Elçiliyə getdi, qəzaya düşdü

 Valideynləri ilə elçiliyə gedən oğlan ağır qəzaya düşdü

Bakıda qəza zamanı sürücü idarə etdiyi avtomobili aşırıb. Hadisə Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb.

Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ev 45 ünvanında yaşayan 1993-cü il təvəllüdlü Zaur Zabil oğlu Hüseynov idarə etdiyi “VAZ 2107” markalı avtomobilin sükanı arxasında olarkən idarəetməni itirib.

Hadisə zamanı avtomobil aşdığından sürücü Z.Hüseynov xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib. Yaralıya tibbi yardım edilsə də, vəziyyəti ağır olaraq qalır. Qəza ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, qəza sürücü Z.Hüseynovun elçilik günü baş verib. Valideynlərini sevdiyi qızın yaşadığı ünvana aparan sürücü geri qayıdanda qəza törədib.

report.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button