Baş redaktora hökm oxundu: 5 il!

Dünən Gəncə Ağır Cinayətlər Məhkəməsi “7gun.az” xəbər portalının təsisçisi və Baş redaktoru Cavid Şirəliyevə hökm oxuyub.
Bu barədə xural.com-a Cavid Şirəliyevin anası Zahirə Şirəliyevə məlumat verib.
Onun sözlərinə görə, məhkəmə Baş redaktoru 5 il azadlıqdan məhrum edib.
Cavid Şirəliyevin anası və onun hüquqlarını müdafiə edən şəxslər isə bu hökmün əsassız olduğunu, Baş redaktorun qanunsuz həbs edildiyini bildirirlər.
Qeyd edək ki, Cavid Şirəliyev Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü, yəni hədə-qorxu ilə tələb etmə maddələrilə təqsirləndirilir. Belə ki, o, özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədilə tanışı Orucov Asif Akif oğlu ilə qabaqcadan əlbir olaraq, 2013-cü ilin iyun ayının təxminən ortalarında Xankişiyeva Şəfiqə İsmayıl qızına məxsus mobil telefona zəng vurub, ondan icəradarı olduğu Tovuz rayon Qovlar qəsəbəsindəki “Tatar” kafesində əxlaqsızlıq yuvasının olması ilə bağlı rüsvayedici məlumatlar yayma hədəsilə 2000 manat pul tələb etməkdə və sonuncunun 700 manat pulunu Asif Orucovla birlikdə ələ keçirməkdə ittiham olunur.
Cavid Şirəliyev ictimaiyyətə ünvanladığı müraciətdə isə istintaqın düzgün aparılmadığını, konkret olaraq şərləndiyini bildirib. Belə ki, onun Vergilər Nazirliyinə göndərdiyi sorğuya nazirlik rəsmi cavab verərək, Tovuzda “Tatar” adında kafenin mövcud olmadığını bildirib. Bundan başqa, tanışı kimi qələmə verilən Asif Orucov isə həmin ərəfədə həbsdə olub. Bunu da Penitensiar Xidmət jurnalistin göndərdiyi sorğuya rəsmi cavabında təsdiqləyib.
Qoşma:  1. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 5 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin 08.10.2015-ci il tarixli 17/45-760 nömrəli məktubu – 1 vərəqə 
2. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai araşdırması departamentinin 15.01.2015-ci il tarixli 1591020000807500 saylı məktubu – 2 vərəq
 
Jurnalistin anası Zahirə Şirəliyeva isə bildirir ki, zərərçəkən kimi təqdim olunan Şəfiqə Xankişiyeva bir müddət öncə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mübariz Məmmədova müraciət edərək, Cavid Şirəliyevdən şikayətçi olmadığını bildirib. Amma sənəd məhkəməyə təqdim olunduqdan sonra dövlət ittihamçısı Şəfiqə Xankişiyevaya zəng edərək ərizəsini geri götürməyə məcbur edib. O, şikayətçini məcbur edib ki, oğlumun üzünə dursun, ondan şikayət etsin.
Şəfiqə Xankişiyevanın ərizəsinin surəti…
xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button