İradə İsaq «Xəbərin izində»

Oktyabrın 1-dən hər şənbə saat 23.15-də ANS – də yeni layihə olacaq…

 Tanınmış jurnalist, səmimi aparıcılığı ilə tamaşaçıların rəğbətini qazanan İradə İsaq ANS-də yeni layihə ilə tamaşaçıların görüşünə gəlir. İsaqın müəlliflik etdiyi layihə «Xəbərin izi ilə» adlanır. Bu, nə şoudur, nə də şou-xəbər. Bu, müəllifin dediyinə görə «xəbərlərin şousu»dur. İradə İsaqın araşdırması həftə boyu davam edəcək və hər şənbə, gecə saat 23.15-də ANS-in efirindən bizə qonaq gələcək. Burada həm tanınmışlardan, həm də tanınmamışlardan bəhs olunacaq və ideya müəlliflərinin düşüncələrinə görə, proqram efir məkanına iddialı gələcək.

İradə İsaq bundan əvvəl başqa bir proqramla tamaşaçılarının görüşünə gəlirdi – «Ölümündən 24 saat əvvəl». Bu veriliş bir çox məşhurların ölümöncəsini müzakirə edirdi və dünyasını dəyişənlərin yaxınları və dostları mərhumun son 24 saatını tamaşaçılara çatdırırdılar. Müəllif təxminən 130 belə proqram etdikdən sonra ANS-in də təklifi ilə layihəni dayandırmaq lazım gəlib. İndi İradə İsaq bizi «Xəbərin izi ilə» verilişi ilə ekranlara bağlayacaq.

İradə İsaq ANS-in ən istedadlı aparıcılarındandır. Onun verilişləri peşəkarlıqla hazırlanır və bu xanım aparıcı insanı ekrana baxanda əsəbiləşdirmir. Gəlin etiraf edək ki, indiki efir məkanında adamı əsəbiləşdirməyən çox az aparıcı qalıb. O zaman İradə İsaqa uğurlar arzulamaqdan başqa yol qalmır. Elə ANS-ə də…

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 044 (452), 27 sentyabr 2011

Əlaqəli məqalələr

3 şərh

  1. Irade xanim,apariciliginiza,yerinde verdiyiniz suallara, suallarin qoyulusuna bayiliram.Bu vaxta qder harada idiniz?Movzular o qeder ureyimizcedir ki,sanki qelbimizi oxuyursunuz.Amma bir iradim var,xahis edirem semimi qebul din.Geyimleriniz verilisinizin statusuna uygun deyil.Axi siz eylence verilisi aparmirsiniz.Beden formaniza uygun gelmeyen elbiseler bedeninizin butun eybecerliklerini ele askar edir ki,sanki kimse bunu qesden edir.Eziyyetinize heyifim gelir.Isteyirem sizde her sey mukemml olsun.Sizin kimi jurnalistlere cox ehtiyacimiz var.

  2. kaş bütün verilişlər iradə xanimin verilişinin missiyasını daşıyaydı!
    İradə xanima bir müraciətim də var.Camaatın fərdi yaşayış tikintisi üçün aldığı torpaq sahələrində dövlət orqaları(polis də daxil) niyə çətinlik yaradır?Buna da bir aydınlıq gətirilsə yaxşı olardı.Ən azından camaatın informasiysı olar nə etmək lazımdır?Çün ki,elə ailələr var kiyayədə qalır,bir təhər azdan-çoxdan torpaq sahəsi alır daxması olsun,buna da imkan vemirlər.sənəd hazırlamağa əl atsan demək oar ki, mümkünsüzdür.maraqlıdır torpağı alan hasarını çəkə bilməyəcəksə,qapı qoya bilməyəcəksə,ağac əkə bilməyəcəksə nəyinə lazımdır?Axı bunları etmək üçün gərək içində ən azı əlini yuyub alətini qoymağa kiçik bir daxma tikə bilsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button