaldi.lap ele sabah meni yolda da vurub oldurse halaldi qanim ona.cunki bu milleti axir ki bir nefer qapaz vurub oyadmalidi.duz edir o qaqaw.halaldi sene Robert.Razindan Emin252

  19. sizki curumus fikirlerle aglinizni doldurmusunuz sizden vetenin dar gununde tapilacaq kiwilerden saymiyacaqlar.sozum mezlumlarin ustunde zalimliq edenleri terifleyenleredir. bize oz icimizde dusmen yox birlik gerekdir.besbridellik yox lotular gerekdir .

  20. Hamiya salam.Men sadece demek isteyirem ki,her kes ozune cavabdehdir.Allah hamini eyni yaradib,hamiya agil verib isteyen o agili yaxwi yere isteyen de pis yere yoneldir.Sozumun cani odur ki hami eynidir varli ya kasib… sonda haminin bayramini tebrik edir hamiya saglam ve sakit heyat arzulayiram

  21. salam her kese robert sozun duzu ewitmemiwemki hansisa imkansiza hansisa kasiba elencine hereket elesin…pramoy general oqlu yada prakror oqlunu vurur…Allah komeyinde dursun Robert

  22. Salam !Robert manim qohumumdur agziniza galani yazirsiniz isiniz gucunuz yoxdur sizin Robert har zaman haqqin tarafidir qardasimizdir agar kimin ona sozu varsa ketsin uzuna desin cavabini da alar axi sizi narahat edan sabab nedir, ki,har kes oz isi ila masqul olsa daha yaxsi olar!

    1. 1. Azərbaycanda 9 milyon insan yaşayır və hamı da bir-birinin qohumudur. İndi heç kimdən yazmayaq? 2. Təhqirə keçməyin. Biz hər zaman hər kəsə cavab haqqı tanıyırıq. Yazı hazırlayın qohumunuz haqqında onu da yayımlayaq.

    2. Robert qudurgan ve vicdansiz papalarin (memurlarin) gul balalarini sindirir ve doyur, millet onun siznen ne iwi var? o olmasa o papa mamawalarinin wetuna hereket eliyen bezi memur balalari adamin bawina dirmawallar…

  23. Dil sümük deyil,amma çox sümüklər sındırır,çox sümüklər də bərkidir.Bizim Silahımız birbaşa bizim – DİLİMİZDİ,EMELİMİZDİ ! Yaxşıların da adından deyirik bunu.

  24. Menim roberte. Boyuk Hormetim var onun ailesinede boyunede Allah canlarin sax elesin ay camaat bilmediyiviz weyler var deyme mene deymiyim sene robert Heledi vurun eceb edib vurub artog eskiy daniwmayin

  25. birincisi robert yaxwi oglan olsaydi Baki weherinde ona buna gulle atmazdi..cavan qizlari zorlamazdi..dedebeylik etmezdi..yaxwi oglan merd oglan MUBARIZ IBRAHIMOV kimi olar..o ermenileri bicende…robertde kimlerese guvenib Bakida ona buna gulle atir duxu var getsin ermenilerle serhedde etsin bunu…bezileride az girenniy etsin Roberte bildiz?

  26. ibrahim qardasin cox duz deyirsen men senin sozlerine qosuluram robert haqqinda esitmisem mence onun etdiyi hereketler hamisi dusunulmus planli sekilde gorulen islerdi.o ki qaldi oglanlara Azerbaycanda oglanlar cox olub hec ozunu bizim ucun qurban veren oglanlarin adi cekilmir hami tutub robert bele robert ele ne olub ey bir cana bosluyuq ya indi olduk ya da sonra qorxub teriflemeyin. onun pulu coxdu elediyi hereketlerin ustunu ortur.rehmetlik LOTU BEXTIYARIN SOZU OLUB …GEREK INSAN UCALDIQCA SADELESE , GUCLESDIKCE DE REHIMLESE.yaziq Bextiyar ne bilerdiki indiki zamenede kimler xod gedecek. ne ise danismaga cox sozler var ne deyim bizim kimiler de zulume mohtacdi nazir balalarida menim kimi belkede 3000min cavanin bir ayda xerclediyi pulu bir gunde xercleyirrrrrrrrrrrrrr.valla bele getse bu milletin axri yoxdu

