Şamaxı sakininin şikayəti cavabsız qalır

Dünən Şamaxı rayon Quşçu kənd sakini Əlışan Zülfüqarov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində ailəiçi narazılıqlarla bağlı mətbuat konfransı keçirib. Onun sözlərinə görə, ata mülkünə varislik iddiasında olan qardaşları Xəqani ilə Şirvaninin arasında uzun müddət ədavət, küsülülük olub. Xəqaniyə kənddə ev alıb şərait yaradan ata vərəsəlik kağızı ilə özü yaşadığı evi  Şirvaniyə bağışlayıb. Sonradan qardaşlar arasında münasibət qaydaya düşüb. 2010-cu ilin iyun ayının 20-də Xəqaninin evində qonaq olan 30 yaşlı Şirvani evinə qayıdandan sonra üç övladının gözü qarşısında qəflətən dünyasını dəyişib.

Əlışan Zülfüqarov qardaşının ani ölümünü müəmmalı hesab edərək onun formalin maddəsiylə zəhərlənib öldürüldüyünü düşünür. Bu fikrə qardaşının qanı olan yaylığı Ukraynada ekspertizadan keçirəndən sonra gəldiyini bildirir. Onun fikrincə, Şirvaninin ölümünə səbəb qardaşlararası nifaq, mülkiyyət davasıdır. Bir ildən çoxdur ki, Şamaxı sakini Şirvani Zülfüqarovun qəfil və səbəbsiz ölümünün nəticələrini araşdırmaq xahişi ilə Prezidentə, dövlət qurumlarına, Şamaxı prokurorluğuna müraciət edib. Amma onun bütün müraciətləri baxılmamış qalıb. Zülfüqarov qardaşının ölüm faktının araşdırılmamasında Şamaxı rayon prokuroru Füzuli Musayevi günahkar bilir.

“Xural” qəzeti,

il 9, sayı: 047 (455), 30 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button