Vətən müharibəsi qazisi vəzifəyə təyin edilib

Biləsuvar rayon İcra Hakimiyyətində Vətən müharibəsi qazisi vəzifəyə təyin edilib.

“Report”un Muğan bürosunun məlumatına görə, rayon icra başçısı Faiq Qürbətov bununla bağlı sərəncam imzalayıb.

Müvafiq sərəncamla Əmrah Akif oğlu Kazımlı icra aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi təyin edilib.

Qeyd edək ki, Biləsuvar şəhərində anadan olan əsgər Kazımlı Əmrah Akif oğlu müharibənin ilk günlərindən torpaqlarımızın azad olunması uğrunda gedən Vətən müharibəsinə qoşulub. O, Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralanıb. Müalicəsini tamamladıqdan sonra Xocavənd və Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

Əmrah Kazımlı Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button