  27. adi bir adam adami agzindan vursa 10-20 il alar yegin. ama O vuranda duz eliyir…. adi bir adam obirinin cenesini partdatsa bunu polis bilse ya pulunu alar ya da iceri. ama bunu Olardan biri eliyende tetile zad gedir… eşşi menim neyme lazim ozune ziyan etmirler ki ne olur özünden başqalara olur. demek düz edir esas özünü düşünsün. men de özümü düşünüm.. sen de

  28. Bes Elmeddin qehramanov da deyirler kimi ki o oda ele onlari tayidir he?aybdi vallah bir birlerin ort basdi rleyeirler
    sonra da deyirler ki hasibq fehleyik

  29. Salam. Men Roberti tanimram.Hec hakkinda melumatimda yoxuydu. Taki burada yazilanlari oxuyana qeder. Sadece onu demek isiteyiremki bu dunyanin o dunyasida var. Deyirsiz robert hec kese haksiz yere iliwmez. Eger iliwdikleri haksizdirsa,qoyun Allah cezasin versin. Azerbaycan ovladlariyiq. Bir-birimizin arxasinda durmaq,onlara destek olmaqdansa vurub bir birimizi oldurmuyek. Her kes dunyaya bir defe gelir. Kiminse sozune gorede elimizi qana,o dunyamizi cehenneme cevirmeyek. Allaha emanet olsun. Sagolun!

  30. evvale her birinizi salamlayiram sorasidaki durub roberte girenlik edirsiz vallah heckes ebedi deil bir gun onuda bir nefeer torpaqa tapwiracaq nolsun hami eline silah alib cox wey ede biler ama onlarin demek olarki hecbiri belke hec esgerlikde cekmiyib eger beledirse gedib hansisa ermenin qanin toksun yoxsa gelib kimese wille vurmaq hardasa dava salmaq kimise gullelemek – yeni bunu cox adam ede biler bayaqdan oxuyuruam deirlerki robert ne edir duz edir qardawimsiz gedir camaatin qizin zorluyur adi sfetoforda dianan mawini gulleleyir meger bunlar duz edir sozune beraberdi? haqqa gelin cunki vaxt gelecek o daglara qar yagacaq ve hemin adamlari rehmetlik edecekler onda kimin haqda daniwassiz?? yox hec kesin kiminse haqda nese yazmasi yalannan teriflemesi duzgun deil cunki onsuzsda azdancoxdan hami hamini taniyir

  31. Basha dushe bilmirme robertin neyine halaldir?..Genc qizlari zorlayir ona gore?! Sade vetandashlari doyur ona gore?! Eger bele kishilik edirse gedsin oz gucunu Qarabaqda gostersin! Millet bu qederde yatlaq olmayinda

  32. Az roberte yaltaxlanindaaaa…uydaaaa ….a robert qeyretli,hormetli ,duzgunluk isteyen oglan olsaydi gedib Gencede gicdemezdiki “men Gencede luboy qizi tuta bilerem” ….bax bu sozune gore onun belinde stol qirilib buda fakdi..hansi duzgun oglan bu sozu eder???sozum roberte yaltaxlananlara aiddi…bir az kishiliyiniz olsun duzgun danisin…amma hardan daniwasizee…sizde ele robertin tayisiz…Goydeki Allahinizdan qorxun…o kimdirki kiminse canini alir?? Hamimiz Allahin bendeleriyik…ve yalniz Allah ala biler canimizi ….. Az cindirin terefini tutun…

  33. bu kelle ki bizde var dwzelen deyilik vessalam.90-ci illerde hec fikirleshmezdik ki torpaq derdinnen sonra kwcelerde lotuluq elemeye wzw olan gencler olsun.Amma utanmasan olar ne desen.O lotuluqlari eleyen hec torpaqlarinin dwshmen tapdagi altinda oldugunnan utanirlarmi goresen?

