Qadın Parlamenti ilk iclasını keçirdi

Qadın Parlamenti ilk iclasını keçirərək Insan hüquqlari sistemi üzrə silsilə tematik sessiyalarını yekunlaşdırıb. Üç gün davam edən sessiyada parlament üzvlərinə Beynəlxalq İnsan Hüquqları Sistemi və Mexanizmlərinə Ümumi Giriş (mühazirəçi BMT-nin resident koordinatoru İradə Əhmədova), BMT-nin İnsan Hüquqları Sistemi və Mexanizmləri (mühazirəçilər BMT-nin İctimai və İnformasiya şöbəsinin rəhbəri Envera Selemoviç, BMT-nin Uşaq Fondunun proqram rəhbəri Munir Məmmədzadə), Avropa İnsan Hüquqları Sistemi və Mexanizmləri (mühazirəçilər Azərbaycanda Avropa Şurası Ofisinin Rəhbəri səfir Konstantin Yerokostopulos, Azərbaycanda Avropa Şurası Ofisinin rəhbəri Monika Martinez, Azərbaycanda Avropa Deleqasiyasında Siyasi şöbənin rəhbəri Jerom Pons), Azərbaycan İnsan Hüquqları Sistemi və Mexanizmləri ( Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Apparatının elmi-analitik şöbəsinin rəhbəri Mahir Məmmədov) mövzularında bilgilər verilib. Mühazirələr parlament iştirakçilarının mövzu ətrafinda müzakirələriylə davam edib. Silsilə tematik sessiyalarda parlament üzvləri insan haqqlarının qorunması ilə bağlı beynəlxalq və yerli təcrübələrin öyrənilməsindən yararlanıblar. Xatırladaq ki, Qadın Parlamenti Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) BMT-nin Demokratiya Fondunun maliyyə dəstəyi ilə yaradılıb. Parlament Azərbaycanda qadın hüquqları və gender bərabərliyi vəziyyətinin araşdırılması, təhlili, təkminləşdirilməsi və inkişafı məqsədilə yaradılan və Azərbaycanın müxtəlif sahələri və çoxsaylı mövzular üzrə çalışan ölkənin tanınmış 25 qadınından ibarət bir qurumdur. Qeyd edək ki, Qadın Parlamentinin rəsmi mandatı və ya statusu yoxdur. O, RİQC-in nəzdində fəaliyyət göstərən, qeyri-partiya formatında işləyən və rəmzi xarakter daşıyan bir qurumdur. Qadın Parlamentinin işi “Bərabərlik Haqqa Bərabərdir: Qadınlara Bərabərlik!” şüarı altında aparılır. Qadın Parlamentinin işi əsasən ölkədə qadın hüquqları və gender bərabərliyi sahəsində mövcud olan vəziyyətinin öyrənilməsi, problemlərin aşkarlanması, həll yollarının araşdırılmasına, aşkarlanan nəticələrin bütün səviyyələrdə diqqətə cəlb edilməsi, müzakirəsi və həll olunması istiqamətində addımların atılmasına, yerli və beynəlxalq təşkilatların müsbət təcrübəsindən istifadə edərkən yeni mexanizmlərin tətbiq edilməsinə xidmət etməkdir. Layihə müddətində mütəmadi plenar sessiyalar, silsilə tematik sessiyaların təşkil olunur. Layihənin gözlənilən nəticələrindən ayrı-ayrı sektorlara və qurumlara, o cümlədən Milli Məclisə və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tövsiyələrin, həmçinin BMT-nin Qadınlara Qarşı Ayrı-Seçkiliyin Ləğv Edilməsi üzrə Komitəsinə (CEDAW) hesabatın hazırlanması daxildir.

Women’s Association for Rational Development (WARD) Baku, AZ1025, Azerbaijan Afiyeddin Jalilov str. 26, apt.98 Tel/fax: (+99412) 490 40 44 Mob: (+99450) 760 40 44

Gülnaz Qəmbərli

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button