“Porsche” ilə gənc ananı vurub öldürmüş 16 yaşlı biznesmen oğlu saxlanıldı və buraxıldı

16 yaşlı Ağali Fərəcov polis əməkdaşları tərəfindən təfərrüatların aydınlaşdırılması üçün saxlanılıbmış.

Virtualaz.org-a Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirildiyinə görə, yeniyetmə izahat verdikdən sonra azad edilib.

* * *

Azərbaycan Baş Prokurorluğundakı mənbələrdən virtualaz.org-a məlum olduğuna görə, 16 yaşlı Ağali Fərəcovun saxlanılması ilə bağlı məlumat həqiqəti əks etdirmir.

Mənbəyə görə, Azərbaycan qanunvericiliyinə əsasən. 16 yaşı tama olmadığına görə A.Fərəcov cinayət məsuliyyətinə cəlb edilə bilməz. Söhbət yalnız onun saxlanılmasından gedir. Yalnız 3 aydan sonra onun 16 yaşı tama olacaq.

A.Fərəcov ancaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin həddi-büluğa çatmayanlar üçün xüsusi müəssisəsində məcburi tərbiyələndirilməyə cəlb edilə bilər.

Bakı Şəhər Baş Polis İdarəsi mayın 3-də Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

Məlumatda deyilir ki, saat 16.00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum sürücü idarə etdiyi avtomobillə yolu keçən Xəyalə Məmmədovanı vuraraq hadisə yerindən qaçıb. Dərhal xəstəxanaya yerləşdirilmiş piyada həkimlərin bütün səylərinə baxmayaraq, orada ölüb.

Sabunçu Rayon Polis İdarəsinin və DİN-in “Təhlükəsiz şəhər” Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni “Porsche” markalı 99 BS 999 dövlət qeydiyyat nişanlı avtomobillə törətmiş 2001-ci il təvəllüdlü Ağaəli Fərəcli müəyyən edilərək saxlanılıb. “Təhlükəsiz şəhər” Xidmətinin həmin ərazidəki kameralarının qeydə aldığı videogörüntülər də hadisənin baş verdiyi zaman sükan arxasında məhz A.Fərəclinin olduğunu təsdiq edir.

Elə həmin gün faktla bağlı Sabunçu RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Sahibi olduğu nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını bildiyi halda 16 yaşlı oğlu Ağəliyə verdiyinə görə Bakı şəhər sakini Füzuli Fərəcov barəsində İnzibati Xətalar Məcəlləsinin 335-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmək hüququ olmayan şəxsə verilməsi) maddəsinə əsasən, inzibati tədbir görülməsi haqqında qərar qəbul edilib.

Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button