Moskvada Ağalarova məxsus ticarət mərkəzində atışma: ölən və yaralanlar var

Yayımlandı: 22 Mart 2024 22:35

İnsanların binadan təxliyə edildiyi bildirilir

Martın 22-də Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində atışma və partlayışın olduğu bildirilir.

“112 Telegram” kanalının yazdığına görə, 40 nəfər ölüb, 100 nəfər yaralanıb.

Həmçinin, binada yanğının olduğu qeyd olunub:

“Bundan əvvəl məlum olmuşdu ki, naməlum şəxs “Picnic” qrupunun konsertindən əvvəl atəş açıb. Şahidlər kamuflyaj formasında üç atıcı olduğunu bildiriblər”, – deyə “Baza Telegram” kanalı qeyd edib.

Rusiyanın rəsmi mənbələri olayı təsdiqləsə də, ölənlərin və yaralananların sayı barədə susur:

“İnsanlar binadan təxliyə edilir. Atışma zamanı musiqiçilər xəsarət almayıb. Moskva vilayətinin qubernatoru Andrey Vorobyov respublika qərargahının yaradılmasını elan edib”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button