Vüqar Səfərli “Xural”dan 5.000 manat istəyir!

Vüqar Səfərli

Əvəz Zeynallı: “Bu işi Avropa Məhkəməsinədək daşıyacaq və ədalətin bərpasına nail olacağam”

 KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin “Xural” qəzetinə qarşı iddiasına əsasən məhkəmənin çıxardığı qərar icraya yönəldilib. Nərimanov rayon isra şöbəsinin Qalib Hüseynlinin qəzetin redaksiyasına göndərdiyi bildirişdə göstərilir ki, qərar 10 gün müddətində icra olunmazsa, məcburi qayda təmin ediləcək.

Məsələ ilə bağlı “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının münasibətini öyrəndik. Baş redaktor bildirdi ki, Nərimanov rayon icra şöbəsinin bu qərarından icra hərəkətlərinin durdurulması haqqında şikayət verəcək və icranın dayandırılmasına çalışacaq. “Hazırda bu işin Avropa Məhkəməsinə göndərilməsi ilə bağlı hazırlıq işləri gedir. Bu işi Avropa Məhkəməsinədək daşıyacaq və ədalətin bərpasına nail olacağam” – deyə Əvəz Zeynallı vurğuladı.

Qeyd edək ki, Vüqar Səfərli Əvəz Zeynallının müəllifi olduğu və “Xural” qəzetinin 25-31 iyul tarixli son sayında dərc olunmuş “İlham Əliyev “Xural”ın prezidenti deyil?!” başlıqlı yazıda barəsində “mətbu qəssab” ifadəsinin işlədilməsini şərəf və ləyaqətinin təhqir olunması hesab edərək, təkzib verilərək üzr istənilməsi və qəzetin 10.000 manat təzminat ödəməsi barədə Nərimanov rayon məhkəməsində iddia qaldırmışdı. Nərimanov rayon Məhkəməsi 12 oktyabr 2010-cu il tarixində  iddianı qismən təmin edərək, Əvəz Zeynallının 500 manat həcmində cərimələnməsi barədə qərar verib. Cavabdehin apellyasiya şikayətinə baxılaraq 500 manatlıq cərimə 5000 manata qaldırılıb. Bundan sonra kassasiya şikayəti və Ali Məhkəmə instansiyası qərarı qüvvədə saxlayıb. Belə ki, 7 fevral 2011-ci il tarixində Apellyasiya Məhkəməsi Nərimanov rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. 17 iyun 2011-ci il tarixində Ali Məhkəmə apelyasiya məhkəməsinin qərarını qüvvədə saxlanıldığını bildirən qərar elan edib.

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 049 (457), 02 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button