Eynulla Fətullayev subaylığın daşını atır

Baş redaktorun toyu “Monte Kristo”da olacaq…

“Media forum” saytı xəbər verir ki, jurnalist və hüquq müdafiəçisi Eynulla Fətullayev evlənir. Toy sentyabrın 26-sı Bakıda olacaq.
Eynulla “Media forum”un “Kiminlə ailə qurursunuz” sualını bir kəlmə ilə cavablandırıb: “Həkimdir”.
1976-cı ildə Bakıda anadan olan Eynulla Fətullayev jurnalist fəaliyyəti boyunca “İstiqlal” qəzetində, ANS televiziyasında, “Monitor” jurnalında çalışıb. 2005-ci ildə “Realnı Azerbaydjan”, “Gündəlik Azərbaycan” qəzetlərini və “Azerbaydjan v mire” jurnalını yaradıb. Hazırda bu nəşrlər fəaliyyət göstərmir.
Eynulla Fətullayev 2007-ci ildən ayrı-ayrı üç hökmlə həbsdə olub. Bu il mayın 26-da əfvə düşüb.
Həbsdən çıxandan sonra “İnsan Haqları Uğrunda” İctimai Hərəkat təsis edib.
”Qafqazinfo”nun məlumatına görə, jurnalistin toyu “Monte Kristo” restoranında olacaq. Həbsdən yeni çıxan jurnalistin toyu məhz bu arenada keçirməsinin məxsusi mənasının olduğu bildirilir.
Qeyd edək ki, toyu kimlərin idarə edəcəyini də öyrənmişik. Belə ki, Fətullayev ölkədə çoxlu sayda şoru-biznes adamları içərisindən öz seçimini belə edib. Toyu “Şeron” qrupu idarə edəcək. Bundan başqa, toyda həmçinin Eyyub Yaqubov və digər məşhur sənətçilər olacaq. Qonaqların sayı isə məhdud saydadır.

Təbrik edirik!

Xural” qəzeti,

İl: 9, sayı: 033 (441),28 avqust – 03 sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button