Xaç Qayınatası – XXX yazı

Rahat Əliyev

MTN SİS RK-sinin məlumatı…

(Geri qaytarılmalıdır, “məxfi” qrifi ilə, ekz-1 SİS MTK DO-1)

Astana, 12.02.2006-cı il

23.20. Abıkayev (tel nöm 83007774040) naməlum kişiyə zəng etdi (NM nömrə 6591397898), soruşdu ki, danışa bilərmi. NM-dən təsdiq alandan sonra o bildirdi ki, müzakirə heç nə vermədi. O, bizə hətta hədə-qorxu belə gəlir, əşi, xeyri yoxdur. NM isə bildirdi ki, o heç nə bilmir, bu məsələni yaddan çıxarın və bir də ona zəng etməyin.

Astana, 24.02.2006-cı il

10.40 Saudabəyov (nömrə 12026252390, Qazaxıstanın ABŞ-da səfiri) Abıkayevdən öyrəndi ki, (nömrə 83007774040 – parlamentin spikeri) Sarsınbeyovun qətli yaxşı hazırlanmış əməliyyatdır. Burada zərbə zəif yerdən dəyib. Abıkayev istintaqın tez nəticə çıxaracağına ümüd bəsləyir. Saudabəyov Amerikadan FTB–nin əməkdaşlarının dəvətini bu zamanda çox müsbət hal kimi dəyərləndirir. Bu əsnada prezidentin əhvalını soruşur və kimin amerikanları dəvət etməyi təklif etdiyi ilə maraqlanır.

20.07 Ertısbəyov (nömrə 53172241661, informasiya naziri) Tajinə (nömrə 83002150011, prezident administrasiyasının müavini) Abıkayevin bəyanatından xəbər verir, dəqiqləşdirir ki, bəyanatın birinci hissəsini işıqlandırmaq lazımdır , Utembayevlə (parlament aparatının rəhbəri) bağlı hissəni isə saxlamaq məqsədə uyğundur.

20.18 Caksıbəyov (nömrə 83002153300) Utemuratova (nömrə 83001110025 prezidentin işlər müdiri) xəbər verdi ki, “Naviqator” saytında Utembəyovun ürək tutmasından ölməsi haqqında yalan məlumat gedib. Utemuratov isə onu, bu məlumatla maraqlanan Əbilov ilə danışığı haqda məlumatlandırdı. Söhbətin axırında müsahiblər Abıkayevin bəyanatından danışdılar. D-nin sözlərindən Astanaya uçub gələn Tasmaqambetov (Alma-Ata şəhər meri) Abıkayevə bəyanata Utembəyovun adını bir peşəkar kimi salmağı təklif edib. U. hesab edir ki, A-nın bəyanatı siyasi savadsız bir addımdır. Lap pis halda o gərək bəyanatın məzmununu əvvəlcədən razılaşdıraydı.

 

Astana, 25.02.2006-cı il

11.21 Caksıbəyov (nömrə 23002153300) Tajinə (nömrə 83002150011) xəbər verdi ki, Alma-Ata vilayətinin prokuroru “Xabar” telekanalında olan çıxışında yerli hadisələri işıqlandırıb. Tajin başa saldı ki, prokurora tapşırılıb ki, o, rəsmi məlumat versin. C. isə fərz edir ki,

telekanallarda ancaq DİN Muxammedjanov müsahibə verməlidir. T. ona etiraz edib bildirir ki, dünən çıxış edən Senatın spikeri – dövlətin ikinci adamıdır.

