Qüdrət Həsənquliyevin bacısı oğlu həbs olunub?

Son günlər mətbuatda yayılan xəbərlərə görə, Vergilər Nazirliyinin bir neçə əməkdaşı vətəndaşlardan külli miqdarda qeyri-qanuni pul aldıqları üçün tutulub və məsuliyyətə cəlb olunublar. Ötən həftə hadisə ilə bağlı XuralTAC-a maraqlı bir informasiya daxil oldu. İnformasiyada həbs olunan və məsuliyyətə cəlb edilən vergi məmurlarından birinin BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin yaxın qohumu olduğu söylənilirdi. İnformasiyanı «Xural»a verən mənbənin dediyinə görə, tutulan vergiçi Qüdrət Həsənquliyevin dost-doğma bacısının oğludur.

Məlumatı dəqiqləşdirmək üçün hörmətli deputatla əlaqə saxlamaq imkanlarımız alınmadı. Yalnız deputatın himayəsində fəaliyyət göstərən «Xalq Cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəylini tapa və məlumatı ona çatdıra bildik. E.Mirzəbəyli onda belə bir məlumatın olmadığını bildirdi və partiya sədrinə xəbəri çatdıracağını, cavabının bizə veriləcəyini söylədi. Qəzet çapa gedənə qədər bizə bu haqda cavab verən olmadı.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button