  34. ROBERT BIRINCISI OZUNE GORE OGLANDI BU BIR IKINCISIDE MUBARIZDI RAMIN DI ONLAR HECDE BASQADA ONLARA HALAL OLSUN ROBERT BIZ GELIN MUZAKIRE ETMEYEK ALLAH BILIR KIM NECEDIR ALLAH TAULA HAMININ GUNAHLARINI BAGISLASIN ONCUN TOVBE EDEK CUNKU O DUNYADA PUL ROL OYNAMACAQ EMELLER YAXSI FIKIRLESIN HECKIMEDE BABAL ATMAYIN

  35. ALLAH hamimizin gunahlarini bagislasin,onlar da icinde…amma o xod gedenlere demek isterdim ki,kas ki,bele ozbasnaliq etmekdense ooooooooo qeder xeste usaqlar var ki,1 saatliq lyuks restoran xercinize bir xeste usagi olumden ve ye agir xestelikden qurtara bilerdiniz…hec agliniza gelib? zohrab rustamov 9 dekabr 1992 dogumlu.cerrahiyyeye ehtiyyaci var. bankda hesabi var.lazim olan mebleg yigilmir.fasebook sehifesinde.belke fikirleseler…

  36. Salam.Men onu demek isteyiremki gelin ele niye Robertin hereketlerin menfi danwrsizki.siz bilmediyiniz ele yaxciliqlar komeylikler eliyib el tutubki adamlara.bunlardanda danwnda.ROBERT GUCSUZUN QEHRAMANI ,GUCLUNUN DUWMENIDI.TAK WTO BIZE ROBERTDAN GELMEZ O TUZ BALALARIN QENIMIDI.ALLAH KOMEYI OLSUN

  37. Burda Robert denilen asalakları savunan bile var.Adam halk parası ile gece alemler yapıp lüsk yaşıyor Azerbaycana fabrika yapmak isteyen iş adamlarını korkutup kaçırıyor siz burda utanmadan savunuyorsunuz.Ülkenizdeki ekonomik durumun tek sorumlusu işte bu tür köpekler.Bu azerbaycanlılarda nedir bu mafya özentisi anlamıyorum.Ekmeyine namusuna sahip çık mafya kim oluyor.Bir insan benım elimden ekmeyimi hakkımı almaya çalışıyorsa en büyük mafya benım !!! Olacaksan ekmeyıne hakkına sahip çıkarak mafya ol.Çakallara özenme.

  38. Robert denilen çakal bu hareketi neden yapamaz Türkiye de biliyormusun ? Kimsenin eli kolu armut toplamıyor.Herkesin arkadaşı ailesi kardeşi dostu var.Çeker 14 lü boşaltır üzerine paşa paşa şerefli şekilde yatar.Yok yanına 5 tane adam alacak yok onu bunu dövecek adamı şişeye oturturlar.Kimse sahipsizmi ?

  39. Siz azerbaycanlısınız ben türküm robert ve ailesinin azerbaycana verdigi zararı ben sizden daha iyi biliyorum.Azerbaycanda bananı kaç yiyorsun ? Limonu kaça yıyorsun ? Tavuk kaça yıyorsun ? Pamidoru kaça yıyorsun ? Bu saydıklarımı azerbayacana beyler ve kardaşından başka kimse getiremez.Bak türkiyede 2 kg limon 1 usd.3 kg pamidor 1 usd.Sen düşün sizi ne hale getirmişler hala burda robert halk kahramanı diyen var.Deveye diken insanada başka bişe yapan yarar.

  40. Bundan 3 yıl önce 1 tır limonu yani 23.000 kg limonu türkiyede 8000 usd aldım.Azerbaycan kırmızı köprü sınır kapısına geldigi zaman azerbaycana giremez dediler.Neden dedim ? Beylerin adamları sen kimsin ki bizden habersi mal satacaksın dediler.Bize 95.000 usd para vereceksin sagdece 1 tır içinde dediler.Vermedim burda çürütürüm yakarım yine vermem dedim.Zorla aldılar gümrükten elimden 1 tır limonu orda 170.000 usd satdılar.Al sana robert hayranları.Bak halk kahramanı ?