19.46 Caksıbəyov (nömrəsi 83002153300) aydınlaşdırdı ki, Abıkayev (nömrə 83007774040) Astanadadır.

A. – “Bəs nə etmək lazımdır? Nə fərqi var, mən burada uzanaram”.

C. – “ Siz fikirləşirsiniz ki, onların başı xarabdı?”

A. – “Əgər hər şey quvvədədirsə, onda hərəkət edirik”.

C. – “Yox, Nurəkə, siz elə bilirsiniz, bütün bunları mən fikirləşmişəm?”

A. – “Yox, niyə? Yaxşı.”

C. – “Ona gorəmi o müsahibəni bəyənmişdi.”

A. –“Bəyanat.”

C. – “Deyir razılaşdırılıb? Mən prinsipcə yox deyirəm, lakin sonra danışdıq. Ona görə ki, günorta yeməyində qərara gəldik ki, ona mətbuat konfransı formasında çıxış lazımdır, amma o, brifinq formasını seçdi. O deyir, bəlkə bu elə düzdür…. Sabah Nurəkə gərək Alma-Ataya uçsun. Orada sən deyən elə xəbərlər yoxdur. Onu Alma-Ataya apardılar. Ola bilər, o uyğur nəsə danışıb. Ola bilər. Sabah nazirə tapşırıq verərik.”

A.- “Bu amerikanları niyə dəvət etmisiniz?”

C.- “Sən də bəsdir Nurəkə, onlar xaric üçün görüntüdür, biz onları heç yerə buraxmayacağıq.”

 

Söhbətin axırında C aydınlaşdırdı ki, “Vake” və “İmaşki” sabahki hadisə ilə bağlı prezidentlə görüşüblər.

 

20.01 Caksıbəyov (nömrə 830021533000) Tokayevə (nömrə 83332188888 xarici işlər naziri)

göstəriş verdi ki, 1 martda parlamentin iclasında prezidentin müraciəti oxunacaq və oraya bütün xarici dipkorpus dəvət edilməlidir.

T. – Maraqlandı, işdə nə isə aydınlaşıbmı? Utembayev haqqında danışıq başladı.

C. – Bu problemlər nə zaman qurtaracaq?

T. – Əlbəttə, Utembayevdə alkoqolizmlə bağlı şizofreniyadır?

C. – Xəbər verdi ki, sabah müxalifət mitinq keçirməyi planlaşdırıb.

Danışıq zamanı D. Qeyd etdi ki, FTB-çiləri vaxtında dəvət ediblər. Söhbətin axırında müsahiblər o fikrə gəldilər ki, Abıkayev və Utembayev birincini zərbə altında qoydular, Dutbayevi istefa etməyə məcbur etdilər və bu, bütün dövlət aparatını “sarsıtdı.”

 

Astana, 26.02.2006-cı il

12.35 Abıkayev (nömrə 83007774040) Caksıbəyovdan (nömrə 83002153300) Alma–Atada 900 nəfərlik mitinq keçirildiyini öyrəndi. C. A.-ya narahat olmamağı məsləhət gördü. O, söz verdi ki, KİV-lərdə mitinq işıqlandırılmayacaq. A.-nın fikrincə bu dəqiqə əsas məsələ fitnəkarlıqları qabaqlamaqdır. A. axşam çarter reysi ilə Alma-Ataya uçmaq qərarına gəldi.

12.52 Abıkayev (nömrə 83007774040) Şabdarbəyova (nömrə 83001110002, prezidentin mühafizə rəisi) xəbər verdi ki, 01-in tapşırığı ilə təcili saat 21.00-da çarter reysi ilə mühafizəçiləriylə bir yerdə Alma–Ataya uçacaq. Ş. A.-nı xəbərdar etdi ki, Alma-Atada vizitlər şöbəsindən olan mühafizəçilər onun qulluğunda olacaqlar.

Ş. – Mən keçən dəfəki danışığımızı şefə (prezident) çatdırdım.

A. – Çatdırdın? Yaxşı qarşılandı?

Ş. – Hər şeyi dedim. Amma o belə dedi, O adam (Utembəyov) mənim dilə tutmamdan sonra hər şeyi öz üstünə götürüb.

A. – Bu heç, olar, əsas bu işi necə bağlayaq?

Ş. – Siz indi heç kimə etibar etməyin. Bizi də zərbə altına qoya bilərlər.

