“WhatsApp” yeni funksiya tətbiq edib

“WhatsApp” “Apple” istifadəçiləri üçün yeni mühafizə sistemi tətbiq edib.

“Report” xəbər verir ki, İOS üçün yeni buraxılan paket “Touch İD” və ya “Face İD” vasitəsilə mesenceri açmaq imkanını verir. Beləliklə, hətta başqasının telefonuna girməklə də “WhatsApp”a daxil olmaq mümkün olmayacaq.

Bunun üçün yeni mesencer versiyasının izahatında göstərildiyi kimi, “Parametrlər” – “Qeydiyyat” – “Məxfilik” komandaları verib ekranı blok düyməsini basmaq lazımdır.

Sözügedən mühafizə sistemi istənilən vaxt işə salına və söndürülə bilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button