  41. Merhaba Kadir Abi.yazdiklarini teker teker okudum.Azeri halkina duyarida bulunuyorsun ki Robert qibi asalaklara imkan vermeyin sizin ekmeyinizi malinizi mulkunuzu zorla ali koyu versinler.Robert neden asalak oluyormu$?sizin qibi zenqin i$ adamlarina fabrikatörlere ragon kesiyor koyuyor ondanmi asalak oluyor?yoksa fakir fukara ekmeyini yediyindenmi asalak oluyor?yaziyorsun ki benim ekmeyimi malimi mulkumu alani $i$lerim,14 luk mermiyi bö$altirim falan kimseye yedirmem.gömrukte ekmeyini diyil 23.000 limonunu yani bir tirini elinden aldilar yaziyorsun neden $i$lemedin yada 14 luyu neden bo$altmadin?))) senin yukun cok fazla agir Kadir Abi ondan tirlar qidiyor elden:-))) yuklerin bowaldikca rahatlik bulacaksin ve fazla yalan yazmiyacaksin.

  42. Üzeyir mahnı oxuyur kimə neynir, xoşun gəlmir qulaq asma, Robert kimi qız gəlinə sataşan narkotik xəstəsi nə vaxtdan kişi adam sayılır , beləsinə kişi oğlandı deyənlərdə elə onun kimi manyaklardır.

  43. Bütün insanlar Allahın qulu sayılır.Allah kimin yaxşı, kimin isə pis əməl sahibi olduğunu görür, vaxtı gəlib çatanda yaxşıları mükafatlandıracaq, pis əməl sahiblərini isə cəzalandıracaq.Amma yaxşı olardı, pis əməllər edənlər vaxtında düz yola qayıdaydılar.Allah onlara rəhm etsin.Çünki Allahın verdiyi əzab daha şiddətlidir.

  44. Bu yaxinlarda biri mene firillaq gelerek butun pulumu menimsedii.Cox ched etdim almaqcin olmadi.etiraf etdi ki butun halalimi butun eziyyet cekdyim alin teriyle qazancimi goturub sellenib.Indi issiz ve veziyyetimde pissir.elimde butun sened subut var Buna dair.hetta natarusdan borc testiqlenmish senedimde.Bu da Beyler beyin onun qohumlarini esasda Robertin adini hallandiraraq mene pulumu qaytarmir ve Bu insanlarin adindan istifade ederek meni aldadib.Eger Robertle yaxinligi olan varsa, ve dediyiniz kimi o haqlinin terefindedirse menim bu firildaqdan pulumu almaqda komek olsun.Ailelilyem.Bir evladim var.Bu sexs meni aldadaraq butun pulumu menimseyib.qaytarmamaqcinda Bu adamlarin adindan istifade edir.Kimse komek olsa omur boyu minnetdar qalaram!

  45. kimin aglina ne gelir yazir basqa temaa yoxdu ? robertde ne isivuz beledeki bu dunyada sehfsuz insan yoxdu hec kimin haqqi yoxduki kiminse hereketlerine abistanavat elesun tak sto xvatit

  46. Ozun taniyan oglana her yerde hormet var hamida oglannigina gore hereket eliyer kiminse puluna gore gucune gore adina gore qabaga getmek lazim deil Sefi vuranda duzdu ama hami ozune gore sef duzun qabaginda bikavatdig eliye bilmez

  47. Her kese salam olsun. Bayaqdan oxuyuram, biri roberti pisleyir, biri terifleyir. Ne roberti tanimiram, nede sizleri. Sadece onu demek isteyremki eger yazilanlar (qiz zorlamasi, milletin icinde kimese gulle atmagi ve s.) Dogrudursa bunlar kiwiye xas olan hereketler deyil. Allah insana dil verib. Bir birmizi bawa duwmek ucun. Allah yaradib her kesi ve her weyi. Roberte seslenirem. Eger deyilenler dogrudursa sen birce qariwqa yarat sora kimise oldur. (Bir yandanda koroglu tufengi gorende, elinden qilincini atibda deyir hecer getdik. Kiwilik oldu.) Menim oz fikrimdir bunlar. Yene deyirem eger bu yazilanlar dogrudursa en azindan oglanliga yarawan hereket deyil. Bezileriniz yazirsizki duzgun edir allah onu qorusun. Bir soz demirem allah qorudugnu qoruyur. Sadece gozu yawli qalanlarin ahi nece? neyse Allah boyukdur. Ozu bilen meslehet. O dunyanida fikirlewin..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button