A. – Yox, kimə etibar edəcəm?

Ş. – Sizin Nartay (Dutbayev – MTK- nın sədri) hər halda bir balaça pis vəziyyətdə qoydu, çünki necə deyərlər, sistem işləmədi. Bu, onun günahıdır.

A. – Yox, mən heç kimlə danışmıram.

Ş. – Yox, yox, əgər içəridən nəsə çıxsa, heç də təəccüblənməyin, suallar var. Sizin bütün danışdığınız fikirlər doğrudur.

A. – İndi də bu FTB-çiləri dəvət ediblər. Bütün bunlar Adil bəylə Rahatın işləridir.

Ş. – Mən başa düşmədim, bu amerikanları buraya niyə dəvət etmək lazım idi. İndi də başa düşmürəm. Biz yaxşı fikirləşməliyik, görək orada kim olacaq.

A. – Hərtərəfli fikirləşmək lazımdır, 100 faiz bizlik olan adam olmalıdır.

Ş. – Yoxsa yenə də birincini zərbə altına qoyarlar.

A. – Yaxşı, bu haqda bu telefonla danışmayaq.

Ş. – Oldu. Amma o sizi müdafiə edən oğlan, o da orada içəridədir.

A. – Məni qoruyan?

Ş. – Hə, istintaqa qədər. O, həm buradadır, həm də orada.

A. – Oldu, sən analiz elə, mən isə Bekmaxanın yanında, sovmininkindəyəm…..

Ş. – Heç kimə inanmayın, heç kimi qorumayın.

14.28 Muxamedjanov (nömrə 83002150005, Daxili işlər naziri) Caksıbəyovun (nömrə 83002153300) göstərişinə əsasən, sabah Astanada mətbuat konfransı keçirməlidir.

18.46 Tusubbəyov (nömrəsi 83007341944, baş prokuror) Caksıbəyovdan (nömrə 83002153300)

göstəriş alıb. Göstərişə əsasən, Alma-Atadakı mitinqin bütün fəallarını adminstrativ qaydada cəzalandırmaq lazımdır. Tuyakbaydan başqa hamısını SİZO DVD-də aşağısı 10 sutka

yatırmaq lazımdır. Tuyakbəyı isə cərimələtmək…

21.12 Nursultan Nazarbayev (nömrə 83002111122) Utemuratova (nömrəsi 83001110025) dedi ki, dünən Abilov, TNK “31 kanal”da çıxış edib xalqı meydanlara çağırdı. 4.000 adamın iştirak etdiyi mitinq bu gün baş tutdu. N.N. xüsusi vurğuladı ki, “31 kanal” yeganə telekanaldır ki, A-ya çıxış üçün 1 saat efir vaxtı verib. Onun sözlərinə görə, indi hamı Utemuratovu bu hadisələrə görə günahlandırır.

N.N. – Mən sənə çoxdan deyirdim ki, əgər sən işlədə bilmirsənsə, bu kanalın 50%-ni sat mənə. Mən özum işlədərəm… Bir söz deyirik, digərini eləyirik, belə çıxır? Qulaq as, sənə konkret deyirəm, aksiya paketini mənə ver. Mən səndən xahiş edirəm. Ver. Əgər istəyirsən, mən sənə qiymətini ödəyərəm. Bu həngaməyə görə artıq ORT orada nə baş verdiyini göstərir.

Söhbətin axırında, N.N. bu qənaətə gəldi ki, U. kanalı maliyyələşdirməyinə baxmayaraq, kanala rəhbərlik edə bilmir.

Bütün bu danışıqların əslləri MTK-da saxlanılır. Onların hazırlanmasına general J.Majrenov məsul idi. O, 8 iyul 2008-ci ildə Astanada MTK–nın həbsxanasında həlak oldu.

 

Yekun

 

Altınbəy Sarsınbeyov, Bayırjan Baybosın və Vasili Juravlyovun ölümündə iştirak edən on nəfər günahkar bilindi və həbs edilərək müxtəlif cəzalar aldılar. Sifarişçı elan edilən Erjan Utembayev iyirmi il həbs cəzası aldı. Qatil elan edilən Rüstəm İbrahimova ölüm hökmü oxundu və sonra bu cəza ömürlük həbslə əvəz edildi.

