Avropalı deputat Əfqan Muxtarlının həyat yoldaşı ilə görüşüb

Avronest Parlament Assambleyasının rəhbəri, Avroparlamentinin deputatı Rebekka Harms Gürcüstanda jurnalist Əfqan Muxtarlının işinin müstəqil araşdırılmasının tərəfdarı olduğunu deyib.
Dünən keçirdiyi mətbuat konfransında avropalı deputat Gürcüstan hakimiyyətini Əfqan Muxtarlıya zərərçəkmiş statusu verməyə çağırıb.
Harms bildirib ki, Tbilisiyə səfəri zamanı Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva və vəkil Arçil Çopikaşvili ilə görüşüb.
“Hesab edirəm ki, Gürcüstan hakimiyyəti müstəqil araşdırma aparmalıdır. Biz bu məsələni Avropa Parlamentində müzakirə edib və bu barədə hüquq müdafiəçilərinə məlumat vermişik. Düşünürəm ki, Əfqan Muxtarlı və onun həyat yoldaşı zərərçəkmiş statusu almalıdır. Əfqan Muxtarlının azad edilməsi üçün çalışmalıyıq”, – deyə Harms bildirib.
Onun sözlərinə görə, həbsxanada Əfqan Muxtarlının vəziyyəti Ankaranın ittihamı ilə Tbilisidə saxlanılan türk pedaqoq Mustafa Emre Çabukun vəziyyətindən xeyli ağırdır.
Rebekka Harms Əfqan Muxtarlının işi ilə bağlı Azərbaycan hökumətinə müraciət edəcəyini vəd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button