Rövnəq Abdullayev ev sökməyindən danışdı

“Elə zəbt olunmuş ərazilər var ki, onun altında milyon…”

 Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus torpaqlarda tikilən evlər çox ciddi problemdir. Bu barədə jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, vətəndaşlar dayanmadan bu torpaqlarda qanunsuz evlər tikməyə çalışırlar: “Biz də yeni tikililərin, bir gecəyə tikilən evlərin qarşısını alırıq, insanların yaşadığı köhnə evləri sökmürük. Yəni biz ev yıxmırıq, sənədi olanların evinə dəymirik. Məhkəmə qərarı olmadan heç bir evi sökmürük, qanun çərçivəsində hərəkət edirik”. R.Abdullayev qeyd edib ki, xarici şirkətlər ARDNŞ-in onlara icarəyə verdiyi torpaqlarda işləyə bilmirlər: “Çünki bu ərazilər sözün əsl mənasında vətəndaşlar tərəfindən zəbt olunub. Elə zəbt olunmuş ərazilər var ki, onun altında milyonlarla ton həcmində neft var. Belə şey olarmı? Həm də bu ərazilərdə yaşamaq əhalinin özünə ziyandır, genefonda təsir edir”. ARDNŞ prezidenti şirkətə məxsus torpaqlarda tikilən istənilən qanunsuz tikililərin bundan sonra da söküləcəyini vurğulayıb.

“Xural” qəzeti,

il 9, sayı: 052 (461), 06 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button