General Sutbayev zərbə altından çıxarılsa da, MTK-nın sədrliyindən istefaya göndərildi. Amma Dutbayev çox da uzağa getmədi. O, MTK-nın Akademiyasına rəhbər kimi qayıtdı. 2007-ci ilin yayında isə prezident Nazarbayev onu özünün xüsusi xidmət və hüquq mühafizə orqanları üzrə müşaviri təyin etdi. Bu zamandan prezidentin mühafizəçisi Şabdarbəyovun hakimiyyətə möhtəşəm qalxışı başlayır. Mühafizə etdiyi Nursultan Nazarbayevi “üç hərf”ə göndərməyinə baxmayaraq, o, Milli Təhlükəsizlik Komitəsinin sədri olan zaman müstəqil nəşrlər dayandırıldı və ölkədə birdəfəlik vətəndaş azadlıqlarına son qoyuldu. MTK-nın təsir gücü dəfələrlə artdı, MTK öz vətəndaşlarını qorxuda saxlayan sələfi KQB-yə oxşamağa başladı. Artıq Şabdarbəyov nəinki prezidentin təhlükəsizliyinin (O, bu xidmətə tam nəzarəti öz əllərində saxladı), həm də bütün vətəndaşların təhlükəsizliyinin keşiyindədir. Lakin o, daha çox həbsxana keşikçisini xatırladır. Mühafizəçi ilə gəzən hər bir kəs bilir ki, əvvəl-axır sənin mühafizəçilərin sənin rəislərinə çevrilir və sənin azadlığını məhdudlaşdırır. Onlar sənin hara gedib hara getməyəcəyinə, nə edib nə etməyəcəyinə qərar verirlər. Prezident isə onlardan lap asılıdır, çünki o, hər şeydən, yeməkdən, insanlardan, məlumatdan qorxur. Onun bütün yeməklərini “göbələk adam” yoxlayır,  “Ağ-Orda” sarayı onu xalqdan qoruyan forpostudur, məlumatı isə o, saat 9–da verilən “Xabar” telekanalından, üstəgəl MTK–nın ona verdiyi gündəlik məlumatlardan öyrənir. Bu məlumatlara nəyin düşəcəyini xüsusi öyrədilmiş komanda seçir. Bu məlumatlarda Xaç Qayınatamın əsəblərinə toxunan heç nə olmamalıdır, təbii Şabdarbiyevin düşmənlərini ləkələyən məlumatlardan başqa…

Bu qizil qəfəsin açarı, hansına ki prezident öz xoşu ilə girib, şəxsi mühafizəçi general Şabdarbiyevin etibarlı əllərindədir. Altınbəy Sarsınbeyovun ölümü ilə müstəqil mətbuatın axırı gəlmişdi. Nursultan Nazarbayev şəxsi nəzarətinə ala bilmədiyi məlumat agentliyi, qəzet və telekanalların necə təhlükəli olduğunu gördü. İstintaqın qızğın vaxtında, senzurasız istintaqın gedişindən xəbər verən Qazaxıstan “Today” agentliyi, “Karvan” qəzeti, KTK telekanalı ilə bağlı mən Xaç Qayınatasından birinci xəbərdarlığı aldım. O, bütün mənə məxsus olan media-aktivləri tələb edir. Mən etiraz edirəm, lakin biz ikimiz də başa düşürük ki, bu, müvəqqətidir. Vaxt 2007-cı ilin mayında gəldi.

Müstəqil müxalifətin vaxtı uzaq keçmişdə qaldı. Altınbəy Sarsınbeyovun ölümü ilə ölkəyə uzun sürən siyasi qış gəldi.

Tam məxfi

Xural” qəzeti,

İl: 9, sayı: 030 (438),07-13 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button