Moskvada konsert zalında atışma olub, ölənlərin olduğu xəbər verilir (Video)

Moskva ətrafındakı Krasnoqorskda yerləşən “Krokus Siti Holl” konsert zalında “Piknik” rok qrupunun konsertindən əvvəl atışma baş verib.

RIA Novosti xəbər verir ki, “kamuflyajda olan azı üç nəfər” atəş açıb.

Binada partlayış və yanğın olduğu xəbər verilir.

Onlarca ölü və yaralı olduğuna dair təsdiq olunmamış xəbərlər gəlməkdədir.

Moskva meri Sergey Sobyanin öz teleqram kanalında ölənlərin yaxınlarına başsağlığı verib.

Rusiyanın sosial media şəbəkələrindəki videolarda konsert zalında atışma səsləri eşidilir.

Shot teleqram kanalının mənbəyi atəş açanların 5 nəfər olduğunu bildirib.

TASS xəbər agentliyinə operativ xidmətlərdən bildiriblər ki, naməlum şəxslərin atəş açmasından sonra, adamların təxliyəsinə başlanıb.

TASS bildirir ki, baş verənlərin təfərrüatları, ölən və yaralıların olub-olmaması hələki dəqiqləşdirilir.

Agentliyin müxbiri xəbər verir ki, konsert binasının damı tamamilə od içindədir.

Baza saytının məlumatına görə içəridə hələ də 100-dək adamın qaldığı düşünülür.

Sayt xəbər verir ki, azı 12 ölən və 35-dək yaralanan olub. Dojd telekanalı ölənlərin ən azı 40 nəfər olduğunu xəbər verib.

Bu barədə dəqiq məlumat hələki yoxdur.

Şahidlər deyirlər ki, naməlum şəxslər avtomatlardan atəş açırdılar.

“Krokus” zalının damı çökməyə başlayıb.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirir ki, atışma və yanğının baş verdiyi yerə yollanır. Hadisə ilə bağlı operativ qərargah yaradılıb.

İki Ka-32 helikopteri artıq hadisə yerinə göndərilib.

Rusiya Səhiyyə Nazirliyi bildirir ki, hadisə yerinə təcili tibbi yardım xidmətinin 50 briqadası göndərilib.

Bu da xəbər verilir ki, hazırda Moskvada mobil rabitə xidməti çox pis işləyir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button