İdarə rəisi dövlər sirrini necə açdı?

Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi mətbuata bağlı olan dövlər sirrini Rusiyadakı “elmi işində” necə faş elədi?

 “Xural” qəzeti olaraq Azərbaycanın Qarabağ müharibəsində və atəşkəs dövründəki itkiləri ilə  bağlı yeni bir layihəyə start verməyi qərara aldıq. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğluna vurduğumuz zəng təbii olaraq cavabsız qaldı. Onun telefonu sürəkli bağlı idi. Biz də etmədik tənbəllik, mətbuat xidmətinin sözcüsü kapitan Teymur Abdullayevlə əlaqə saxladıq. Teymur bəyin cavablandırmasını xahiş etdiyimiz suallar bunlar idi:

 1. Müdafiə Nazirliyinin təbeçiliyində olan hərbi hissələrdə atəşkəs zamanı hərbçilərin ölümü və yaralanması ilə bağlı məlumatların redaksiyaya təqdim edilməsi;

2. Qarabağ müharibəsi zamanı sanitarların və hərbçilərin arasında olan itkilər barədə məlumatların redaksiyaya verilməsi.

 Əfsuslar olsun ki, Teymur bəy məlumatın məxfi olduğunu diqqətimizə çatdıraraq, məlumat verməkdən yayındı.

Biz “Xural” qəzeti olaraq araşdırmalarımıza davam etdirdik. Müdafiə Nazirliyinin “Məxfi məlumatların yayımlanması” və “Dövlət sirrinin faş edilməməsi” haqqında əmrləri ilə tanış olduq. Bu əmrə əsasən, hərbçilər haqqında ixtiyari statistik məlumat məxfidir. Bu məlumatı faş edən şəxs cinayətkardır və cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Eyni zamanda bu statistik məlumatları yayınlayamaq həm də xəyanətdir. Ancaq buna baxmayaraq, Müdafiə Nazirliyinin səlahiyyətlilərindən birinin redaksiyaya təqdim olunan elmi müdafiəsi iıə bağlı ilginc məlumatlarla tanış olduq. Sən demə, Azərbaycan mətbuatı üçün bağlı olan və “dövlət sirri” qrifi ilə bizdən gizli saxlanılan məlumatlar Rusiyanın Nijni Novqorod elmi camiəsi üçün heç də məxfi deyilmiş.

Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisinin elmi işi haqqında redaksiyaya təqdim olunan sənədləri araşdırmaqla məşğuluq və hörmətli Oxucularımıza bu haqda məlumat verəcəyik.

 “X” Analitik Qrupu

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button