Vilyam Hacıyev tezliklə məhkəmə qarşısına çıxarılacaq

Yaxın günlərdə İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayacaq.

Virtualaz.org-un xəbərinə görə, cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Telman Hüseynovun icraatındadır. Məhkəmənin hazırlıq iclası avqustun 19-a təyin edilib.

Qeyd edək ki, istintaq orqanı tərəfindən Vilyam Hacıyevə qarşı vəzifə səlahiyyətlərini aşma, mənimsəmə və rüşvət alma maddələri ilə ittiham irəli sürülüb.

Səbail rayon Məhkəməsi tərəfindən onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button